İstanbulda Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş konsert baş tutdu


Kriminal 05 May 2025 15:15:00 62 0

İstanbulda Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş konsert baş tutdu

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının "Gənclərə dəstək" layihəsi çərçivəsində, Türkiyənin İstanbul şəhərində yerləşən Marmara Universitesi "Atatürk Eğitim Fakültesi"ndə dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş növbəti parlaq konsert baş tutdu.Tədbirdə respublika və beynəlxalq müsabiqələr laureatları, Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının şagirdi Surə Rüfət (violin) və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi Xədicə Cahangirova (piano) möhtəşəm konsert proqramı ilə çıxış etdilər. İlk olaraq konsertdə Filarmoniyanın direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ayla Kərimova-Zəkəriyyə bu layihə haqqında ətraflı məlumat verərək, qonaqları və tədbir iştirakçılarını salamladı.

Proqramda Ü.Hacıbəyli, Q.Qarayev, A.Məlikov, S.Rüstəmov, N.Paganini, F.Chopin, H.Wieniawski, S.Raxmaninovun əsərləri səsləndi.Qeyd edək ki, tədbirin moderatoru Marmara Üniversitesi "Güzel Sanatlar Fakültesi" üzrə müəllim Aytac Rzaquliyeva hər bir əsər haqqında dinləyicilərə maraqlı məlumatlar ötürərək bu gecəni daha da yaddaqalan etdi. Konsertin sonunda isə Marmara Universiteti tərəfindən iştirakçılara diplomlar, xatirə hədiyyələri və suvenirlər təqdim olundu. Yüksək səviyyədə təşkil olunmuş bu gecə Azərbaycan mədəniyyətinin inkişafına və gənc istedadların dəstəklənməsinə vəsilə oldu. Tədbirin təşkilatçıları M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Marmara Üniversitesi "Güzel Sanatlar Fakültesi" nin müəllimi Aytac Rzaquliyeva və "Hoş sanat" Mərkəzinin yaradıcılarıdır.

Xatırladaq ki, "Gənclərə dəstək" layihəsi Filarmoniyanın həyata keçirdiyi layihədir, artıq 10 ildir ki, fəaliyyət göstərir və əsas məqsədi Azərbaycanda gənc istedadların üzə çıxarılması və dəstəklənməsidir. Layihə ideyasının müəllifi və onun rəhbəri - Filarmoniyanın direktoru, Azərbaycan Respublikasının Xalq artisti, professor Murad Adıgözəl-zadə, layihənin koordinatoru - Filarmoniyanın direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ayla Kərimova-Zəkəriyyədir.

Aygünə görə görünməmiş izdiham: "Hollivud" ulduzları kimi yola saldılar  VİDEO like
  • 05 May 14:57  
Şou-biznes Aygünə görə görünməmiş izdiham: "Hollivud" ulduzları kimi yola saldılar VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün "Küləyə qalib gəl" şüarı a

arrow Ətraflı
İki qardaşın YARIM MİLYARDLIQ məhkəməsindən xəbər var like
  • 05 May 14:47  
Digərləri İki qardaşın YARIM MİLYARDLIQ məhkəməsindən xəbər var

Külli miqdarda vəsaitin leqallaşdırılması, vergidən yayınmaqla bağlı m

arrow Ətraflı
Antalyada sahildə köpək balığı peyda oldu like
  • 05 May 14:30  
Digərləri Antalyada sahildə köpək balığı peyda oldu

Antalya sahillərində köpək balığı peyda olub.

arrow Ətraflı
Müəllimlərin sertifikasiya imtahanının tarixi niyə açıqlanmır? like
  • 05 May 14:15  
Digərləri Müəllimlərin sertifikasiya imtahanının tarixi niyə açıqlanmır?

Azərbaycanda yay aylarında müəllimlərin növbəti sertifikasiya imtahanın�

arrow Ətraflı
Müəllimlərin nəzərinə  Tiktokda müsabiqə başlayır like
  • 05 May 14:14  
Digərləri Müəllimlərin nəzərinə Tiktokda müsabiqə başlayır

#AzərbaycanMüəllimləri: TikTok Elm və Təhsil Nazirliyinin dəstəyi ilə m

arrow Ətraflı
Paşinyan Moskvaya körpü salmağa gedir like
  • 05 May 13:55  
Siyasət Paşinyan Moskvaya körpü salmağa gedir

Müasir Avrasiya geosiyasi dramının paradoksal səhnələrindən biri yaşanı

arrow Ətraflı
"Ağşəhər” və NZSdə metro olacaq like
  • 05 May 13:48  
Digərləri "Ağşəhər” və NZSdə metro olacaq

Bakıda 10 yeni metrostansiyanın tikiləcəyi ərazilərin müəyyənləşdirim

arrow Ətraflı
Tramp bu dəfə də film qəhrəmanı oldu  FOTO like
  • 05 May 13:30  
Dünya Tramp bu dəfə də film qəhrəmanı oldu FOTO

Ağ Evin "X"dəki rəsmi hesabı prezident Donald Trampın "Ulduz

arrow Ətraflı
Maşınla "AZZA"ya girdi like
  • 05 May 13:18  
Digərləri Maşınla "AZZA"ya girdi

Bakıda avtomobil "AZZA" mağazasına çırpılıb. 

arrow Ətraflı
Sakinlər şikayət etdi  Avtobusun əvəzinə "Qazel" verdilər like
  • 05 May 13:05  
Digərləri Sakinlər şikayət etdi Avtobusun əvəzinə "Qazel" verdilər

Paytaxt sakinləri 158 saylı avtobus marşrutunda yaranan sərnişin sıxlığ�

arrow Ətraflı
Hüseynin hamıdan gizlətdiyi qardaşı varmış: "Onu tapanda çox ağladım" like
  • 05 May 12:47  
Şou-biznes Hüseynin hamıdan gizlətdiyi qardaşı varmış: "Onu tapanda çox ağladım"

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu açıqlaması ilə diqq�

arrow Ətraflı
İsrail Türkiyəyə qarşı: Suriyanın cənubu uğrunda gizli savaş like
  • 05 May 12:40  
Siyasət İsrail Türkiyəyə qarşı: Suriyanın cənubu uğrunda gizli savaş

Suriya artıq uzun müddətdir ki, öz faciəsində müstəqil aktor olma status

arrow Ətraflı
Prezident bu məscidin təmirinə pul ayırdı  SƏRƏNCAM like
  • 05 May 12:35  
Siyasət Prezident bu məscidin təmirinə pul ayırdı SƏRƏNCAM

Paytaxtın Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məsci

arrow Ətraflı
Bakıda avtomobil qiymətinə telefon satışa çıxarıldı like
  • 05 May 12:24  
Digərləri Bakıda avtomobil qiymətinə telefon satışa çıxarıldı

Bakıda "Vertu" markalı mobil telefon fantastik qiymətə satışa ç

arrow Ətraflı