Azərbaycanda dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər müəyyənləşib SƏRƏNCAM
Siyasət 31 Avq 2023 12:51:00 310 0
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.
Bu xəbəri də oxu: Azərbaycan Ermənistanı Haaqa məhkəməsinə şikayət etdi
Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, "Özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan dövlət müəssisələrinin siyahısı" təsdiq edilib.
İqtisadiyyat Nazirliyi aidiyyəti üzrə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqi ilə razılaşdırmaqla, bu Sərəncamla təsdiq edilən siyahıda nəzərdə tutulan dövlət müəssisələri tərəfindən maliyyələşdirilməklə nüfuzlu beynəlxalq məsləhətçi şirkətlərinin cəlb olunmasını təmin etməli və aparılacaq təhlillər əsasında aşağıdakılar barədə təkliflərini doqquz ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir:
2.1. dövlət müəssisələrinin restrukturizasiyası və sağlamlaşdırılması;
2.2. dövlət müəssisələrinin qiymətləndirilməsi, onların öhdəlikləri ilə nizamnamə kapitalları arasında optimal nisbət və investisiya ehtiyacları;
2.3. potensial investorların dairəsi;
2.4. müvafiq bazarın rəqabət mühitinin tələbləri nəzərə alınmaqla, liberallaşdırılması və inhisarsızlaşdırılması imkanları;
2.5. dövlət müəssisələrinin dövlət nəzarətində saxlanılmalı olan əsas fəaliyyətini müəyyənləşdirməklə, əsas fəaliyyətə uyğun olmayan digər fəaliyyətin özəl sektora ötürülməsi imkanları;
2.6. bu Sərəncamda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində əldə edilmiş maliyyə vəsaitinin istifadə istiqamətlərini müəyyənləşdirərək, həmin dövlət müəssisələrinin təşkilati hüquqi formasının dəyişdirilməsi, özgəninkiləşdiriləcək hissələri və dövlət iştirak payının hissəvi satışı üsulları, habelə bununla əlaqədar mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Gürcüstan hökuməti ölkə Prezidenti Salome Zurabişviliyə Ukrayna da daxil
Avqustun 31-i saat 10:55 radələrində Rusiya sülhməramlı kontingentinin mü
Ali məktəblərə builki qəbul imtahanlarının nəticələri açıqlanandan s
Sentyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın ola
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Malayziyanı Milli Günü münasib�
Fransa Azərbaycana qarşı növbəti dəfə təxribata əl ataraq Qarabağa &qu
Bakının Qara Qarayev prospektində sürət həddi 60 km/saatdan 50 km/saata en
Müstəqil, tərəfsiz və humanizm prinsipləri əsasında işləyən Azərba
Türkiyə bu məsələdə Azərbaycanı sonuna qədər dəstəkləyəcək.
Müğənni Britni Spirs ayrıldığı həyat yoldaşı Sem Asqari onun atası Ce
Ermənistan Azərbaycanla razılaşdırmadan populizm məqsədilə müxtəlif y�
Cənubi Afrika Respublikasının (CAR) ən böyük şəhəri Yohannesburqun mər
Ermənistan və onların Azərbaycan Qarabağ bölgəsində yaratdığı qondarm
Xarici diplomatlar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ərzaq yüklərinin
"Vaqner" özəl hərbi təşkilatın rəhbəri olmuş Yevgeni Priqojin