Günün qoroskopu: Səbirli, təmkinli olun


Digərləri 28 İyn 2023 00:01:00 315 0

Günün qoroskopu: Səbirli, təmkinli olun

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün kafi bildiyiniz bütün vasitələrə əl atın. Yaxın gələcəklə bağlı perspektiv planlar hazırlayın. Qərarlarınıza və əməllərinizə görə məsuliyyət daşıdığınızı unutmayın. Belədə işlərdə irəliləyəcək, gəlir əldə edəcəksiniz. Başqalarından fərqli durumda olduğunuzu, çeşidli imtiyazlar yiyəsinə çevrildiyinizi düşünməyin.

Tənqidləri düşmənçilik izharı kimi anlamayın. Rəqiblər və bədxahlar sakit durmayıblar.  

Buğa - Ənənəvi vasitələr və adət etdiyiniz metodlar bu gün xüsusilə effektiv olacaq. Özünüzü pis hiss etməyəcəksiniz. Standart metodlara və elementar sağlam məntiqə əsaslanaraq davranın. Mübahisəli məsələlərdə qanuna riayət edin, riskli addımlar atmayın, avantüralara qatılmayın.

Özünüzə əmin olun. Şəxsi təcrübəniz və intuisiyanıza güvənə bilərsiniz. Səbirsiz həmkarlar, gənc tərəfdaşlar sizi yoldan sapdırmağa çalışacaqlar. Ekstravaqant, xarizmatik təsir bağışlayan təkliflərə aldanmayın. Sakit olsanız, rəqibi üstələyə bilərsiniz.

Əkizlər - İrəliyə doğru hərəkətə ötənlərdən qalmış çözülməmiş problem mane ola bilər. Borcları qaytarın, ziddiyyətləri aradan qaldırın. Yarımçıq qalmış işləri başa vurun. Sənədlərlə iş, dövlət qurumlarına baş çəkmək üçün əlverişli zamandır. Problemlərlə üzləşəndə ruhdan düşməyin. Yaranmış situasiya ilk baxışdan çox pis təsir bağışlasa da, onun müsbət tərəfləri də var. Sədləri dəf etmək üçün aldığınız informasiyadan faydalanın. Yeni tanışlıq və ya ideya karınıza gələ bilər.

Xərçəng - Maraqlarınız yaxın ətrafınızdakı insanlardan birinin tələbləri və ya istəkləri ilə toqquşa bilər. Çalışdığınız yerin, kollektivin tələblərini qulaqardına vurmayın. Başqasından asılı vəziyyətə düşsəniz, çətinliklərlə qarşılaşacaqsınız. Sifariş aldığınız müştəriləri aldatmağa çalışmayın. Diplomatik və təmkinli davranın, amma gərəkli məqamlarda sərt olmağı da unutmayın. Əksliklərlə fikir ayrılıqlarının dəf olunması sizə yeni səviyyəyə yüksəlməyə imkan verəcək.

Problemlərin həllindən qaçsanız, geriləyəcək, bir neçə addım arxaya düşəcəksiniz.

Şir - İllüziyalara qapılmayın, xəyallar aləmini tərk edin. Yeni planların reallaşdırılması ilə məşğul olun. Niyyət və istəkləriniz sərt gerçəkliyə dəyərək çilik-çilik ola bilər. Əzmlə çalışın, çətinlikləri aradan qaldırın, maneələri dəf edin. Tez uğura və nailiyyətlərə aparan yolda ən böyük maneə səhhətinizdə çətinliklər ola bilər. İdarəetmə bacarıqlarınızı nümayiş etdirin. Səbirli və intizamlı olun. Nəzərdə tutduğunuz səfər baş tutmaya bilər. Mühüm qərarı ertələyin.

Qız - Yaşam sizdən şəxsi münasibətlər müstəvisində alternativ yolların axtarışını tələb edir. İşdə problemlərin həllinə yaradıcı yanaşın. Rutin, yeknəsəq olmayın. Yaxın ətrafınızdakı insanlardan birinin cəsarətli çağırışı və ya timsalı sizə təsir edə bilər. Stressə səbəb olmamaq üçün köklü dəyişikliklərə başlamayın. Əvvəlki ideal və mövqelərinizdən bəzilərindən imtinaya hazır olun. Fəqət ideallardan total imtinaya ehtiyac yoxdur.

Qarşılıqlı münasibətlərdəki əksliklərlə ziddiyyətləri danışıqlarla həll etmək olar. Radikal, inqilabi vasitələrə əl atmayın.

Tərəzi - Önəmli qərar və mühüm addımlardan əvvəl yaxşıca düşünüb-daşının.

Tələskənliyə yol verməyin. Yalnız belə davransanız, qarşılaşdığınız problemləri həll edə bilərsiniz. Ailə üzvlərindən biri ilə münasibətlərdə anlaşılmazlıq yarana bilər. O şəxs fərdiyyətçidir. Şərait tələb edirsə, aşkar qarşıdurmaya və ya konfrontasiyaya getməkdən çəkinməyin.

Eyni zamanda güzəşt imkanlarını əldən verməyin. Dəyər verdiyiniz insandan üzr istəyə bilərsiniz.

Əqrəb - Uğurlu gündür və situasiya da sizin işlərinizin irəliləyişini ehtiva edir. İntuisiyanıza inanın. Diqqətli və sayıq olun. Gərəkli informasiyanı ciddi çətinlik çəkmədən tapacaqsınız. Həmsöhbət və həmfikirlərin seçilməsində sayıq olun. Sənədlərlə iş, dövlət qurumlarındakı məsələnin həlli üçün əlverişli zamandır. Qısa səfər istisna deyil. Həmkar və ya qohumla təcili əlaqə saxlamağa lüzum yarana bilər. Növbəti "sürpriz"lə, ağır problemlə qarşılaşanda təlaşa qapılmayın. Problemi işçi qaydada həll edin.  

Oxatan - Maliyyə fonu uğurlu deyil. Məntiqli olun, önəmli qərarları qəbul etməzdən əvvəl yaxşıca düşünün. Alış-verişə yollananda prioritetləri bəlirləyin. Bədxərclik etməyin. Əks halda ən zəruri nəsnələrə pul çatmaya bilər. Qəfil gəlir və ya sifariş mənbəyi istisna deyil. Ehtiyatda bir qədər vəsait saxlayın.

Biznes, kommersiya, idarəetmə, marketinq üçün əlverişli zamandır.

Əsas vəsait fondunun artırılmasını düşünün. Ailə büdcəsinə zərbə vurmayın.

Oğlaq - Prinsipial məsələlərdə qətiyyətli olun. Mövqelərinizdən əsla geri çəkilməyin. Qarşılıqlı münasibətlərdəki növbəti böhranı dəf etməlisiniz. Emosiyalarınızı aşkarlamayın. Kimsəyə imkan verməyin ki, hisslərinizlə oynasın. Əks təqdirdə rəqiblər və ya bədxahlar zəifliyinizdən yararlanaraq sizi üstələyəcəklər.

Çətin anlarda, ağır situasiyada qəflətən kənardan yardım alacaqsınız. Bu, gərəkli məlumat, informasiya, vaxtında verilən dəstək ola bilər. Məktub və ya xəbər almağınız istisna deyil.

Səbirli, təmkinli olun.

Dolça - Sizin üçün əhəmiyyətli olayların kölgədə qalan məzmununu, əsl mahiyyətini anlamağa çalışın. Məqsədə çatmaq üçün səyləri, vaxtı, maliyyə imkanlarını əsirgəməyin. Başqasının problemlərini ön plana çəkərək öz işlərinizi unutmayın. Kollektiv problemlərin həlli zamanı sizə dəxli olmayan məqamlara görə mənafeyinizi qurban verməyin. Fəqət, yaxın ətrafınızdakı insanlara yardım etməyi də unutmayın. Köhnə borcları ödəyin, mövqelərinizi daha səbatlı edin.

Balıqlar - Uzaqgörən olun, strateji düşünməyə çalışın. Xəyalpərvər olmayın, bir qədər praqmatik davranın. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün qətiyyətli olun.

Yaxın gələcəklə bağlı perspektivləri dəqiq müəyyənləşdirin. Dürüst mövqe tutaraq irəliləməyə çalışın. Dostlarla ünsiyyət üçün yaxşı zamandır. Yaşlı qohumların məsləhətlərini dinləyin. Tənqid və iradlara həddən artıq sərt reaksiya göstərməyin. Özünüzə kənardan baxmağı bacarın.

Son.az

Küçədə SİLAHLI İNSİDENT  Skuterlə insanlara atəş açıb qaçdı, iki nəfər... like
  • 27 İyn 23:54  
Digərləri Küçədə SİLAHLI İNSİDENT Skuterlə insanlara atəş açıb qaçdı, iki nəfər...

İsveçin paytaxtı Stokholmun şimal-qərbindəki Husbi bölgəsində baş ver�

arrow Ətraflı
Nikahdan 10 dəqiqə sonra bəy öldü  GÖRÜNMƏMİŞ OLAY like
  • 27 İyn 23:48  
Dünya Nikahdan 10 dəqiqə sonra bəy öldü GÖRÜNMƏMİŞ OLAY

ABŞ-da bir qadın öz toyunda dul qalıb. Onun əri nikah qeydə alındıqdan t

arrow Ətraflı
Rusiya hərbçiləri “Vaqner”in Suriyadakı əsas rəhbərlərini həbs etdi like
  • 27 İyn 23:42  
Dünya Rusiya hərbçiləri “Vaqner”in Suriyadakı əsas rəhbərlərini həbs etdi

Rusiya hakimiyyəti "Vaqner" özəl hərbi birləşməsinin xarici öl

arrow Ətraflı
Türkiyənin valyuta ehtiyatları bir həftə ərzində rekord dərəcədə artıb like
  • 27 İyn 23:30  
Digərləri Türkiyənin valyuta ehtiyatları bir həftə ərzində rekord dərəcədə artıb

Son bir həftədə Türkiyənin beynəlxalq valyuta ehtiyatları 8,5 milyard dol

arrow Ətraflı
Brilliant: "Həyat yoldaşımla küsəndə, birinci mən qaçıb barışıram"  VİDEO like
  • 27 İyn 23:24  
Şou-biznes Brilliant: "Həyat yoldaşımla küsəndə, birinci mən qaçıb barışıram" VİDEO

"Qadın üçün ailəni və işi birgə yürütmək (aparmaq - red.) hər z

arrow Ətraflı
ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib like
  • 27 İyn 23:18  
Dünya ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.

arrow Ətraflı
Dünyanın ən zərərli qidası  Hər kəsin evində var like
  • 27 İyn 23:12  
Digərləri Dünyanın ən zərərli qidası Hər kəsin evində var

Yeməyi daha da dadlı etmək üçün bəzi əlavələrdən istifadə olunur. M�

arrow Ətraflı
2022ci ildə dünyada İsveçrə boyda meşəlik məhv edilib like
  • 27 İyn 23:00  
Dünya 2022ci ildə dünyada İsveçrə boyda meşəlik məhv edilib

Merilend Universiteti və Dünya Resursları İnstitutunun Qlobal Meşə Müşah

arrow Ətraflı
Naxçıvandakı avtoqəzada ölənlərin sayı artdı like
  • 27 İyn 22:39  
Digərləri Naxçıvandakı avtoqəzada ölənlərin sayı artdı

İyunun 26-da gecə saatlarında Naxçıvan Muxtar Respublikasının Kəngərli

arrow Ətraflı
Məşhur serialın aktyoru vəfat etdi like
  • 27 İyn 22:30  
Şou-biznes Məşhur serialın aktyoru vəfat etdi

ABŞ-nin "Santa Barbara" serialında Lionel Lokric obrazı ilə tanı

arrow Ətraflı
Müəllimlərin işə qəbulu üzrə imtahanlarının vaxtı açıqlandı like
  • 27 İyn 22:19  
Digərləri Müəllimlərin işə qəbulu üzrə imtahanlarının vaxtı açıqlandı

2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiq�

arrow Ətraflı
MİNEPS konfransının sonunda Bakı Bəyannaməsinin qəbulu planlaşdırılır like
  • 27 İyn 22:11  
Digərləri MİNEPS konfransının sonunda Bakı Bəyannaməsinin qəbulu planlaşdırılır

Nazirlərin və Yüksək vəzifəli şəxslərin bədən tərbiyəsi və idman �

arrow Ətraflı