Oğurluq əməlləri, narkotiklərin qanunsuz dövriyyəsi...
Kriminal 26 Avq 2023 09:28:00 382 0
Füzulidə oğurluq əməlləri törətməkdə və narkotik vasitələrin qanunsuz dövriyyəində şübhəli bilinən şəxslər saxlanılıb.
Bu xəbəri də oxu: 21 yaşlı oğlan bıçaqlandı
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Son.az-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən son günlərdə keçirilən əməliyyatlar nəticəsində oğurluq əməlləri törətməkdə şübhəli bilinən 8 nəfər saxlanılıb.
Araşdırmalarla onların Nemət Haqverdiyev, Fəridə Rəhimova, Vüsal Bədəlov, Hikmət Tağıyev, Musa Hətəmov, Qardaş Gülmalıyev, Natiq Həziyev və Məhərrəm Rüstəmov olduqları müəyyən edilib. Adıçəkilən şəxslərin rayon ərazisində yerləşən mağazadan, anbardan və evdən oğurluqlar edərək ümumilikdə, 50 min manata yaxın dəyərdə ziyan vurduqları aşkar olunub.
Dəymiş ziyanın aradan qaldırılması istiqamətində polis əməkdaşları tərəfindən müvafiq tədbirlər davam etdirilir.
Keçirilmiş digər bir əməliyyatla narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən xarici ölkə vətəndaşı da saxlanılıb. Onun İran İslam Respublikasının sakini Hosein Farhadi olduğu müəyyən edilib. Həmin şəxsin üzərinə baxış keçirilən zaman narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Qeyd edilən faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
BMT-nin baş katibi Antonio Quterreş Yohannesburqda Rusiyanın xarici işlər n
Türkiyənin Van gölünün qəribə xüsusiyyəti hər kəsin marağına səbə
İllər keçsə də, sosiologiya, psixologiya, tibb kimi sahələr inkişaf ets�
Ağlımız söz kəsəndə özümüzdən böyüklərin yanında eşitdiyimiz alt
Fransa Xarici İşlər Nazirliyi bildirib ki, üsyançıların Fransa səfirinin
Təsdiqlənməmiş məlumatlara görə, Viktor But "Vaqner"in yeni rə
İtkin düşən qızın müəllimi ilə qaçdığı məlum olub.
Rusiya Federasiyasının Moskva vilayətinin İstra rayonunda hava hücumundan m
Dietoloq Elena Solomatina payızda immuniteti gücləndirən qidaları açıqlay
Bu il sentyabrın 13-14-də İstanbulda Türk Dövlətləri Təşkilatına (TDT)
Çeçenistan rəhbəri Ramzan Kadırov "Vaqner" hərbi təşkilatını
Dünyada koronavirusun yayılma hallarının ümumi azalması fonunda bəzi ölk