Bakıda gənc oğlan sevgilisinə əsəbiləşdi, telefona cavab vermədiyi üçün...


Digərləri 30 Avq 2023 19:30:00 246 0

Bakıda gənc oğlan sevgilisinə əsəbiləşdi, telefona cavab vermədiyi üçün...

Bakının Nərimanov rayonunda 1997-ci il təvəllüdlü İsmayıl sevgi münasibətində olduğu Aydana (adlar şərti verilib - red.) xəsarət yetirib.

Son.az teleqraf.com-a istinadən bildirir ki, hadisə bu il aprelin 8-də, gecə saat 01:00-da Nərimanov rayonunda baş verib.

İsmayıl yaxın münasibətdə olduğu Aydanla söhbət edərkən onların arasında mübahisə yaranıb. Mobil telefonun zənglərinə Aydanın cavab verməməsini əsas gətirərək ona xəsarətlər yetirib.

Hadisəni törədən İsmayılın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İsmayıl ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Aydanı 2021-ci ildən tanıyır və məqsədi onunla ailə qurmaq olub:

"Lakin 2022-ci ilin dekabrından münasibətlərimiz yaxşı deyil. Aramızda mübahisələr olub və polisə şikayətlər etmişik".

Təqsirləndirilən şəxs qeyd edib ki, 8 aprel 2023-cü ildə saat təxminən bir radələrində Aydan ona cavab vermədiyindən və mobil nömrəsini qara siyahıya saldığından əlaqə saxlaya bilməyib:

"Ona görə də Aydanın qonşuluğunda yaşayan Elmar adlı şəxsin yanına gələrək ondan xahiş etdim ki, Aydanla əlaqə saxlasın. Elmar məndən niyə özümün yığmadığımı soruşdu. Bildirdim ki, nömrəmi qara siyahıya atıb, ona görə də əlaqə saxlaya bilmirəm.

Elmar özünə məxsus telefonla Aydana zəng vurdu. Bu zaman eşitdim ki, Aydan gəlir, yaxınlıqdakı mağazasının qarşısında olacaq. Sonra Elmarın idarə etdiyi avtomobillə Koroğlu Rəhimov küçəsində yerləşən mağazanın qarşısına gəldik. Orada bir neçə dəqiqə gözlədikdən sonra Aydan oraya gəldi və mağazaya daxil oldu. Aydanın ardınca mağazaya getsəm də, mənə irad bildirdi ki, "niyə gəlmisən, buradan get". Bu səbəbdən ani mübahisəmiz olsa da, daha sonra mağazadan çıxdıq".

Təqsirləndirilən şəxs bildirib ki, Aydan yaşadığı ünvana tərəf ara küçə ilə getməyə başladıqda Elmar avtomobili ilə oradan gedib:

"Mən isə Aydanın ardınca getdim. Ona irad bildirdim ki, niyə mənə cavab vermir, mobil nömrəmi qara siyahıya salıb. Aydan evə getdi. Aydanın ardınca yaşadığı ünvana yollandım. Qapını döydükdə eşiyə çıxdı və təhqir edərək mənə stəkan tulladı. Stəkan mənə dəymədi. Oranı tərk elədim. Daha sonra məlum oldu ki, barəmdə polisə şikayət edib".

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt Aydanı vurmayıb, ola bilər ki, qolundan sıxarkən xəsarət alıb.

İş üzrə zərərçəkmiş Aydanın sözlərinə görə, təqsirləndirilən İsmayılı təxminən 2 ildir tanıyır:

"İlk əvvəldən gördüm ki, İsmayılla münasibətlərim uyğun gəlmir. Onunla əlaqə saxlamamağı qərarlaşdırdım və ona kənar durmasını bildirdim. Buna baxmayaraq İsmayıl məni bu illər ərzində narahat etdi, barəmdə sosial şəbəkədə nalayiq sözlər yazdı, tanışlarıma zəng vuraraq barəmdə nalayiq sözlər dedi. Ona görə də İsmayıl barədə 2022-ci və 2023-cü illərdə dəfələrlə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə ərizə ilə müraciət etdim.

Polis ona xəbərdarlıq etsə də, mənə hədə-qorxu gəlir, tanıdığım şəxslərin qarşısında məni təhqir edirdi".

Zərərçəkmiş deyib ki, onun bacısı Vüsalə azyaşlı uşaqları ilə yaşayır:

"İsmayıl bacımın yaşadığı ünvana gedərək mənzilini tanımasa da, qonşuların qapısını döyərək narahatlıq yaradıb, azyaşlı qızının istifadəsində olan mobil nömrəyə "WhatsApp" vasitəsilə yazaraq barəsində təhqiredici sözlər deyib. Bacım bu barədə Xətai Rayon Polis İdarəsinə müraciət edib".

Aydan qeyd edib ki, 8 aprel 2023-cü ildə saat təxminən 01 radələrində yaşadığı evə gedərkən 24 saat fəaliyyət göstərən mağazada alış-veriş etmək qərarına gəlib və İsmayılın orada olduğunu görüb:

"Mağazaya gəlməmişdən az əvvəl qonşuluqda yaşayan Elmar adlı şəxs mənə zəng vurdu, harada olduğumu soruşdu. Mən Elmara evə gedəcəyimi bildirdim.

Daha sonra yolu əks istiqamətə keçdim, İsmayıl arxadan qaçaraq gəldi, mənə yaxınlaşdı. Sağ qolumdan tutaraq dartışdırmağa və əli ilə vurmağa başladı. Yaşadığım evə getsəm də, İsmayıl ardımca gəldi, qapını döydü. Anam həmin vaxt işdə idi. Qapının döyülməsinə bacım yuxudan oyandı. Gördüm ki, qonşular içərisində narahatlıq olacaq, ona görə qapını açdım və İsmayıldan getməsini xahiş etdim. Bu zaman İsmayıl məni hədələdi".

Bu cinayət işinə Nərimanov Rayon Məhkəməsində baxılıb.

İsmayıl 900 manat cərimə cəzasına məhkum edilib.

"Ruhun duymaz"la bağlı yeni qərar like
  • 30 Avq 19:23  
Şou-biznes "Ruhun duymaz"la bağlı yeni qərar

"Ya çok seversen"dən sonra daha bir serialın yayım günü dəyişd

arrow Ətraflı
Novruz Aslan: Biz sabah da, biri gün də Qarabağdakı erməniəsilli şəxslərə yardım göndərə bilərik like
  • 30 Avq 19:20  
Siyasət Novruz Aslan: Biz sabah da, biri gün də Qarabağdakı erməniəsilli şəxslərə yardım göndərə bilərik

Biz sabah da, biri gün də Qarabağdakı erməniəsilli şəxslərə yardım g�

arrow Ətraflı
Texniki məsələləri həll edəndən sonra yardımları həyata keçirəcəyik  Novruz Aslan like
  • 30 Avq 19:11  
Siyasət Texniki məsələləri həll edəndən sonra yardımları həyata keçirəcəyik Novruz Aslan

Texniki məsələləri həll edəndən sonra yardımları həyata keçirəcəyik

arrow Ətraflı
TikToka qadağa qoyulacaq like
  • 30 Avq 19:00  
Dünya TikToka qadağa qoyulacaq

Qırğızıstanda TikTok-a qadağa qoyulacaq.

arrow Ətraflı
Gömrükdə 5 kqdan çox bəyan edilməyən zinət əşyaları aşkar edildi like
  • 30 Avq 18:51  
Digərləri Gömrükdə 5 kqdan çox bəyan edilməyən zinət əşyaları aşkar edildi

Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin Əməliyyat və təhq

arrow Ətraflı
Bir qrup xarici QHT beynəlxalq ictimaiyyətə like
  • 30 Avq 18:50  
Siyasət Bir qrup xarici QHT beynəlxalq ictimaiyyətə

"Biz, aşağıda imzası olan vətəndaş cəmiyyəti təşkilatları birg�

arrow Ətraflı
Elcanın yaşadığı binadakı vəziyyət: like
  • 30 Avq 18:40  
Şou-biznes Elcanın yaşadığı binadakı vəziyyət:

Aktyor və aparıcı Elcan Rəsulov paylaşımı ilə növbəti dəfə gündəm�

arrow Ətraflı
İspaniyada suyun səviyyəsində rekord azalma like
  • 30 Avq 18:18  
Dünya İspaniyada suyun səviyyəsində rekord azalma

Quraqlığın ən çox müşahidə olunduğu ölkələrdən biri olan İspaniyad

arrow Ətraflı
Çirkab sularının yığılacağı tikili və qurğulara dair tələblər like
  • 30 Avq 18:14  
Digərləri Çirkab sularının yığılacağı tikili və qurğulara dair tələblər

Nazirlər Kabineti "Mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olm

arrow Ətraflı
ABŞı fəth etmək istəyən hind oğlu – o, seçilsə, like
  • 30 Avq 18:07  
Dünya ABŞı fəth etmək istəyən hind oğlu – o, seçilsə,

Hindistan əsilli siyasətçilərin və iş adamlarının dünyanın fəth etmə

arrow Ətraflı
14 Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarıldı like
  • 30 Avq 18:00  
Siyasət 14 Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarıldı

14 Azərbaycan vətəndaşı Almaniyadan ölkəyə geri qəbul edilib.

arrow Ətraflı
Elnarə gözlərdən itən o məşhuru tapıb üzə çıxardı like
  • 30 Avq 17:56  
Şou-biznes Elnarə gözlərdən itən o məşhuru tapıb üzə çıxardı

İllər əvvəl "Mən də varam" rep müsabiqəsinin iştirakçısı U

arrow Ətraflı
Ölkəyə narkotikləri uçuş aparatı ilə keçirən İran vətəndaşı saxlanıldı  VİDEO like
  • 30 Avq 17:52  
Digərləri Ölkəyə narkotikləri uçuş aparatı ilə keçirən İran vətəndaşı saxlanıldı VİDEO

Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Sərhəd Xidmətinin (DSX) əməkd

arrow Ətraflı
Paris daha genişmiqyaslı təxribat planları quraraq, həyata keçirmək niyyətindədir  ŞƏRH like
  • 30 Avq 17:50  
Siyasət Paris daha genişmiqyaslı təxribat planları quraraq, həyata keçirmək niyyətindədir ŞƏRH

Uzun illər boyu yürütdüyü müstəmləkəçi, istismarçı, etnik təmizləm

arrow Ətraflı