Parklanma üçün ödəniş rəsmiləşdi Bəs nəzarət necə olacaq? VİDEO
Digərləri 27 İyn 2023 12:34:00 349 0
Ödənişli parklanma yerlərində nəqliyyat vasitələrindən ilk 15 dəqiqə üçün ödəniş tələb olunmayacaq.
Bu xəbəri də oxu: Sumqayıtda 30 yaşlı kişi iynədən şoka düşərək öldü
Son.az xezerxeber.az-a istinadən bildirir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi qərarda öz əksini tapıb.
Nəqliyyat vasitəsi müəyyən edilmiş yerdə 15 dəqiqədən artıq qaldıqda ödəniş tam məbləğdə hesablanacaq.
Bəs buna nəzarət necə olacaq?
Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyir ki, nəzarət xüsusi texniki vasitələrlə həyata keçirilməlidir. Əks halda, hazırkı parklanma yerlərinə nəzarətdən heç bir fərqi olmayacaq.
Yeni təsdiq edilən qaydada nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-dək, eləcə də həftənin bazar günləri də ödəniş tələb olunmur.
Qeyd edək ki, Bakı şəhəri üzrə parklanma qiymətləri mərkəz zonada ödənişin məbləği 1 manat olacaq. 1-ci zonada bu məbləğ 70 qəpik, 2-ci zonada 40 qəpik, 3-cü zonada isə 30 qəpik olacaq.
Bakı şəhəri üzrə 4-cü zonada nəqliyyat vasitələrinin parklanmasına görə ödəniş tələb olunmayacaq. Bu zona digər zonaların sərhədləri ilə əhatə olunmayan əraziləri əhatə edir. Ekspert hesab edir ki, şəhərin mərkəzində idarə və təşkilatlarda işləyənlər üçün belə parklanma yerlərində güzəştlər tətbiq edilməlidir.
Bakı, Sumqayıt və Gəncədən başqa digər yerlərdə parklanma ödənişsiz olacaq. Qərar dərc edildiyi tarixdən 30 gün sonra qüvvəyə minəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: Son.az
Müharibə zamanı bir sıra silahların istifadə hüququ tam olaraq Ermənista
Prezident İlham Əliyev Cibuti Prezidenti İsmail Ömər Gellehə təbrik məkt
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını t
"Utanmasan oynamağa nə var ki!" deyimini bir qədər dəyişib, &quo
Məlumat verdiyimiz kimi, iyunun 26-da Sumqayıt şəhərində 1993-cü il təv�
2018-2021-ci illər üzrə KOB subyektlərinin sayı 45% artaraq 360 minə yaxı
Aparıcı Elgiz Əkbər yuxu ilə bağlı problemindən söz açıb.
Türkiyə Rusiya-Ukrayna müharibəsi səbəbiylə "ərzaq böhranı"
Lerikdə evləri qəzalı vəziyyətə düşən sakinlər çadırlara köçürü
İyunun 24-də ABŞ Rusiya hakimiyyəti ilə müxtəlif səviyyələrdə əlaqə
Ermənsitan baş naziri Nikol Paşinyan etiraf edib ki, 2020-ci ildə baş verə
Türkiyədəki inflyasiyanın Azərbaycanın maliyyə sisteminə xüsusi mənfi
Pomidor bir çox sağlamlıq probleminin qarşısını almağa kömək edir, ür
"Yalı çapkını" serialının ulduzu Afra Saraçoğlu tərəf müqab