Çirkab sularının yığılacağı tikili və qurğulara dair tələblər
Digərləri 30 Avq 2023 18:14:00 369 0
Nazirlər Kabineti "Mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə qeyri-yaşayış binalarından onların istismar təyinatı nəzərə alınmaqla axıdılan çirkab sularının yığılacağı tikili və qurğulara dair tələblər"i təsdiq edib.
Bu xəbəri də oxu: Azərbaycanda 2025ci ilin ilk körpəsi
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, həmin tələblər aşağıdakılardır:
1. Mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə yerləşən ictimai binalarda (yoluxucu xəstəliklər təyinatlı tibb müəssisələri və bakterioloji laboratoriyalar istisna olmaqla) formalaşan çirkab sularının axıdılması üçün çirkab quyularından istifadə olunmalıdır.
2. Mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə yerləşən sənaye (istehsalat) binalarında, yoluxucu xəstəliklər təyinatlı tibb müəssisələrində və bakterioloji laboratoriyalarda formalaşan çirkab suları lokal təmizləyici qurğularda təmizləndikdən sonra çirkab quyularına axıdılmalıdır.
3. Qeyri-yaşayış binasının sifarişçisinin (sahibinin) seçiminə əsasən bu tələblərin 1-ci və 2-ci hissələrində nəzərdə tutulan qeyriyaşayış binalarında formalaşan çirkab suları lokal təmizləyici qurğularda təmizləndikdən sonra kənarlaşdırıla bilər. Bu halda çirkab sularının kənarlaşdırılacağı yer (son nöqtəsi) və tərkibindəki çirkləndirici maddələrin qatılıq həddi Ekologiya və Təbii Sərvətlər Nazirliyi (dövlət ekoloji ekspertizasının rəyi) və Səhiyyə Nazirliyi (sanitariya-gigiyenik və sanitariya-epidemioloji tələblərinə uyğunluq haqqında arayış) ilə razılaşdırılmalıdır.
4. Mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə yerləşən qeyri-yaşayış binalarında formalaşan çirkab sularının axıdılması üçün nəzərdə tutulan çirkab quyularının divarları və dibi sukeçirməz olmalı, habelə həmin quyuların inşası kanalizasiya, xarici şəbəkə və qurğulara dair texniki normativ hüquqi aktın tələblərinə uyğun həyata keçirilməlidir.
Hindistan əsilli siyasətçilərin və iş adamlarının dünyanın fəth etmə
14 Azərbaycan vətəndaşı Almaniyadan ölkəyə geri qəbul edilib.
İllər əvvəl "Mən də varam" rep müsabiqəsinin iştirakçısı U
Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Sərhəd Xidmətinin (DSX) əməkd
Uzun illər boyu yürütdüyü müstəmləkəçi, istismarçı, etnik təmizləm
2023-cü ilin yanvar-iyun ayları ərzində Yunanıstan Azərbaycandan 1,020 mil
Bərdə rayonunda 1988-ci il təvəllüdlü Mübariz qısqanclıq zəminində h�
Artıq birinci dəfə deyil ki, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndə
ABŞ tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatı "Mars
Bəzi ekspertlərin fikrincə, ölkədə inflyasiya faizləri aşağı salınmas
"HONOR" şirkəti sentyabrın 1-də Bakı vaxtı ilə saat 12:00-da Be
İsrail Leviathan təbii qazının Türkiyə üzərindən Avropaya nəqlini plan
İTV-nin aparıcısı Nərmin Salmanova Türkiyədəki tətilindən olan video
Ukrayna müharibənin 553-cü günü üçün Rusiya ordusunun itkiləri haqda m�