Brilliant: "Həyat yoldaşımla küsəndə, birinci mən qaçıb barışıram" VİDEO
Şou-biznes 27 İyn 2023 23:24:00 381 0
"Qadın üçün ailəni və işi birgə yürütmək (aparmaq - red.) hər zaman çətindir. Çox çətindir... Qadının üzərinə çox yük düşür".
Bu xəbəri də oxu: Tanınmış aktyor jurnalistlərə hücum etdi FOTO
Son.az bizim media-ya istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova "Söz-baz" maqazin verilişinə müsahibəsində deyib.
Sənətçi həyat yoldaşı Ədalət bəylə münasibətlərindən söz açıb: "Deyirlər ki, yuvanı dişi quş qurar. Mən və həyat yoldaşım Ədalət bəy ikimizdə işimizi sevən insanlarıq. Ədalət bəy iqtisadçıdır. O, əvvəl Səməd Vurğun adına Akademir Rus Dram Teatrının direktor müavini olub, sonra isə sənət ocağının direktoru oldu. Bəzən ona kaprizlərimi göstərəndə deyir ki, teatrda əlimin altında bilirsən nə qədər Xalq artistləri var (gülür). Düşünmək olmaz ki, ailə ayrı, sənət ayrı...".
Brilliant hazırda sənətdə istedadsız və sənətə aid olmayan insanların çoxluq təşkil etdiyini bildirib: "Hələ də incəsənətdə olan bəziləri elə danışırlar ki,... Orada heç sənətdən söz gedə bilməz. Yəqin ki, onlar sənət üçün yaranmayıblar. Sənətdə olur belə insanlar, baxırlar digərinə deyirlər ki, "mən də belə bacarıram". Sənət başqa məsələdir. İnsan oxuyub alim də ola bilər, amma sənət üçün gərək Allah vergisi olsun. Sənəti hiss etmək lazımdır".
Oğul anası olan Xalq artisti qayınana olmaq istəsə də bu məsələdə söz sahibi övladı Cahad olduğunu vurğulayıb: "Cahad hərdən deyir ki, evlənirəm. Bir az keçir, istəyindən vaz keçir. Oğlandır da... Qız olanda məcbur edib, ərə vermək olur. Yəni, qızı ailə qurmaq məsələsində dilə tutmaq olur. Biz istəyirik ki, Cahad özü sevsin. Acığım gəlir, ailə gedir özü qız tapır, öz aralarında evlilik məsələlərini həll edirlər. Mən belə toylarda çox olmuşam. Görünür ki, nə oğlanın nə də ki qızın bir-birinə adiyyəti belə yoxdur. Təəssüf hissi keçirdirəm. Çünki o ailənin ömrü çox olmur".
Ailə həyatından "eninə-uzununa" danışan Dadaşova deyir ki, həyat yoldaşı ilə küsəndə barışıq addımını birinci elə özü atır: "Mən və həyat yoldaşım Ədalət bir-birimizi sevmişik. Bir-birimizdən küsəndə isə birinci mən qaçıb barışmışam. Heç zaman gözləməmişəm ki, həyat yoldaşım gəlib mənimlə barışsın. Bir də görürsən ki, ər və arvad həftələrlə bir-birini danışdırmır. Bizdə belə şeylər heç zaman olmayıb. Biz iki-üç saat küsülü qalmışıq. Sonra mən başlamışam danışmağa. O da elə edib ki, guya heç bir şey olmayıb.
Həyat yoldaşını özündən aşağı görməməlisən. Hər zaman həyat yoldaşımı özümdən artıq hesab etmişəm. O da hər zaman belə hesab edib və mənə də hiss etdirib. Bu, hörmətdir və sevgidir. Belə olanda isə sevgi heç zaman bitmir".
ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.
Yeməyi daha da dadlı etmək üçün bəzi əlavələrdən istifadə olunur. M�
Bu həftə Azərbaycan və Ermənistan arasında danışıqlarda irəliləyişə
Merilend Universiteti və Dünya Resursları İnstitutunun Qlobal Meşə Müşah
"Titan" sualtı qayığında baş verən faciə ilə bağlı hər gün
İyunun 26-da gecə saatlarında Naxçıvan Muxtar Respublikasının Kəngərli
ABŞ-nin "Santa Barbara" serialında Lionel Lokric obrazı ilə tanı
2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiq�
Nazirlərin və Yüksək vəzifəli şəxslərin bədən tərbiyəsi və idman �
Amerikalı milyarder Ceyms Kraun Kolorado ştatında yarış yolunda qəzada hə
Gəncədə qanunsuz tikinti işlərinin qarşısı alınıb.
Bakı-Quba yolunda yük maşını aşıb, ölən və yaralanan var.
Cəlilabad rayonunda işıq dirəyinin aşması nəticəsində yanğın olub.
"Kırmızı oda", "Masumlar apartmanı", "Camdaki kız&
Rusiya Federasiyasında "Vaqner" üsyanı ilə bağlı İsrailin daxil