Füzuli şəhərinə köçürülən ailələrin məşğulluğuna dəstək işlərinə başlanıb
Digərləri 21 Avq 2023 17:27:00 356 0
Böyük Qayıdış proqramı üzrə Füzuli şəhərinə köçürülən sakinlərin də məşğulluğuna dəstək işlərinə başlanıb.
Bu xəbəri də oxu: 2025ci ildə hansı saç rəngləri trend olacaq?
Son.az Trend-ə istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin nümayəndələri Füzuli şəhərinə ilk köçürülən 23 ailə yerləşdikdən sonra onlarla ünvanlarında görüşlər keçirib.
Həmin ailələrin üzvlərinin məşğulluq imkanları qiymətləndirilib, onlara aktiv məşğulluq proqramları (özünüməşğulluq proqramı, peşə hazırlığı kursları, işədüzəltmə tədbirləri və s.) barədə məlumatlar verilib. Qiymətləndirmənin nəticəsinə uyğun olaraq qeyd edilən proqramlar çərçivəsində həmin vətəndaşların məşğulluğuna dəstək işləri aparılır.
Ümumilikdə isə ilk mərhələdə Füzuli şəhərinə köçürülməsi nəzərdə tutulan 144 ailənin üzvlərinin məşğulluq imkanlarının araşdırılması məqsədi ilə ailələrin hər biri ilə ilkin əlaqələr saxlanılıb. Həmin ailələrin üzvlərinin məşğulluq imkanlarının müəyyənləşdirilməsi istiqamətində söhbətlər aparılıb, onlara aktiv məşğulluq proqramları barədə ətraflı məlumatlar verilib.
Son.az
Fransa prezidenti Emmanuel Makronun Avropa və Türkiyə ilə əlaqələr üzrə
Türkiyə 2023-cü ilin yanvar-iyul aylarında Şimali Kiprə elektrik avadanlı
Paytaxt Bakıda villa əmlak saytlarının birində 15 milyon manata satışa ç
Fransada sosial narazılıqların yeni dalğası yayılmaqdadır. Fransa vətən
Rejissor Kristofer Nolanın "Oppenheimer" filmi kassada 700 milyon dol
Prezident Şavkat Mirziyoyevin Bakıya səfəri Azərbaycanla Özbəkistan aras�
Azərbaycan Xarici İşlər Nazirliyi Beynəlxalq Terror Qurbanlarının Xatirə
Ukraynanın strateji hava üstünlüyünü təmin etmədən əks-hücuma başlam
Şəhid İntizam Alıyevin adına olan küçədə ünvan bildirən lövhə sök�
Şairə və qiraətçi Nazilə Səfərli növbəti açıqlaması ilə gündəmə
Magistral yolda sürücü avtobusu qapısı açıq idarə edir.
Bərdə rayonunda maraqlı hadisə baş verib.