Müəllimlərin sertifikasiya imtahanının tarixi niyə açıqlanmır?


Digərləri 05 May 2025 14:15:00 90 0

Müəllimlərin sertifikasiya imtahanının tarixi niyə açıqlanmır?

Azərbaycanda yay aylarında müəllimlərin növbəti sertifikasiya imtahanının keçirilməsi nəzərdə tutulub. Sertifikasiyaya biologiya, kimya, coğrafiya, informatika və fizika müəllimləri cəlb olunacaq.

2022-2024-cü illər ərzində 65 min nəfərə yaxın müəllim sertifikatlaşdırmaya cəlb edilib. İndiyə kimi sertifikatlaşdırma prosesini uğurla keçmiş müəllimlərin ümumi sayı 55 min nəfər olub.

Nazirlər Kabinetinin qərarına uyğun olaraq, sertifikatlaşdırmada uğur qazanmış 38 min müəllimin əməkhaqqına 10%, 17 min müəllimin əməkhaqqına isə 35 faiz əlavə tətbiq edilib. Nəticədə maaşına 10% əlavə olunan müəllimlərin orta aylıq əməkhaqqı 980 manat, maaşına 35% əlavə olunan müəllimlərin orta aylıq əməkhaqqı isə 1295 manat təşkil edib. Bu il təxminən 27 minə yaxın müəllimin sertifikasiya prosesinə cəlb ediləcəyi gözlənilir.

Qeyd edək ki, sertifikasiyanın nə vaxt keçiriləcəyi açıqlanmayıb.

Son.az xəbər verir ki, modern.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova da deyir ki, son illərdə müəllimlərin sertifikatlaşdırma prosesi ilə bağlı tarixlər əsasən aprelin sonunda açıqlanırdı.

"Bu, həm təqvim baxımından müəllimlərə planlama imkanı verir, həm də hazırlıq prosesinə psixoloji olaraq köklənməyə şərait yaradırdı. Lakin cari ildə bu ənənənin pozulması, yəni tarixlərin gec açıqlanması, bir sıra suallar doğurur", - o qeyd edib.

Günay Əkbərovanın sözlərinə görə, əsas səbəblərdən biri kimi Elm və Təhsil Nazirliyində bəzi yeni prosedurların tətbiqi, normativ sənədlərin yenilənməsi bu kimi gecikmələrə səbəb olur:

"Bundan əlavə, əvvəlki illərdə keçirilmiş imtahanlara dair toplanan geribildirimlərin dəyərləndirilməsi və formatın təkmilləşdirilməsi də daha çox vaxt tələb edə bilər. Müəllimlərin bu ilki imtahanlarda nəyin dəyişə biləcəyi ilə bağlı narahatlıqları haqlıdır. Baxmayaraq ki, radikal dəyişikliklər gözlənilmir".

Müsahibimiz bildirib ki, bu prosesdən keçən bir çox müəllim kimi sizə həm təcrübəyə, həm də gerçəkliyə əsaslanan bir neçə səmimi tövsiyələri var:

"Tarixlərin gec açıqlanması prosesin daha ciddi şəkildə hazırlandığını göstərir. Nəzəriyyəni əzbərləməkdən çox, tətbiq etməyi öyrənmək daha faydalıdır. Metodika biliklərini dərs mühitində necə istifadə etdiyinizi düşünün. Müsahibə mərhələsində öz dərs təcrübənizdən çıxış edin. Müsahibədə konkret situasiya nümunələri sizə üstünlük qazandıracaq.Digər müəllimlərlə birgə hazırlaşmaq, qrup şəklində test işləmək, fikir mübadiləsi aparmaq həm motivasiya yaradır, həm də psixoloji təzyiqi azaldır.

Yalnız rəsmi mənbələrə güvənin. Sosial mediada yayılan qeyri-dəqiq məlumatlar sizi çaşdıra bilər. Elm və Təhsil Nazirliyinin və Təhsil İnstitutunun rəsmi səhifələrini izləyin. Unutmayın, bu imtahan sizin peşəkar inkişaf yolunuzdakı bir mərhələdir. Onu keçmək yalnız bilik deyil, həm də özünəinam, hazırlıq və məqsədyönlülük tələb edir. İnanıram ki,  digər fənnlərdə olduğu kimi, yenə müəllimlərimiz yüksək nəticələr göstərəcək"- G.Əkbərova qeyd edib.

Müəllimlərin nəzərinə  Tiktokda müsabiqə başlayır like
  • 05 May 14:14  
Digərləri Müəllimlərin nəzərinə Tiktokda müsabiqə başlayır

#AzərbaycanMüəllimləri: TikTok Elm və Təhsil Nazirliyinin dəstəyi ilə m

arrow Ətraflı
Paşinyan Moskvaya körpü salmağa gedir like
  • 05 May 13:55  
Siyasət Paşinyan Moskvaya körpü salmağa gedir

Müasir Avrasiya geosiyasi dramının paradoksal səhnələrindən biri yaşanı

arrow Ətraflı
"Ağşəhər” və NZSdə metro olacaq like
  • 05 May 13:48  
Digərləri "Ağşəhər” və NZSdə metro olacaq

Bakıda 10 yeni metrostansiyanın tikiləcəyi ərazilərin müəyyənləşdirim

arrow Ətraflı
Tramp bu dəfə də film qəhrəmanı oldu  FOTO like
  • 05 May 13:30  
Dünya Tramp bu dəfə də film qəhrəmanı oldu FOTO

Ağ Evin "X"dəki rəsmi hesabı prezident Donald Trampın "Ulduz

arrow Ətraflı
Maşınla "AZZA"ya girdi like
  • 05 May 13:18  
Digərləri Maşınla "AZZA"ya girdi

Bakıda avtomobil "AZZA" mağazasına çırpılıb. 

arrow Ətraflı
Sakinlər şikayət etdi  Avtobusun əvəzinə "Qazel" verdilər like
  • 05 May 13:05  
Digərləri Sakinlər şikayət etdi Avtobusun əvəzinə "Qazel" verdilər

Paytaxt sakinləri 158 saylı avtobus marşrutunda yaranan sərnişin sıxlığ�

arrow Ətraflı
Hüseynin hamıdan gizlətdiyi qardaşı varmış: "Onu tapanda çox ağladım" like
  • 05 May 12:47  
Şou-biznes Hüseynin hamıdan gizlətdiyi qardaşı varmış: "Onu tapanda çox ağladım"

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu açıqlaması ilə diqq�

arrow Ətraflı
İsrail Türkiyəyə qarşı: Suriyanın cənubu uğrunda gizli savaş like
  • 05 May 12:40  
Siyasət İsrail Türkiyəyə qarşı: Suriyanın cənubu uğrunda gizli savaş

Suriya artıq uzun müddətdir ki, öz faciəsində müstəqil aktor olma status

arrow Ətraflı
Prezident bu məscidin təmirinə pul ayırdı  SƏRƏNCAM like
  • 05 May 12:35  
Siyasət Prezident bu məscidin təmirinə pul ayırdı SƏRƏNCAM

Paytaxtın Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məsci

arrow Ətraflı
Bakıda avtomobil qiymətinə telefon satışa çıxarıldı like
  • 05 May 12:24  
Digərləri Bakıda avtomobil qiymətinə telefon satışa çıxarıldı

Bakıda "Vertu" markalı mobil telefon fantastik qiymətə satışa ç

arrow Ətraflı
Aleksandr Turçin Azərbaycana rəsmi səfərə gəlib like
  • 05 May 12:22  
Siyasət Aleksandr Turçin Azərbaycana rəsmi səfərə gəlib

Belarus Respublikasının Baş naziri Aleksandr Turçin mayın 5-də Azərbaycan

arrow Ətraflı
Rusiyada bu hava limanı bağlandı like
  • 05 May 12:05  
Dünya Rusiyada bu hava limanı bağlandı

Ukraynadan pilotsuz təyyarənin hücumundan sonra Moskva aeroportu bağlanıb

arrow Ətraflı
14:00dan işıq kəsiləcək like
  • 05 May 11:58  
Digərləri 14:00dan işıq kəsiləcək

Xətai rayonunda təmir-bərpa işləri ilə əlaqədar elektrik enerjisinin ver

arrow Ətraflı
Tramp dünyanın ən qorxunc həbsxanasını yenidən açdırır  FOTO like
  • 05 May 11:54  
Dünya Tramp dünyanın ən qorxunc həbsxanasını yenidən açdırır FOTO

ABŞ Prezidenti Donald Tramp San-Fransiskodakı Alkatras həbsxanasının yenid�

arrow Ətraflı
Türk aktrisa ABŞdə şiddətə məruz qaldı  Qabırğaları sındırıldı  FOTO like
  • 05 May 11:41  
Şou-biznes Türk aktrisa ABŞdə şiddətə məruz qaldı Qabırğaları sındırıldı FOTO

"Hayat Devam Ediyor" serialı ilə tanınan türkiyəli aktrisa Meltem

arrow Ətraflı