Paşinyan son açıqlaması ilə sülh tərəfdarı olmadığını isbatladı
Digərləri 05 Sen 2023 16:20:00 400 0
Regionda davamlı sülhün yaranmasının qarşısının alınması üçün Ermənistan və onun havadarı olan dövlətlər tərəfindən müxtəlif cəhdlər edilir.
Bu xəbəri də oxu: Günün qoroskopu: Bu gün gələcək uğurun əsasını qoya bilərsiniz
Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında təhlükəsizlik orqanlarının veteranı, fəxri əməkdaşı, polkovnik Azər Qarayev deyib.
A.Qarayev qeyd edib ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və sülh prosesinin öz məntiqi sonluğuna çatması istiqamətində addımlar intensivləşdikcə, bu addımların heçə endirilməsi üçün də rəsmi İrəvan və onun himayədarları əllərindən gələn hər şeyi edirlər.
"Ermənistan baş naziri Nikol Paşinyanın son açıqlamalarını da bu qəbildən saymaq olar. Daha əvvəlki açıqlamalarında Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edən Paşinyan, indi yenidən mövqe dəyişdirərək başqa iddialar edir. Paşinyan əslində bu cəfəng açıqlamaları ilə özünün əsl mahiyyətini növbəti dəfə üzə çıxardı.
İlk növbədə vurğulamaq laızmdır ki, 44 günlük müharibədən və Ermənistanın kapitulyasiyasından sonra 30 illik işğalçılıq dövründə dünyada heç bir ölkənin, heç bir qurumun, o cümlədən də Ermənistanın özünün ərazi vahidi kimi tanımadığı qondarma "DQR" haqqında bütün iddiaların üzərindən birdəfəlik xətt çəkildi.
Paşinyanın yenidən bu kontekstdə iddialar səsləndirməsi hazırki sülh danışıqları prosesinin sonu deməkdir. Paşinyan bununla sülh tərəfdarı olmadığını isbatladı, guya Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə dedikləri cəfəngiyyatdan və baş aldatmağa çalışmaqdan başqa bir şey deyil. Lakin erməni baş nazir unutmamalıdır ki, onun "Qarabağ Ermənistandır, nöqtə" açıqlamasından sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu döyüş meydanında sübut etdi ki, "Qarabağ Azərbaycandır, nida". Paşinyanın yenidən bu tip açıqlamaları onlara baha başa gələ bilər", - deyə A.Qarayev əlavə edib.
Ermənistanın "humanitar şou" məsələsinə toxunan A.Qarayev qeyd edib ki, bu ermənilərin ənənəvi taktikasıdır:
"Onlar hər zaman özlərini yazıq kimi göstərib xarici dövlətlərdən yardım almağa çalışırlar. Əlsində isə məqsəd başqadır. Ermənistan Laçın yolu vasitəsilə silah və digər qanunsuz daşımaları rahat şəkildə həyata keçirmək istəyir. Azərbaycan dövləti isə heç bir halda buna imkan verməyəcək. Hər hansısa "humanitar şou" və ya Paris meri kimi erməni lobissinin əlaltıları Azərbaycana təzyiq gösətərə bilməz!"
Almaniya kansleri Olaf Şolts qaçış zamanı aldığı zədədən sonra ilk ş
Xalq artisti Flora Kərimova Azərbaycan ictimaiyyətinə müraciət ünvanlayı
Azərbaycanın Qarabağ bölgəsində məskunlaşmış erməni sakinlərin cəmi
Silahlı Qüvvələrimiz istənilən çağırışa hazır olmalıdır.
5 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər n
Amerikanın rock and roll kralı Elvis Presleyin həyat yoldaşı Priscilla Pres
Azərbaycanda yolun sağ zolağında asfalt yararsız olduğu üçün, sürücü
Slovakiyanın Milli Şurasının sədri Boris Kolların başçılıq etdiyi nüm
Tanınmış repçi Snoop Dogg öz paylaşımında Azərbaycanın ərazisini Erm�
Türkiyənin İzmir şəhərində FETÖ/PDY terror təşkilatlarına qarşı əm
Bu gün Qərb liderləri Azərbaycan Prezidenti İlham Əliyevlə şəkil çəkd
Lənkəran Şəhər İcra Hakimiyyətində yeni təyinat olub.
Venesuelada narkobaronlar arasında "vətəndaş müharibəsi" tüğya
NATO-nun Avropa İnkişaf Komitəsinin sədri Günter Fehlingerin Ermənistanın