Xarici İşlər Nazirliyinin əsasnaməsi təsdiqləndi
Siyasət 05 May 2025 16:25:00 62 0
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında əsasnamə təsdiqlənib.
Bu xəbəri də oxu: Prezident bu fərmanda dəyişiklik etdi
Trend xəbər verir ki, bununla bağlı müvfiq sənədi Prezident İlham Əliyev imzalayıb.
Sənədə əsasən, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının xarici siyasətini və bu sahədə dövlət tənzimləməsini, eləcə də xarici əlaqələr sahəsində Azərbaycan Respublikası dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsini həyata keçirən və diplomatik xidmət orqanlarının vahid sisteminə rəhbərlik edən mərkəzi icra hakimiyyəti orqanıdır.
Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının Konsul Nizamnaməsini, Azərbaycan Respublikasının digər qanunlarını, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.
Nazirlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, habelə digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
Nazirliyin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində öz adı və Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri həkk olunmuş möhürü, kargüzarlıq xidmətinin gerbsiz möhürü, müvafiq ştampları və blankları vardır.
Nazirliyin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunda nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
1.6. Nazirlik Bakı şəhərində yerləşir.
Xalq artisti Ağadadaş Ağayevlə aralarında yaranmış insidentlə gündəm o

"Səni axtarıram" verilişində maraqlı anlar yaşanıb.

Prezident İlham Əliyev "Feldyeger rabitəsi haqqında" qanunda dəyi

Xaçmaz Rayon Fövqəladə Hallar Komissiyasının sədri, Xaçmaz Rayon İcra H

Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Uşaq ürək cərrahiyyə ş�

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının "Gəncl

Xəbər verdiyimiz kimi, ötən gün "Küləyə qalib gəl" şüarı a

Külli miqdarda vəsaitin leqallaşdırılması, vergidən yayınmaqla bağlı m

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Xo

Azərbaycanda yay aylarında müəllimlərin növbəti sertifikasiya imtahanın�

#AzərbaycanMüəllimləri: TikTok Elm və Təhsil Nazirliyinin dəstəyi ilə m

Müasir Avrasiya geosiyasi dramının paradoksal səhnələrindən biri yaşanı
