Müəllimin ölümünə səbəb olan sürücüyə
Kriminal 26 Avq 2023 18:00:00 335 0
Qubada sərxoş vəziyyətdə idarə etdiyi avtomobillə ana və iki azyaşlı uşağını vuran 41 yaşlı Süleyman Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Bu xəbəri də oxu: Leyla Əliyevanın iştirakı ilə Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin açılışı olub
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, qəza nəticəsində ana-Günay Fərzəliyeva ölüb, uşaqları isə xəsarət alıb.
Məhkəmədə G.Fərzəliyevanın həyat yoldaşı hüquqi varis kimi tanınıb.
Təqsirləndirilən şəxs özünü təqsirli bilsə də, ifadə verməkdən imtina edib. Onun istintaqdakı ifadəsindən məlum olub ki, hadisə baş verən vaxt toydan qayıdırmış. Həmin gün toyda dostları ilə spirtli içki qəbul edib, içkili vəziyyətdə öz avtomobili ilə yola çıxıb. O, qəza vaxtı özündə olmadığına görə hadisəni tam xatırlamadığını deyib.
Məhkəmənin hökmü ilə S.Məmmədov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə ötən ilin oktyabrında baş verib. Quba şəhər sakini Süleyman Məmmədov hadisəni idarə etdiyi "Hyundai Sonata" markalı avtomobili ilə törədib.
Qeyd edək ki, qəza nəticəsində vəfat edən G.Fərzəliyeva Quba rayonu, Çingiz Mürsəlov adına Vəlvələ kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi olub.
Bu gün dünyada milyonlarla insan müharibə şəraitində yaşamağa məcbur q
"İnstagram" yeni funksiyanı test etməyə başlayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabr ayında Çinə səfər ed�
Avqustun 26-da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşə
Laçında valideynləri etnik təmizləməyə məruz qalmış uşaqların fotola
Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Ukraynaya göstərdiyi d
Avqustun 26-sı saat 13:30 radələrində Ermənistan silahlı qüvvələrinin b
İraqın şimalında baş verən partlayışda türk əsgəri şəhid olub.
Qəhvə bütün dünyada milyonlarla insan tərəfindən sevilir. Çoxumuz səh�
Bu gün "Laçın Şəhər günü" ilə əlaqədar keçirilən bayram t
Türkiyənin milli müdafiə naziri Bakıya gəlib.
Həkimlər tər qoxusundan qurtulmağa kömək edən məhsulları açıqlayıb.
Astara rayonunda 1997-ci il təvəllüdlü Elmar və 2003-cü il təvəllüdlü
Binalar üçün minimum enerji effektivliyi normaları təsdiq edilib.