Hikmət Hacıyev: “Laçın və Ağdam yolları eyni vaxtda açıla bilər”
Siyasət 08 Sen 2023 21:30:00 384 0
"Azərbaycan, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistandan göndərilən ərzaq yüklərinin Azərbaycanın Qarabağ bölgəsinin erməni əhalisinə çatdırılmasını təmin etməyə hazırdır, bir şərtlə ki, eyni vaxtda da Beynəlxalq Qızıl Aypara Cəmiyyətinin Azərbaycandan göndərilən yüklərinin təyinat nöqtəsinə çatmasına icazə verilsin".
Bu xəbəri də oxu: Əhməd Əhmədzadə “Şərəf” ordeni ilə təltif edildi
Son.az report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Reuters" agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, gərginliyi aradan qaldıra, Bakı ilə İrəvan arasında uzunmüddətli sülh danışıqlarını stimullaşdıra biləcək pilot sxem çərçivəsində malların tədarükü üçün həm Laçın, həm də Ağdam yolları eyni vaxtda açıla bilər.
H.Hacıyev bildirib ki, bu məsələ sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ Dövlət katibi Entoni Blinken arasında baş tutmuş telefon danışığı zamanı müzakirə olunub.
"Hər iki yolun eyni vaxtda açılması təklif edilib və Azərbaycan da buna dərhal razılaşıb. Ağdam yolunun bir hissəsi Qarabağ separatçıları tərəfindən beton maneələrlə bağlanıb. Dövlət katibi Blinkenlə telefon danışdığından artıq bir həftə vaxt keçib, amma heç bir irəliləyiş yoxdur".
Yumurta qabıqları çox zəngin kimyəvi tərkibə malikdir. Onun insan sağlam
Britaniyanın "Şerlok Holmsun sərgüzəştləri" serialındakı İre
Türkiyəli məşhur sima Süreyya Yalçın geyimi ilə diqqət çəkib.
Xaçmazda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıl�
Türkiyəli aktyor Kıvanç Tatlıtuğ görünüşündəki dəyişiklik ilə diq
Maraqlıdır, görəsən, hansı xəstəliklərin müalicəsində fizioterapiyad
Bakı Dövlət Universitetinin (BDU) 2 saylı korpusunda əsaslı təmir işlər
Sentyabrın 8-i saat 19:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerl�
Səhər yeməyində bir çox insan "pancake" və ya vafli yeməyi sevi
Türkiyə 2023-cü ilin yanvar-avqust aylarında İrana elektrik avadanlıqları
Ermənistanın səfiri Vaqarşak Arutyunyan Rusiya Xarici İşlər Nazirliyinə
Bu ildən məktəblərdə "Təbiət-6" dərslik komplektinin kütləvi
The Information saytının verdiyi məlumata əsasən Apple şirkəti hal hazır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hindistanda səfərdədir.
Bambukun bir növü olan Henonlar 120 ildən bəri ilk dəfə kütləvi şəkil