Ərli qadın sevgilisi ilə sevişmə videosunu çəkdi, qayınanası isə...
Digərləri 26 Avq 2023 15:48:00 352 0
Astara rayonunda 1997-ci il təvəllüdlü Elmar və 2003-cü il təvəllüdlü Elcan qohumları - Ləmanla intim görüntüləri sosial şəbəkədə yayılan həmkəndliləri Əfqana (adlar şərti verilib - red.) xəsarət yetiriblər.
Son.az teleqraf.com-a istinadən xəbər verir ki, hadisə ötə il avqustun 29-da Astara rayonunun qəsəbələrindən birində baş verib.
Elmar qohumu Elcanla birlikdə həmin gün, saat 16 radələrində qəsəbədə yerləşən elektrik stansiyasının yaxınlığında həmkəndliləri Əfqanla qısqanclıq zəminində mübahisə ediblər.
Mübahisə zamanı Elcan Əfqanı arxadan qollarını tutaraq yerə yıxıb, Elmar isə özü ilə gətirdiyi bıçaqla onun sol sifət nahiyəsinə xəsarətlər yetirib.
İstintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittuham elan olunub.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elmar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Lənkəran Dövlət Universitetinin Gəmiçilik fakultəsinin birinci kurs tələbəsi olub: "Avqustun 29-da saat 10 radələrində universitetdə dərsdə idim. Tələbə yoldaşlarım "Teleqram" saytına baxarkən Astaranın qəsəbəsində yaşayan bir qızla bir oğlanın çılpaq görüntüləri olan videosunun olduğunu dedilər. Tələbə yoldaşlarımdan mobil telefonu aldım və həmin videogörüntüyə baxan zaman onun bibim qızı Ləman olduğunu gördüm.
Bibim qızı ilə intim görüntüsü yayılan oğlan isə həmkəndlimiz Əfqan idi. Videoya baxandan sonra tələbə yoldaşlarıma heç bir söz demədim və Lənkərandan Astaraya qayıtdım. Ləmanın əmisi oğlu Elcana zəng etdim. Olanlar barədə ondan soruşdüm. Elcan da həmin videoya özünün indi baxdığını dedi".
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Elcanla görüşüb: "Təklif etdim ki, Əfqanı çağırıb bu barədə onunla söhbət edək. Əfqanın qardaşı Ramizə zəng etdim. Qardaşına Əfqanın etdiyi hərəkətlər barədə məlumat verdim. Əfqanla görüşməyin, bu barədə söhbət etməyin zəruri olduğunu bildirdim".
Elmarın sözlərinə görə, həmin gün saat 16 radələrində qəsəbədə yerləşən elektrik stansiyasının yaxınlığında Əfqanla görüşüblər: "Görüş zamanı Əfqana "nəyə görə Ləman ilə olan videonu "Teleqram" saytında paylaşmısan?" - deyə soruşdum. Əfqan isə cavabında həmin videonu yaymadığını, Ləmanın özü onu evinə çağırdığını bildirdi.
Əfqanla aramızda sözlü mübahisə başladı, Ləman barəsində nalayiq ifadələr işlətdi. Elcan Əfqanı arxadan qollarını tutaraq yerə yıxdı. Mən də evdən gətirdiyim mətbəx bıçağını cibimdən çıxardım və Əfqanın sol yanağına vurdum.
Əfqan əlimizdən çıxaraq qaçmağa başladı. Orada olan Ramiz mübahisəyə qarışmadı. Başqa şəxslər bizə iradlarını bildirdilər, düzgün etmədiyimizi dedilər. Sonra bizə polisə təslim olmağımızı məsləhət görüdülər. Mən Elcanla birlikdə Astara rayon polis şöbəsinə getdik. Etdiyimiz hərəkət barədə məlumat verdik və hadisə vaxtı istifadə etdiyim bıçağı təqdim etdim".
İş üzrə zərərçəkmiş Əfqanın sözlərinə görə, Ləmanla münasibəti olub: "Onunla evlənmək istəmişik. Lakin valideyinləri buna razı olmadılar. Buna baxmayaraq başqası ilə ailə quran Ləman mənimlə münasibətini davam etdirdi".
Zərərçəkmiş qeyd edib ki, 25 avqust 2022-ci ildə Ləmannın Bakı şəhərində yaşadığı evə gedib və onunla görüşüb: "Evdə sevişən zaman Ləman öz telefonu ilə həmin anı çəkdi. Sonra oradan çıxdım və Astara rayonuna qayıtdım.
Ləman zəng edərək dedi ki, qayınanası Səlimə mobil telefonunu zorla onun əlindən alıb və telefona baxanda bizim çəkilmiş video və fotoşəkillərimizi görüb. Ləmanı atası evinə gəldi".
Zərərçəkmiş qeyd edib ki, Ləmanın qohumları çağırdığına görə avqustun 29-da saat 16 radələrində qardaşı Ramiz ilə birlikdə qəsəbədə yerləşən elektirik stansiyasının yaxınlığına gediblər: "Ləmanın qohumları Elmar və Elçan da orada idilər. Aramızda söhbət mübahisəyə çevrildi. Elcan əllləri ilə arxadan məni tutdu. Elmar əlində olan bıçaqla sifətimin sol nahiyyəsinə vurdu. Bıçaq sol əlimin beşinci barmağını kəsdi. Sifətimdən qan axmağa başladı. Elcanı itələyərək oradan qaçdım".
Bu cinayət işinə Astara rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxslərin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, həmçinin zərərçəkmiş şəxsin şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən hər iki təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. Onlar cinayət məsuliyyətindən azad ediliblər.
Son.az
Binalar üçün minimum enerji effektivliyi normaları təsdiq edilib.
Türkiyədə zəlzələ üzrə mütəxəssis professor Şükrü Ersoy "Saba
Yay mövsümünün ən əhəmiyyətli hissəsi olan bikini və çimərlik geyiml
Mayın 28-dən Laçının dirçəliş dövrü başlamışdır. O vaxtdan bu gün
Ermənistan ərazisində yerləşən faydalı qazıntı yataqlarının kortəbii
Amerikalı aktyor 43 yaşlı Ceyson Momoa və 48 yaşlı amerikalı aktrisa Yev
"Yeşilçam"ın veteran aktyorlarından olan "Artsit Ahmet"
Ukrayna müttəfiqləri ölkədə münaqişənin tədricən dalana dirənəcəyi
Hindistanda təxminən beş il əvvəl itkin düşmüş yerli teleaparıcı Salm
"Ayrıldıqdan sonra evlilik təklifi aldım. Gedib xaricdə yaşamalı idi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehri
Bakıda 1986-cı il təvəllüdlü Elşən azyaşlı qızı İradəni (adlar ş�
İranın bəzi ekspertləri hesab edir ki, BRİKS-ə üzv olmaq onun bölgədək
İsveç hakimiyyəti Danimarkanın ardınca dini kitabların yandırılmasını
"Bu gün, avqustun 26-da biz - Azərbaycanlılar Laçın şəhərinə qayı