Türkiyədəki inflyasiyanın Azərbaycanın maliyyə sisteminə təsirləri olacaq?
Digərləri 27 İyn 2023 11:12:00 346 0
Türkiyədəki inflyasiyanın Azərbaycanın maliyyə sisteminə xüsusi mənfi təsiri gözlənilmir.
Bu xəbəri də oxu: Bu meyvə infarkt və xərçəngin qarşısını 39% alır: Erkən ölüm riskini aradan qaldırır
Bu barədə Trend-ə Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib.
"Maliyyə sistemimiz yetərincə tarazlı vəziyyətdədir, bank sistemimiz etibarlıdır. Ölkənin kifayət qədər böyük ehtiyatları var və borc səviyyəsi çox aşağıdır. Bu səbəbdən hər hansı xüsusi mənfi təsir gözləmirik", - deyə o əlavə edib.
Bundan başqa, Azərbaycanın dövlət büdcəsində neft qiymətlərinin yenidən gözdən keçirilməsi ehtimalı ilə bağlı sualı cavablandıran nazir qeyd edib ki, Azərbaycanın dövlət büdcəsində neftin bir bareli üçün qoyulmuş orta ixrac qiyməti tamamilə məqbul səviyyədədir.
Nazir xatırladıb ki, yerdə qalan müddət üçün dövlət büdcəsində neft qiymətləri 50 dollardan 60 dollara qaldırılıb.
"Büdcədə neftin orta qiymətini bundan sonra da qaldıracağımızı düşünmürəm, belə ki, qoyulan qiymət yetərincə yüksəkdir. Zənnimizcə, bu tamamilə məqbul səviyyədir", - deyə Samir Şərifov vurğulayıb.
Qeyd edək ki, "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanuna əsasən, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 33,89 milyard manat, xərcləri 36,62 milyard manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33,12 milyard manat, yerli gəlirləri 764,7 milyon manat, mərkəzləşdirilmiş xərcləri 35,85 milyard manat, yerli xərcləri 777 milyon manat) təşkil edir.
Xatırladaq ki, may ayında Türkiyədə inflyasiya 39,59 faiz olub. İnflyasiyanın qarşısını almaq üçün ölkənin Mərkəzi Bankı əsas faiz dərəcəsini illik 8,5 faizdən 15 faizədək qaldırmaq barədə qərar qəbul edib. Bu qərar elan olunduqdan sonra türk lirəsi tarixdə ilk dəfə olaraq bir ABŞ dollarına görə 24 lirə həddini keçərək zəifləməyə davam etdi. Türkiyənin Mərkəzi Bankı inflyasiya üzrə proqnozları əhəmiyyətli dərəcədə yaxşılaşdırana qədər bu siyasəti aparmaq niyyətindədir.
Pomidor bir çox sağlamlıq probleminin qarşısını almağa kömək edir, ür
"Yalı çapkını" serialının ulduzu Afra Saraçoğlu tərəf müqab
Dünyada Rusiyanın "yeni ölçüyə" keçməsi ilə bağlı yekdil r�
Xaçmazda keçirilən toyda bıçaqlanma hadisəsi baş verib.
Şahzadə Diananın illərdir itmiş hesab olunan sviteri hərraca çıxarılaca
"Vaqner" Xüsusi Hərbi Şirkətinin təsisçisi Yevgeni Priqojinin t�
Oğuz rayonunda hoteldə ölüm hadisəsi baş verib.
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ba
Naxçıvanda iki minik avtomobili toqquşub, nəticədə 6 nəfər ölüb, 4 nə
Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliy
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ görüşünün pro
Ötən il Göyçayın Şahsoltanlı kəndində yerləşən fermada 1993-cü il t
"Allah mənə o günü göstərməsin ki, mən küsdüyüm Aynur Dadaşova
Bərdə rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası
Ukrayna kəşfiyyatı "Vaqner" yaraqlılarının nizami Rusiya ordusun