Ermənistan sərhədimizə bu raketləri gətirib Ekspert
Siyasət 12 Sen 2023 13:54:00 355 0
Ermənistanın sərhədlərimizə yaxın ərazilərə silah və sursat yerləşdirməsi prosesi son günlər də davam edir. Yerləşdirilən silahlar arasında Hindistandan aldığı artilleriya qurğuları da ola bilər.
Son.az axar.az-a istinadən bildirir ki, bu sözləri hərbi ekspert Ədalət Verdiyev Ermənistan ordusunun sərhədimizə yaxın bölgələrə yerləşdirdiyi silah növləri və onların təyinatı haqqında danışarkən deyib.
O bildirib ki, silah-sursat arasında uzaqmənzilli raket sistemləri gözə dəyib:
"Görüntülərdə daha çox "Smerç" reaktiv yaylım atəşi sistemlərini gördük. Bu silahların dəqiqliyi bir qədər şübhələr doğursa da, öldürücü gücü mövcuddur. Effektivliyi isə onları tətbiq edən heyətin peşəkarlığından asılıdır. Uzaqmənzilli raketlərdir. Bu silahlardan ermənilər daha çox İkinci Qarabağ savaşında, həm də Gəncə və digər rayonlarımızın mülki əhalisini atəşə tutmaq üçün istifadə edib. Əgər həmin silahları şərti sərhədimizə yaxınlaşdırıblarsa, demək, onlardan təkrar daha uzaq məsafədə yerləşən Azərbaycanın yaşayış məntəqələrinə, obyektlərinə və s. zərbələr endirilə bilər. Bunu mütləq nəzərə almalıyıq".
Hərbi ekspert qeyd edib ki, Ermənistan gərginliyə nail olarsa, Azərbaycanın peşəkar ordusu düşmən ordusunun silah növlərini zərərsizləşdirmək əzmindədir:
"Düşmənin silahlarını zərərsizləşdirmək üçün onların Azərbaycan Ordusunun mövqelərinə yaxınlaşmasını qadağan edən preventiv zərbələrdən istifadə etməliyik. Yəni sərhəd bölgəsinə yaxınlaşan silahların Azərbaycan Ordusunun şəxsi heyətinə qarşı tətbiq məsafəsini nəzərə almalı, bu məsafənin təhlükəli bir səviyyəyə qədər yaxınlaşmasına imkan verməməliyik. Biz 44 günlük müharibə vaxtı kifayət qədər dəqiq zərbələrlə düşmənə qarşı döyüşmüşük. Nöqtə atışları həyata keçirən çox sayda idarə olunan raket və digər silah sistemlərimiz mövcuddur. Daha çox PUA-lar vasitəsi ilə düşmənin zirehli vasitələrini, sığınacaq və artilleriya qurğularını məhv etmişik. Bu istiqamətdə bizim kifayət qədər təcrübəmiz var. Odur ki, düşünmürəm, Azərbaycan Ordusuna qarşı Ermənistanın müqavimət potensialı lazımı səviyyəyə çatıb. Əgər əməliyyatlar başlasa, İrəvan təxribatlarına davam edərsə, eskalasiyaya səbəb olarsa, o zaman Ermənistan tərəfi keçən ilin sentyabrında olduğu kimi ciddi şəkildə cəzalandırılacaq".
Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Azərbaycan Ordusu və hərb�
Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Pira
Problemlərin həlli üçün addımlar atılıb.
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman)
55 yaşlı Əməkdar artist Könül Kərimovanın Türkiyədə istirahət zaman�
Türkiyənin İstanbul şəhəri üçün gözlənilən dağıdıcı zəlzələd�
Rəqabət qanunvericiliyinin pozulmasına görə sanksiya tətbiq ediləcək.
Bir neçə gün əvvəl Bakı şəhərinin Səbail rayonu ərazisində - "T
Ötən axşam Moskvada əslən Şəmkirdən olan azərbaycanlı iş adamının o
Bu səhər saat 5 radələrində Salyan rayonunun Qarabağlı kəndi ərazisind�
Bəzi viza mərkəzlərinin fəaliyyəti turizmə problem yaradır.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç
Sentyabrın 11-i saat 22:00-dan 22:10-dək Ermənistan silahlı qüvvələrinin
Valideyin himayəsindən məhrum olmuş 18 yaşına çatan şəxslər üçün ye