Dəriniz günəşdən quruyub və çatlayıbsa, bunları edin


Digərləri 26 Avq 2023 03:11:00 365 0

Dəriniz günəşdən quruyub və çatlayıbsa, bunları edin

Uzun müddət günəş altında qalma, dəniz suyu, qaraldıqdan sonra dəridə yaranan problemlərlə yəqin hazırda çoxları qarşı-qarşıya qalıb. Bu, dəridə quruluq yaradır. Cild deformasiyaya uğrayaraq çatlamağa, qaşınmağa, qızarmağa və qurumağa başlayır. Xüsusən də yeni iş mövsümünün başlanğıcında belə hallar bir çox insanda narahatlıq yaradır.

Son.az axşam.az-a istinadən bildirir ki,  qısa zamanda dərinizdə adıçəkilən problemlərdən qurtulmağa imkan verən üsulları təqdim edir:

Dəri tipinizə uyğun təmizləyici vasitələrdən istifadə edin

Dəri bariyerinin pozulması quruluq, qıcıqlanma, qızartı, həssaslıq və hətta sızanaq kimi cild problemlərinə səbəb ola bilər. Buna görə də dərinizin quruluşuna uyğun təmizləyici vasitələrdən istifadə bərpa prosesində müsbət rol oynayacaqdır. 

Normal, quru, yağlı, qarışıq və ya həssas dəri tiplərinin fərqli ehtiyacları var. Məsələn, köpüklü gel yağlı dərilər üçün daha təsirli ola bilər, quru dərilər üçün isə nəmləndirici xüsusiyyətlərə malik krem tövsiyə olunur. Bunun üçün aldığınız vasitələrin üzərindəki məlumatları diqqətlə oxuyub əməl edin.

Dəri səthini bərpa edərkən kimyəvi maddələrdən qaçmalısınız. Sintetik ətirlər, spirt, sulfat kimi maddələr cildinizi daha da quruda və qıcıqlandıra bilər. Bunun əvəzinə təbii və yumşaq tərkibli vasitələr seçin. Məsələn, aloe vera, yaşıl çay, lavanda yağı kimi təbii tərkibli məhsullar dərini yumşaq bir şəkildə təmizləyərək nəmləndirməyə kömək edir.

Davamlı və düzgün təmizləyin

Dərinizi həddindən artıq təmizləməkdən və ya sərt sürtməkdən çəkinin. Təmizləmə prosesi dərinin təbii nəmini də aradan qaldıra bilər. Buna görə də prosesin ardından cildinizi nəmləndirməlisiniz. 

Cildinizi nəm saxlamağa, nəmləndirməyə çalışın

Dəri səthi nəmləndikcə bərpa prosesi də sürətlə gedir. Həmçinin nəmləndiricilər cildin su saxlamaq qabiliyyətini artırır, yaşlanma əlamətlərini ləngidir.

Makiyajla yatmayın

Makiyaj gecə ərzində cildin bərpa prosesinə təsir edir. Yuxu hüceyrələrin və toxumaların özlərini yeniləməsi üçün ən yaxşı fürsətdir. Ancaq dəriniz makiyaj qalıqları və kirlə örtülüdürsə, bu proses çətinləşir. Bundan əlavə, makiyaj qalıqları məsamələrin tıxanmasına və sızanaq, qara nöqtə kimi dəri problemlərinə səbəb olur.

Bol su için

Dərinizin qısa müddət ərzində bərpa olmasını istəyirsinizsə, gün ərzində mükün qədər su içməyə çalışın.

Yuxunuzu diqqət edin

Rahat və uzun müddətli yuxu nəinki orqanizmə həmçinin, cildə də müsbət təsir göstərir. Əks halda sağalma mərhələsi ləngiyə bilər.

Günəşdən qorunun

Dərini ultrabənövşəyi şüaların təsirindən mümkün qədər qorumağa çalışın. 

Çox sayda qulluq vasitələrindən eyni anda istifadə etməyin

Çox sayda vasitədən istifadə etmək cildin özünübərpa prosesindəki sistemini poza bilər. 

Qidalanmağınıza diqqət edin

Meyvə-tərəvəz, yaşıl çay, qırmızı üzüm, qara şokolad bərpa prosesində müsbət rol oynayır. 

Stresdən və pis vərdişlərdən uzaq durun

Siqaret, spirtli içkilər dərinin nəinki bərpa prosesinə əngəl törədir, həmçinin, qocalmanı tezləşdirir.

Tanınmış model ana oldu like
  • 26 Avq 02:30  
Şou-biznes Tanınmış model ana oldu

"Victoria's Secret"in keçmiş mələyi, danimarkalı model Cozefi

arrow Ətraflı
Yeməli göbələklərin gözlənilməz təhlükələri açıqlandı like
  • 26 Avq 01:51  
Digərləri Yeməli göbələklərin gözlənilməz təhlükələri açıqlandı

"Hətta yeməli göbələklərin tərkibində sağlamlıq üçün təhlük�

arrow Ətraflı
"Şüşə qabda portağal şirəsi paylaşan müğənnilərə aldanmayın" like
  • 26 Avq 01:12  
Şou-biznes "Şüşə qabda portağal şirəsi paylaşan müğənnilərə aldanmayın"

"Elgiz Əkbərin ekonom klassda uşmasına da bir söz çıxartdınız. Ba

arrow Ətraflı
Koronavirusa yoluxma halları artır like
  • 26 Avq 00:31  
Dünya Koronavirusa yoluxma halları artır

2023-cü ilin mayında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandem

arrow Ətraflı
Məşhur aktrisa xəstəxanaya yerləşdirildi like
  • 26 Avq 00:11  
Şou-biznes Məşhur aktrisa xəstəxanaya yerləşdirildi

Rusiyalı məşhur aktrisa Kristina Asmus xəstəxanaya yerləşdirilib.

arrow Ətraflı
Bu gün Laçın şəhəri günüdür like
  • 26 Avq 00:05  
Siyasət Bu gün Laçın şəhəri günüdür

Bu gün Laçın şəhəri günüdür.

arrow Ətraflı
Azərbaycanın Birinci vitseprezidenti Mehriban Əliyevanın doğum günüdür like
  • 26 Avq 00:04  
Siyasət Azərbaycanın Birinci vitseprezidenti Mehriban Əliyevanın doğum günüdür

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezid

arrow Ətraflı
Günün qoroskopu: Müsbət təmayüllərin təsiri güclənir like
  • 26 Avq 00:01  
Digərləri Günün qoroskopu: Müsbət təmayüllərin təsiri güclənir

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
DİQQƏT! Bu qidalar əhvalruhiyyəni pisləşdirir like
  • 25 Avq 23:57  
Digərləri DİQQƏT! Bu qidalar əhvalruhiyyəni pisləşdirir

Həkimlər hansı qidaların əhval-ruhiyyəni pisləşdirdiyini açıqlayıblar

arrow Ətraflı
"Seksual obyekt kimi görünməkdən sıxılmıram"  Monika Beluççi like
  • 25 Avq 23:52  
Şou-biznes "Seksual obyekt kimi görünməkdən sıxılmıram" Monika Beluççi

Dünya şöhrətli aktrisa Monika Beluççi son müsahibəsində maraqlı açıq

arrow Ətraflı
"Eşqindən şokolad kimi əriyirsən" like
  • 25 Avq 23:46  
Şou-biznes "Eşqindən şokolad kimi əriyirsən"

"Sən eşqindən sərxoş olmalı, əriməlisən. Sən dəli olmasan, həmi

arrow Ətraflı
Milanda 260 illik temperatur rekordu qırıldı like
  • 25 Avq 23:33  
Dünya Milanda 260 illik temperatur rekordu qırıldı

İtaliyada fəaliyyət göstərən Regional Ətraf Mühitin Mühafizəsi Agentli

arrow Ətraflı
Əmir Teymurun əfsanəvi qılıncı Atatürkdə like
  • 25 Avq 23:25  
Dünya Əmir Teymurun əfsanəvi qılıncı Atatürkdə

Böyük sərkərdə Əmir Teymur vəfat edəndən sonra onun gəncliyindən öl�

arrow Ətraflı
Pulu necə xərcləyək ki... like
  • 25 Avq 23:17  
Digərləri Pulu necə xərcləyək ki...

Gündəlik həyatımıza birbaşa təsir edən əsas amillərdən biri də maliy

arrow Ətraflı