Azərbaycanda yeni parklanma qiymətləri sürücülərə və hökumətə nə verəcək?


Digərləri 27 İyn 2023 18:58:00 317 0

Azərbaycanda yeni parklanma qiymətləri sürücülərə və hökumətə nə verəcək?

İyunun 25-də Nazirlər Kabinetinin nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləğini təsdiq etməsi bu günə qədər yaranan bir sıra suallara cavab tapmaqla yanaşı yeni sualların da meydana çıxmasına səbəb oldu.

Bu xəbəri də oxu: Konsertlərini təxirə saldılar

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov report-a bildirib ki, paytaxtda və digər şəhərlərdə mobilliyin təmin edilməsi üçün parklanma qiymətlərinin təsdiq edilməsi vacib idi:

"Şəhərsalma və arxitektura qaydalarına görə, Bakı şəhərində bütün yaşayış və qeyri-yaşayış sahələrində parklanma yerləri olmalıdır. Bu həmçinin Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illəri əhatə edən Dövlət Proqramında da təsbit edilib. Belə ki, həmin proqramda da qeyd edilir ki, parklanma yerləri olmayan obyektlər müvafiq qurumlara müraciət etməli və parklanma yerlərinin olmasını təşkil etməlidirlər. Bir məsələni də əlavə edim ki, yaradılan parklanma yerləri həmin müəssisələrin ziyarətçilərinin sayına mütənasib olmalıdır.

Bakı kimi paytaxt və iri sənaye şəhərində parklanma yerlərinin olmaması bir çox problemlərə gətirib çıxarır. Bir neçə il əvvəl parkomatlar var idi. Həm üstü açıq, həm də üstü bağlı parklanma yerlərində avtomobili təxminən 30 dəqiqə park etmək üçün vətəndaşlar 50 qəpik ödəyirdilər. Əslində vətəndaşlarımız da bundan razı idilər. Bu layihə özü-özlüyündə çox rahat idi. Amma nədənsə sonrakı dövrdə həmin parkomatlar da yığışdırıldı və dövlətin balansında olan həmin parklanma yerləri yoxa çıxdı. Bu gün də dövlətin balansında olan bu parklanma yerlərinin ünvanları vətəndaşlar üçün açıq deyil. Halbuki bu məlumatlar hər bir şəhər sakini üçün əlçatan olmalı idi. Konkret siyahılar olmalıdır. Paytaxt sakinləri və qonaqlar bilməlidir ki, Bakının hansı rayonu ərazisində neçə parklanma yeri var?! Və onlar buna görə planlarını qurmalıdır".

E. Cəfərov vurğulayıb ki, parklanma şəhər mobilliyinin vacib elementlərindən biridir: "Əgər biz bu gün şəhər mobilliyi haqqında danışırıqsa ilk növbədə parklanma yerləri təşkil olunmalı, və onlar vətəndaşlar üçün əlçatan olmalıdır. Əslində paytaxtımızda tıxacların yaranmasının əsas səbəblərindən biri də belə parklanma yerlərinin olmamasıdır. Paradoksal bir situasiyadır ki, hətta iri alış-veriş mərkəzləri, bazarlar və hətta xəstəxanaların belə parklanma yerləri yoxdur. Mən hələ yaşayış yerlərini belə demirəm. Hündürmərtəbəli binaların isə parklanma yerləri çox azdır. Belə olan halda həmin binaların girişi və həyətlərində qanunsuz parklanma yerləri yaranır və nəticədə hansısa fövqəladə hal zamanı operativ nəqliyyat vasitələrinin həmin məhəlləyə daxil olmasını çətinləşdirir".

Ekspert qanunsuz parklanmalara görə il ərzində 50 milyon manatdan çox vəsaitin dövlət büdcəsindən yayınmaqla kənar şəxslərin cibinə getdiyini də açıqlayıb:

"Bu gün park yerlərinin gözəgörünməz şəxslər tərəfindən zəbt edilərək qeyri-leqal çalışdırılması təbii ki, Azərbaycan iqtisadiyyatının inkişafına böyük ziyan vurur. Mənim hesablamalarıma görə, il ərzində parklanmadan minimum 50 milyon manat qazanc əldə edilir. Amma təəssüf ki, dövlət büdcəsinə deyil, ayrı-ayrı şəxslərin cibinə gedir. Halbuki yığılan vəsaiti nəqliyyat infrastrukturunu yaxşılaşdırmaq üçün müəyyən yerlərə xərcləmək olardı. Bu gün parklanma nəzarətçiləri qeyri-leqal çalışırlar. Baxmayaraq ki, onların çoxu aztəminatlı və yaşlı insanlardır, yaxın gələcəkdə çalışdıqlarının qarşılığı olaraq onların təqaüdü, sosial təminatı həyata keçirilməyəcək. Amma parklanma yerləri leqallaşdırılsa və dövlətin nəzarətində olsa parklanma nəzarətçiləri işdən qovulmaq əvəzinə leqal çalışacaqlar və sosial təminatları da həll ediləcək".

Onun fikrincə, bu problemi ölkədə həll etmək üçün ilk növbədə parklanma qiymətlərinin məbləği açıqlanmalı idi: "Bu məbləğ yüksək olmamalı, bütün vətəndaşlar üçün əlçatan olmalıdır. Həmçinin qeyd etdiyim kimi parklanma nəzarətçiləri leqal işə götürülməlidir. Parklanma prosesini həyata keçirən xüsusi müasir elektron cihazlar, avadanlıqlar gətirilməlidir. Həmçinin parklanma yerlərinin ünvanı şəffaf şəkildə müvafiq qurumun saytında yerləşdirilməlidir".

E. Cəfərov qeyd edib ki, Azərbaycanda indiyə qədər də parklanma ilə bağlı müəyyən qaydalar mövcud idi, lakin özəl parklanma yerləri dövlətin qanunlarını pozurdular: "Onlara da ciddi nəzarəti artırmaq lazımdır. Bilirsiniz ki, qanunvericiliyə görə, avtomobil park edilməsinin ilk 15 dəqiqəsi pulsuzdur. Amma bir sıra özəl parklanma yerlərində bu qanun pozularaq parklanma yerinə bir neçə dəqiqəlik daxil olanda belə minimum 1 manat ödəniş tələb edilir. Bu gün Bakıda Azərbaycan qanunvericiliyini və vətəndaşların hüquqlarını pozan bir neçə belə parklanma yerləri mövcuddur".

Qeyd edək ki, Nazirlər Kabinetinin iyunun 25-də təsdiq etdiyi "Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği"nin təsdiq edilməsi haqqında qərarına görə, paytaxt Bakı, Sumqayıt və Gəncə şəhərlərində qiymətlər müəyyən edilib. Həftənin bazar günləri isə dövlətə məxsus parklanma yerlərində avtomobillərin park edilməsi ödənişsiz olacaq. Yeni qaydalar qərarın imzaladığı gündən 30 gün sonra yəni iyulun 25-də qüvvəyə minəcək.

Balaəli ilə bağlı paylaşımı müzakirəyə səbəb oldu  FOTO like
  • 27 İyn 18:46  
Şou-biznes Balaəli ilə bağlı paylaşımı müzakirəyə səbəb oldu FOTO

Aparıcı İlkin Həsəninin sosial media paylaşımı sual doğurub.

arrow Ətraflı
Dünyanın ən çirkli havaya sahib şəhəri məlum oldu like
  • 27 İyn 18:36  
Dünya Dünyanın ən çirkli havaya sahib şəhəri məlum oldu

Mütəxəssislər dünyanın ən çirkli havası olan şəhərini açıqlayıbla

arrow Ətraflı
Ukrayna “Starlink”i Maskdan təzminat alacaq like
  • 27 İyn 18:22  
Dünya Ukrayna “Starlink”i Maskdan təzminat alacaq

Ukraynanın İT şirkəti "Starlink" məhkəmənin qərarı ilə "

arrow Ətraflı
"Adım Farah"dan getdi  FOTO like
  • 27 İyn 18:10  
Şou-biznes "Adım Farah"dan getdi FOTO

"FOX TV"də yayımlanan "Adım Farah" serialının aktyor he

arrow Ətraflı
Qarabağdakı təhlükə: separatçıların nə qədər silah və texnikası var? like
  • 27 İyn 18:08  
Siyasət Qarabağdakı təhlükə: separatçıların nə qədər silah və texnikası var?

Xankəndindəki separatçı xunta hələ də nəyəsə güvənir və hesab edir

arrow Ətraflı
Priqojini bu təhdidlə dayandırıblar  Generaldan şok like
  • 27 İyn 17:58  
Dünya Priqojini bu təhdidlə dayandırıblar Generaldan şok

Rusiya xüsusi xidmət orqanları "Vaqner" üzvlərinin ailələrini t

arrow Ətraflı
Paris Olimpiadasında içki qadağan ediləcək: Varlılar istisnadır like
  • 27 İyn 17:46  
Dünya Paris Olimpiadasında içki qadağan ediləcək: Varlılar istisnadır

Paris Olimpiadasında tribunalarda spirtli içki qəbulunun qadağan ediləcəyi

arrow Ətraflı
"Azərbaycan Ordusu gündəngünə qüdrətlənir" like
  • 27 İyn 17:36  
Siyasət "Azərbaycan Ordusu gündəngünə qüdrətlənir"

Ali Baş Komandanın yüksək diqqət və qayğısı sayəsində Azərbaycan Ord

arrow Ətraflı
Pikenin xəyanətini atası reanimasiyada olanda öyrənib like
  • 27 İyn 17:34  
Şou-biznes Pikenin xəyanətini atası reanimasiyada olanda öyrənib

Dünyaca müğənni Şakira sevgilisi Jerar Pike ilə ayrılığın üçün son

arrow Ətraflı
Dərmanların keyfiyyətsizliyi ilə bağlı iddialar artır  VİDEO like
  • 27 İyn 17:22  
Digərləri Dərmanların keyfiyyətsizliyi ilə bağlı iddialar artır VİDEO

Dərmanların keyfiyyətsizliyi ilə bağlı iddialar gündən-günə artmaqdad�

arrow Ətraflı
“Ukraynadakı müharibənin hərbi həlli yoxdur” like
  • 27 İyn 17:10  
Dünya “Ukraynadakı müharibənin hərbi həlli yoxdur”

Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Ukraynadakı müharibənin

arrow Ətraflı
"Putinə dedim ki, “Vaqner”lə bağlı sərt tədbirlər görməyə tələsmək lazım deyil” like
  • 27 İyn 16:50  
Dünya "Putinə dedim ki, “Vaqner”lə bağlı sərt tədbirlər görməyə tələsmək lazım deyil”

"Telefon danışığı zamanı Rusiya dövlət başçısı Vladimir Putinə

arrow Ətraflı
Bakıda velosiped zolağının üzərinə işıqfor qoydular  VİDEO like
  • 27 İyn 16:46  
Digərləri Bakıda velosiped zolağının üzərinə işıqfor qoydular VİDEO

Buzovna-Mərdəkan yolunun kənarında velosipedçilərin rahat və təhlükəsi

arrow Ətraflı
Paşinyandan daha bir etiraf like
  • 27 İyn 16:34  
Digərləri Paşinyandan daha bir etiraf

Ermənistanda 44 günlük müharibədəki fərarilərin sayı artıb.

arrow Ətraflı
Son bir il ərzində Azərbaycanla UNESCO arasında əməkdaşlıq son dərəcə aktiv olub  Fərid Qayıbov like
  • 27 İyn 16:24  
Digərləri Son bir il ərzində Azərbaycanla UNESCO arasında əməkdaşlıq son dərəcə aktiv olub Fərid Qayıbov

Son bir il ərzində Azərbaycanla UNESCO arasında əməkdaşlıq son dərəcə

arrow Ətraflı