Qarabağdakı təhlükə: separatçıların nə qədər silah və texnikası var?


Siyasət 27 İyn 2023 18:08:00 344 0

Qarabağdakı təhlükə: separatçıların nə qədər silah və texnikası var?

Xankəndindəki separatçı xunta hələ də nəyəsə güvənir və hesab edir ki, "ordu" adlandırdığı silahlı dəstələr vasitəsilə müəyyən məqsədlərə nail ola bilər. Halbuki Azərbaycan Ordusu bu başıpozuq dəstələri maksimum 28 saat ərzində, sadəcə, bir ordu korusu vasitəsilə darmadağın və məhv edə bilər

Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına yönəlmiş proses çox ciddi problemlər və çətinliklərlə olsa da, irəliləməyə davam edir.

XİN başçıları Ceyhun Bayramovla Ararat Mirzoyanın Vaşinqtonda başlanacaq və iyunun 29-dək davam edəcək üçgünlük müzakirələri ilə danışıqları da qarşılıqlı anlaşmanın əldə edilməsinə yönəlib.

Ermənistanın hakimiyyət dairələri sülh gündəliyində süni maneələr və uydurma şərtlərlə çıxış edir, tələblərini sıralayır, prosesin aktuallığını minimuma endirərək çoxsaylı tələblərinin heç olmasa bəzilərinin reallaşdırılmasına can atırlar.

Eyni zamanda, rəsmi İrəvan Bakıya "təsir" göstərmək məqsədilə qarabağlı ermənilərdən də istifadə edir. Xankəndindəki separatçı xuntadan Ermənistanın baş naziri Nikol Paşinyan coker qismində yararlanmaq istəyir: o, qarabağlı ermənilərin "huquq və təhlükəsizliklərinin təminatı" üçün beynəlxalq mexanizm yaradılmasını tələb edir, eyni zamanda "Dağlıq Qarabağın statusu" ifadəsini tarixə qovuşduğunu anladığından danışıqlar prosesinə yeni və saxta aberrasiyalar gətirmək istəyir.

Paşinyanın "Qarabağ Azərbaycan ərazisidir" bəyanatını verməsi onun Azərbaycanın ərazi bütövlüyünü tanıması kimi qəbul edilə bilərsə, qarabağlı ermənilərin "huquqları"ndan bəhs etməsi hazırda RSK-nın müvəqqəti nəzarətindəki ərazilərdə yaşayan ermənilərin "təhlükəsizliklərinin təminatı"nın da məhz rusiyalı sülhməramlılara həvalə edilməsinin İrəvanı razı salacaq variant kimi anlaşılması gərəkdiyinə işarədir.

Ermənistan bilir ki, rəsmi Bakı bu şərtləri qəbul etməyəcək, çünki qarabağlı ermənilərlə bağlı istisnasız olaraq bütün məsələlr Azərbaycanın daxili işidir.

Qarabağlı ermənilər Azərbaycan cəmiyyətinə reinteqrasiya olunmalı, Azərbaycanın şəxsiyyət vəsiqələrini və ümumvətəndaş pasportlarını almalıdır. Onların nümayəndələri ilə danışıqlar yalnız Azərbaycan Konstitusiyası çərçivəsində aparılacaq, qarabağlı ermənilərin hüquqları və imiyazları da Azərbaycanın digər vətəndaşlarının hüquq və imtiyazlarından əsla fərqlənməyəcək.

RSK-nın nəzarətindəki ərazilərdə olan qarabağlı ermənilərin silahlı dəstələrinə gəldikdə isə, Xankəndinə göndərilmiş emissar Ruben Vardanyan və ya onu kənarlaşdıraraq "hakimiyyət"ə gəlmək istəyən Samvel Babayandan tutmuş, Ermənistanın hakimiyyət və müxalifət mənsubları, siyasətçiləri və ictimai xadimləri "Dağlıq Qarabağ ermənilərinin ordusu"ndan bəhs edirlər.

Olmayan "Dağlıq Qarabağ"ın olmayan "ordu"su dedikdə, ermənilər silahlı erməni separatçılarını ehtiva edirlər. Onların fikrincə, həmin silahğı ermənilər Bakı ilə danışıqlarda ciddi arqumentdir və Azərbaycan da bu "amil"i mütləq nəzərə almalıdır.

Bəs yaxşı, Xankəndindəki separatçı rejimin silahlı dəstələrinin real potensialı konkret olaraq nədir, təsnifat, say və həcm baxımından necə dəyərləndirilə bilər?

Hazırda Rusiya Sülhməramlı Kontingentinin (RSK) nəzarətindəki ərazilərimizdə qarabağlı erməni separatçıların silahlı potensialı ekspozitiv olaraq belədir:

Şəxsi heyət - 8826 nəfər Avtomobil nəqliyyatı - 121 ədəd Tanklar - 21 ədəd Artilleriya qurğuları - 32 ədəd Qısa və orta məsafəli raket qurğuları - yoxdur Döyüş və nəqliyyat helikopterləri - yoxdur Hərbi aviasiya - yoxdur Hava hücumundan müdafiə sistemləri - yoxdur Uzaq və orta məsafəli radiolokasiya qurğuları - 1 Göründüyü kimi, Xankəndindəki separatçı rejimin uzunmüddətli müdafiə və ya tam əksinə, effektiv hücum əməliyyatları keçirmək üçün yetərli potensialı yoxdur.

Qarabağlı ermənilərin tankları T-72AV/B tipli, sovet istehsalı olan köhnəlmiş vasitələrdir. 21 tankın 13-ünün ciddi təmirə ehtiyacı var, 8 tank isə ümumiyyətlə, bokslardadır və yalnız tərpənməz artilleriya qurğusu qismində istifadə oluna bilər.

Separatçı rejimin zirehli texnikası BMP-1, BMP-2 tipli piyadaların döyüş maşınından (PDM) və BRDM-2 tipli döyüş kəşfiyyat-nəzarət maşınlarından ibarətdir.

Artilleriya qurğuları 122 mm çaplı D-30 topu, BM-21 "Qrad" reaktiv yaylım atəşi sistemidir. Tank əleyhinə mübarizə vasitələri sadəcə, "Konkurs" və "Kornet" tank əleyhinə raket kompleksləri, habelə spq-9 "Kopyo" tank əleyhinə qumbaraatan kompleksləri ilə sonuclanır.

Hava hücumundan müdafiə vasitələri isə "İqla" və "İqla-1" daşınan raket kompleksləri, ZU-23-2 və ZU-23-4 zenit qurğuları, "Strela-10" və "Osa" zenit-raket kompleksləridir.

Xankəndi, Xocalı və sabiq Ağdərə rayonlarındakı anbarlarla bokslarda saxlanan bu hərbi texnika və vasitələrin istisnasız olaraq hamısı mənəvi-fiziki baxımdan köhnəlmiş hərbi texnikadır.

Onların təqribən 65 faizinin ciddi təmirə, 98 faizininsə genişmiqysaslı modernizasiyaya ehtiyacı var.

Üstəlik, qarabağlı ermənilər bu texnika ilə hərbi əməliyyatlar aparmaq fikrinə düşsələr, cəmi 20 saat sonra məğlub olacaqlar.

Səbəb sadədir: sursat, yəni mərmilər, raketlər, minalar, qumbaralar və sö. həddən artıq azdır, normal sürəkdə döyüş əməliyyatları aparmaq üçün yetərli kəmiyyətdə deyil.

Separatçıların silahlı dəstələrinin kəmiyyəti ilk baxışdan "ciddi" təsir bağışlaya bilər. Lakin görüntü aldadıcıdır: belə ki, Xankəndindəki xuntanın bu dəstələrindəki silahlıların tam əksəriyyəti, təqribən 84 faizi aylıq maaş üçün rejimin "Müdafiə Nazirliyi" ilə kontrakt bağlamış şəxslərdir. RSK-nın müvəqqəti nəzarətindəki ərazilərdə işsizlik astronomik həddə çatdığı üçün yerli ermənilər arasında yetkinlik yaşına çatmışlar "silahlı" olaraq aylıq maaş almağı ac qalmamağın alternativi hesab edirlər.

Separatçı xuntanın "ordu" adlandırdığı silahlı dəstələrdə serjantlarla praporşiklərin (kontrakt əsasında müddətdən artıq xidmət edənlər) aylıq maaşları 46400 dramdır ki, bu da təqribən 120 ABŞ dolları edir.

Belələri azdır: sıravi heyətin çoxu çağırış əsasında xidmət edənlərdir və aylıq maaşları da 3860 erməni dramı, yəni 10 dollardır.

Silahlı dəstələrin heyətinin maliyyələşdirilməsi bütünlüklə Ermənistanın dövlət büdcəsindən ayırmalar hesabına reallaşdırılır.

Separatçıların döyüş hazırlığı səviyyəsi isə çox aşağıdır.

Əldə etdimiyiz məlumatlara görə, 44 günlük İkinci Qarabağ Müharibəsinin sonuclarından heç bir nəticə çıxarmayan ermənilər əvvəlki, artıq anaxronizm təsiri bağışlayan sovet hərbi məktəbinin qaydalarınının başıpozuq könüllülər dəstələrinin araxik sistemi ilə qarışığından ibarət eybəcər sistem əsasında idarə olunurlar.

Qarabağlı ermənilərin silahlı dəstələrində komanda-qərargah heyəti mənsubları arasında əlaqə vasitələri qismində sovet dönəmindən qalmış texniki vasitələrdən və cihazlardan istifadə olunur. Əksər hallarda isə separatçılar bir-birləri ilə mobil telefonlarla əlaqə saxlayırlar.

Bu isə təbii ki, onların danışıqlarını asanlıqla dinləməyə, separatçı dəstələrin üzvlərinin harada olduqlarını müəyynələşdirib koordinatlarını dəqiq bəlirləməyə imkan verir.

Separatçıların silahlı dəstələri 21-ci əsrin müasir döyüş taktikasının aksiomatik şərtləri olan pilotsuz uçan aparatlara, xüsusilə də kəşfiyyat, zərbə, kamikadze dronlarına malik deyillər.

Onlarda Çin istehsalı olan bir neçə kvadrokopter var ki, bu vasitələri də asanlıqla ya onlayn, ya da oflayn şəkildə satın almaq olar.

Ən nəhayət, qarabağlı separatçıların silahlı dəstələrinin mənsubları arasında psixoloji-mənəvi durum çox pisdir. Depressiya, ümidsizlik, aqressiya və bu kimi problemləri həll edə bilməyən separatçıların döyüş hazırlığı səviyyəsindən ümumiyyətlə, danışmağa dəyməz.

Onlar ən yaxşı halda başıpozuq silahlı diversant, terrorçu və ya quldur dəstələri sayıla bilər.

Sözügedən dəstələr silahlı təxribatlara, mövqelərimizin atəşə tutulmasına qadirdir ki, adekvat cavabdan sonra susdurulurlar.

Bəhs etdiyimiz dəstələrə qarşı antiterror əməliyyatı keçirilərsə, Azərbaycanın Müdafiə Nazirliyinin genişmiqyaslı hazırlığa və böyük qüvvələrlə hərəkətinə əsla ehtiyac yoxdur.

Döyüş tapşırığını sadəcə, bir ordu korpusu çox qısa müddətdə - təxminən 28 saatda - müvəffəqiyyətlə, kökündən həll edə bilər.

Qarabağlı ermənilər bunu anlamalıdır və bilməlidir ki, Azərbaycan əsgərinin müvafiq əmr alacağı təqdirdə darmadağın ediləcəklər.

Bakı problemi danışıqlar yolu ilə həll etməyə çalışır, humanist yanaşma və mövqe sərgiləyir.

Ancaq Bakının səbri də sonsuz deyil...

Elçin Alıoğlu TREND

Priqojini bu təhdidlə dayandırıblar  Generaldan şok like
  • 27 İyn 17:58  
Dünya Priqojini bu təhdidlə dayandırıblar Generaldan şok

Rusiya xüsusi xidmət orqanları "Vaqner" üzvlərinin ailələrini t

arrow Ətraflı
Paris Olimpiadasında içki qadağan ediləcək: Varlılar istisnadır like
  • 27 İyn 17:46  
Dünya Paris Olimpiadasında içki qadağan ediləcək: Varlılar istisnadır

Paris Olimpiadasında tribunalarda spirtli içki qəbulunun qadağan ediləcəyi

arrow Ətraflı
"Azərbaycan Ordusu gündəngünə qüdrətlənir" like
  • 27 İyn 17:36  
Siyasət "Azərbaycan Ordusu gündəngünə qüdrətlənir"

Ali Baş Komandanın yüksək diqqət və qayğısı sayəsində Azərbaycan Ord

arrow Ətraflı
Pikenin xəyanətini atası reanimasiyada olanda öyrənib like
  • 27 İyn 17:34  
Şou-biznes Pikenin xəyanətini atası reanimasiyada olanda öyrənib

Dünyaca müğənni Şakira sevgilisi Jerar Pike ilə ayrılığın üçün son

arrow Ətraflı
Dərmanların keyfiyyətsizliyi ilə bağlı iddialar artır  VİDEO like
  • 27 İyn 17:22  
Digərləri Dərmanların keyfiyyətsizliyi ilə bağlı iddialar artır VİDEO

Dərmanların keyfiyyətsizliyi ilə bağlı iddialar gündən-günə artmaqdad�

arrow Ətraflı
“Ukraynadakı müharibənin hərbi həlli yoxdur” like
  • 27 İyn 17:10  
Dünya “Ukraynadakı müharibənin hərbi həlli yoxdur”

Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Ukraynadakı müharibənin

arrow Ətraflı
"Putinə dedim ki, “Vaqner”lə bağlı sərt tədbirlər görməyə tələsmək lazım deyil” like
  • 27 İyn 16:50  
Dünya "Putinə dedim ki, “Vaqner”lə bağlı sərt tədbirlər görməyə tələsmək lazım deyil”

"Telefon danışığı zamanı Rusiya dövlət başçısı Vladimir Putinə

arrow Ətraflı
Bakıda velosiped zolağının üzərinə işıqfor qoydular  VİDEO like
  • 27 İyn 16:46  
Digərləri Bakıda velosiped zolağının üzərinə işıqfor qoydular VİDEO

Buzovna-Mərdəkan yolunun kənarında velosipedçilərin rahat və təhlükəsi

arrow Ətraflı
Paşinyandan daha bir etiraf like
  • 27 İyn 16:34  
Digərləri Paşinyandan daha bir etiraf

Ermənistanda 44 günlük müharibədəki fərarilərin sayı artıb.

arrow Ətraflı
Son bir il ərzində Azərbaycanla UNESCO arasında əməkdaşlıq son dərəcə aktiv olub  Fərid Qayıbov like
  • 27 İyn 16:24  
Digərləri Son bir il ərzində Azərbaycanla UNESCO arasında əməkdaşlıq son dərəcə aktiv olub Fərid Qayıbov

Son bir il ərzində Azərbaycanla UNESCO arasında əməkdaşlıq son dərəcə

arrow Ətraflı
"İstirahət mərkəzlərində yerlər dolub, xalqın rifahı yaxşıdır" like
  • 27 İyn 16:22  
Şou-biznes "İstirahət mərkəzlərində yerlər dolub, xalqın rifahı yaxşıdır"

"Bayramdır, insanlar istirahətə gedir. Rifahları yaxşıdırsa, gedə b

arrow Ətraflı
Paşinyan abstrakt fikirlər səsləndirmək əvəzinə real addımlar atmalıdır  ŞƏRH like
  • 27 İyn 16:10  
Siyasət Paşinyan abstrakt fikirlər səsləndirmək əvəzinə real addımlar atmalıdır ŞƏRH

Ermənistan baş naziri Nikol Paşinyan bəzən özü də nə danışdığını

arrow Ətraflı
Cənubi Afrikada yüksək patogenli quş qripi aşkar edilib like
  • 27 İyn 15:58  
Dünya Cənubi Afrikada yüksək patogenli quş qripi aşkar edilib

Cənubi Afrikanın şərqində yüksək patogenli quş qripinin yayılması ilə

arrow Ətraflı
Qurban kəsilən ölkələrdə qoyunların qiymət fərqi: like
  • 27 İyn 15:46  
Digərləri Qurban kəsilən ölkələrdə qoyunların qiymət fərqi:

Qurban kəsilən bəzi ölkələrdə ən ucuz qoyun Azərbaycandadır.

arrow Ətraflı
Hande Erçel iş adamı ilə münasibətini belə bəyan etdi  FOTO like
  • 27 İyn 15:34  
Şou-biznes Hande Erçel iş adamı ilə münasibətini belə bəyan etdi FOTO

Aktrisalığından çox eşq həyatı ilə danışılan Hande Erçel iş adamı

arrow Ətraflı