Günün qoroskopu: Ailə üzvlərinə daha çox diqqət ayırın


Digərləri 02 Sen 2023 00:01:00 363 0

Günün qoroskopu: Ailə üzvlərinə daha çox diqqət ayırın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Bu xəbəri də oxu: Konsertlərini təxirə saldılar

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - çətin və qarışıq gündür. Hadisələr gözlənilən istiqamətdə və məcrada inkişaf etmir. Köhnə problemlər yenidən bumeranq kimi qayıdır. Mənəvi cəhətdən hələ hazır olmadığınız qərarı qəbul etməli olacaqsınız. Əhvalınız dəyişə bilər. Gərginliklər və həyəcanlar istisna deyil.

Günün ikinci yarısında bütün diqqəti işə yönəldin. Ciddi uğurlara nail ola bilərsiniz. Özünüzü həddən artıq yormayın. Yaşam potensialının səviyyəsi aşağı düşəcək. Ağır işləri təxirə salın.

Buğa - pis gün deyil. Olayları soyuqqanlı və obyektiv dəyərləndirin. Emosiyalara qapılmayın, illüziyalardan qurtulun. Köhnə dostlarla bahəm, yeni tanışların məsləhətlərindən yararlanın. Hətta işə dəxli olmayan təsadüfi ifadə belə irəliləyişdə təkan ola bilər.

Günün ikinci yarısında yeni, genişmiqyaslı və mühüm işə başlamaq olar. Qarşınıza yeni məqsədlər qoyun. Maraqlı hadisələr və xoş tanışlıqlar ola bilər.

Emosiyalarınıza hakim olun.

Axşam saatlarında normal istirahət edin.

Əkizlər - tənbəllik və süstlük etməyin. Başladığınız işi nəyin bahasına olursa-olsun, başa vurun. Çətin, amma mühüm işi uğurla sonuclandırın.

Maliyyə məsələlərini həll etmək olar.

Az və müfəssəl olmayan informasiyadan da bəhrələnin.

Günün ikinci yarısında yaşam potensialının səviyyəsi aşağı düşəcək. Əhvalınızın pisləşməsi istisna deyil. Narahat olmayın. Köhnə dostlarla ünsiyyət pozitiv emosiyalar bəxş edəcək.

Xərçəng - müsbət təmayüllərin təsiri güclüdür. Yaranmış şəraitdən normal faydalanmağa çalışın. Çətin, qarışıq işlərin öhdəsindən gəlmək üçün aktiv olun. Başqalarının bacarmadıqları, qarşısından geri çəkildikləri işi sonuclandırın. Yeni müttəfiqlər olacaq və onlar sizə yardım edəcəklər.

Günün ikinci yarısı dostlar və qohumlarla ünsiyyət, sevdiyiniz insanla görüş üçün əlverişlidir. Axşam saatlarında ailəvi istirahətə üstünlük verin.

Yeni tanışlıqlarda tələsməyin. İndi yalnız mənəvi dəstəyə ehtiyac duymayan insanlar da sizə can atırlar.

Şir - ötən həftənin sonlarında yaranan xoşagəlməz işlər və problemlərin fəsadları hələ də aradan qalxmayıb. Orijinal, qeyri-adi ideyalar effektiv ola bilər. Təcrübəli insanların məsləhətləri və formalaşmış ənənələrə zidd çıxmağa risk etmək olar. Riski zəruri sayırsınızsa, konkret addım atmazdan əvvəl yaxşıca düşünün.

Günün ikinci yarısı ünsiyyət və müzakirələr üçün pis deyil. İşgüzar və ya romantik məcralı qəfil təkliflər ola bilər.

Axşam saatlarında normal istirahət edin.

Qız - uzunmüddətli layihələrə xüsusi diqqət yetirin. Şəxsi münasibətlərdəki sərinliyi və ya yol verilmiş səhvi aradan qaldırın. Ciddi yanlışlıqlara yol verməyin.

Addımlarınızı və qərarlarınızı təhlil edin, mühüm işlərdə tələskənliyə yol verməyin. Ən yaxşı nəticəyə nail olmaq üçün nə etməyin gərəkdiyini anlayın.

Günün ikinci yarısında aktiv və enerjili olun. Kəmhövsələlik edirsinizsə, səfərə yollanın. Səyahət uğurlu olmaqla yanaşı, pozitiv emosiyalar bəxş edəcək.

Yeni tanışlıq sonradan faydalı ola bilər.

Tərəzi - işdə mümkün qədər ehtiyatlı olun. Bu gün yol verilən səhvlərin fəsadları hələ uzun müddət sizin üçün önəmli işlərə təsir edə bilər. İşdə həmkarlarınız və rəhbərliklə münasibətləri normallaşdırın. Maliyyə baxımından əlverişli gündür.

Günün ikinci yarısında gəlir əldə etməyiniz mümkündür. Əvvəllər gördüyünüz işə görə ödəniş və ya pul alacaqsınız.

Şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri artacaq. Romantik təmaslar üçün pis zaman deyil. Sevdiyiniz insanla ünsiyyətdə qayğıkeş olun. Dəyər verdiyiniz insanları sevindirin.

Əqrəb - günün ilk yarısı uğurlu olacaq. Bir zamanlar yardım etdiyiniz insanlar sizinlə təmas quracaqlar. Onlarla tərəfdaşlıqdan faydalanmaq olar. Danışıqlar məhsuldar keçəcək. Peşəkar fəaliyyətlə bağlı maraqlı, qeyri-adi təklif ala bilərsiniz.

Günün ikinci yarısında müzakirə və ya diskussiyanı təxirə salmayın. Çalışdığınız insanlarda özünüzlə bağlı xoş təəssürat yaradın. Müzakirələri təxirə salmayın.

Peşəkar fəaliyyət müstəvisi ilə yanaşı, şəxsi münasibətlərdə də müəyyən çətinliklər istisna deyil. Sadəcə, sakit olun. Baş verənlərə emosional reaksiyanız nə qədər az olarsa, problemlərin öhdəsindən bir o qədər tez gələcəksiniz.

Oxatan - emosional fon əlverişli deyil. Ruhdan düşməyin, bədbinləşməyin. Yaşanan olayları, cərəyan edən prosesləri diqqətlə müşahidə edin. Durumu anlamağa çalışın. Sizə təsir edən hadisənin mahiyyətini anlamağa cəhd göstərin.

Problemlərin həllinə yaradıcı yanaşma pozitiv olmağa yardım edəcək

Günün ikinci yarısında ünsiyyət zamanı diqqətli olun. Sərt iradlar və kəskin tənqid zamanı deyil. Yaxın ətrafınızdakı insanlardan birinin xətrinə dəyə bilərsiniz. Güclü və zəif yönlərinizə bələd olan insanla çalışın. Yeni tanışlarla təmaslar zamanı aradakı məsafəni pozmayın.

Oğlaq - nöqsanlardan xali olmayan gündür. Lakin yaxşı məqamlar da var. Qeyri-adi situasiyada özünüzü göstərin, bilik və bacarıqlarınızı nümayiş etdirin. Yaxın ətrafınızdakı insanlarla bahəm, nüfuzlu şəxsin rəğbətini qazanmağa çalışın. Çətinliyə düşmüş insana yardım edin və bunun müqabilində mükafat, minnətdarlıq gözləməyin.

Günün ikinci yarısında yaradıcı yanaşma tələb etməyən rutin və cari işləri qulaqardına vurmayın. Yeni, maraqlı işlə məşğul olmaq istəyirsiniz. Bu, yalnız yaxınlarınızdan birinin məişət qayğılarının həllində sizə yardımçı olacağı təqdirdə mümkündür.

Dolça - bütün diqqəti işə yönəldin. Fikriniz dağınıq olmasa, önəmli saydığınız işlərdə nailiyyət əldə etmək üçün sayıq olun. Dəvət aldığınız tədbirə qatılın. Peşəkar maraq və fəaliyyət sahənizi bölüşən insanlarla aktiv təmasda olun.

Günün ikinci yarısında yaxınlarınızla ünsiyyət adi günlərdən fərqli olaraq daha sərin alınacaq. Yaxın ətrafınızdakı insanlar öz işləri ilə məşğuldur. Qarşılıqlı anlaşmaya zərbə vurmayın.

Ailə üzvlərinə daha çox diqqət ayırın. Son günlər yaşanan olayları qulaqardına vurmayın.

Balıqlar - müsbət təmayüllərin təsiri güclüdür. Lakin kiçik problemlərin miqyasını böyütsəniz, özünüz üçün yeni çətinliklər yaradacaqsınız. Əsas məsələni ikinci dərəcəli işlərdən ayırın. Bütün diqqəti mühüm işə yönəldin. Bütün yeniliklər və dəyişikliklər işlərdə irəliləyişlərlə sonuclana bilər.

Günün ikinci yarısında ailədə ixtilaf yarana bilər. Emosiyalarınıza nəzarət etsəniz, münaqişəyə yol verməyəcəksiniz. Önəmli qərarları tələsik qəbul etməyin. Planlarınız və niyyətləriniz barədə kimsəyə danışmayın.

Şəxsi münasibətlərdə hər addımı düşünərək atın.

Son.az

Xalq artisti Röya konsertində SOYUNDU  VİDEO like
  • 01 Sen 23:55  
Şou-biznes Xalq artisti Röya konsertində SOYUNDU VİDEO

Xalq artisti Röya Ayxanın Konqres Mərkəzində keçirilən canlı solo konser

arrow Ətraflı
23 yaşlı oğlan özünü 6cı mərtəbədən atdı like
  • 01 Sen 23:49  
Digərləri 23 yaşlı oğlan özünü 6cı mərtəbədən atdı

Gəncədə 23 yaşlı gənc oğlan özünü binadan atıb.

arrow Ətraflı
Məşhur aparıcının evi gündəm oldu  FOTO like
  • 01 Sen 23:45  
Şou-biznes Məşhur aparıcının evi gündəm oldu FOTO

Türkiyəli məşhur aparıcı Esra Erolun evi gündəm olub.

arrow Ətraflı
Şirvanda 32 yaşlı qadın bıçaqlandı like
  • 01 Sen 23:36  
Digərləri Şirvanda 32 yaşlı qadın bıçaqlandı

Şirvanda bıçaqlanma hadisəsi olub.

arrow Ətraflı
Zamanla ayaqlaşmaq  "iPhone" formasında qəbir daşı quraşdırıldı  FOTO like
  • 01 Sen 23:30  
Digərləri Zamanla ayaqlaşmaq "iPhone" formasında qəbir daşı quraşdırıldı FOTO

Rusiyada Sibirdəki qəbiristanlıqların birində iPhone şəklində 1,5 metrli

arrow Ətraflı
Murad Arifin bağından  Fotolar like
  • 01 Sen 23:23  
Şou-biznes Murad Arifin bağından Fotolar

Müğənni-bəstəkar Murad Arif sosial şəbəkədə bağından fotolar paylaş

arrow Ətraflı
AğdamXankəndi yolu elektrik enerjisi ilə təmin edildi  FOTO like
  • 01 Sen 23:16  
Siyasət AğdamXankəndi yolu elektrik enerjisi ilə təmin edildi FOTO

Ağdamdan Xankəndi istiqamətinə gedən yol elektrik enerjisi ilə təmin edil

arrow Ətraflı
Bu vitamin ölüm riskini yarıya endirir like
  • 01 Sen 23:10  
Digərləri Bu vitamin ölüm riskini yarıya endirir

Alimlər ölüm riskini yarıya endirən vitamini açıqlayıblar.

arrow Ətraflı
Məşhur aktrisa İNTİHAR ETDİ  FOTO like
  • 01 Sen 22:56  
Digərləri Məşhur aktrisa İNTİHAR ETDİ FOTO

Hindistanlı aktrisa Aparna Nair intihar edib.

arrow Ətraflı
Velosiped sürən 13 yaşlı oğlanı yük maşını vuraraq öldürüb like
  • 01 Sen 22:52  
Digərləri Velosiped sürən 13 yaşlı oğlanı yük maşını vuraraq öldürüb

Naxçıvanda velosiped sürən 13 yaşlı oğlanı yük maşını vuraraq öldü

arrow Ətraflı
Devrilmiş prezident malyariyaya yoluxdu like
  • 01 Sen 22:45  
Dünya Devrilmiş prezident malyariyaya yoluxdu

Devrilmiş Niger lideri Məhəmməd Bazum öz evində həbsdə olarkən ailəvi

arrow Ətraflı
Məşhur aktrisaya beynəlxalq mükafat verildi like
  • 01 Sen 22:30  
Şou-biznes Məşhur aktrisaya beynəlxalq mükafat verildi

Türkiyənin məşhur aktrisası Farah Zeynep Abdullaha İtalyada mükafat veril

arrow Ətraflı
Bakıda 53 yaşlı kişi binadan yıxılıb öldü like
  • 01 Sen 21:52  
Digərləri Bakıda 53 yaşlı kişi binadan yıxılıb öldü

Bakıda kişi hündürlükdən yıxılaraq ölüb.

arrow Ətraflı