Azərbaycan Silahlı Qüvvələrinin 105 illik yubileyi Pakistanda təntənəli şəkildə qeyd olunub


Digərləri 27 İyn 2023 07:27:00 318 0

Azərbaycan Silahlı Qüvvələrinin 105 illik yubileyi Pakistanda təntənəli şəkildə qeyd olunub

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 105 illik yubileyi Pakistanda təntənəli şəkildə qeyd olunub.

Bu barədə Trend-ə Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.

Səfirliyin nəzdindəki hərbi attaşe aparatı tərəfindən təşkil olunan təntənəli rəsmi qəbula Pakistan Hərbi Hava Qüvvələri Komandanının müavini, aviasiya marşalı İrfan Əhməd ali qonaq qismində qatılıb. Pakistanın tanınmış ictimai-siyasi xadimləri, İslamabadda akkreditə olunan diplomatik korpusun təmsilçiləri, Pakistan ordusunun yüksək rütbəli zabitləri, mətbuat nümayəndələri, bu ölkədə yaşayan azərbaycanlılar, səfirliyinin əməkdaşları və onların ailə üzvləri də rəsmi qəbulda iştirak ediblər.

Səfir Xəzər Fərhadov tədbirdə çıxış edərək Azərbaycan Silahlı Qüvvələrinin tarixi haqqında iştirakçılara məlumat verib, 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə ölkəmizdə ilk milli diviziyanın yaradıldığını bildirib.

Diplomat 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpasından sonra Ermənistanın hərbi təcavüzü və vətəndaş müharibəsinin getdiyi bir vaxta xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin ölkədəki xaos və anarxiyanı aradan qaldırdığını, iqtisadi-siyasi sabitliyi təmin etdiyini diqqətə çatdırıb. Məhz Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi müdrik siyasət nəticəsində bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da böyük uğurların qazanıldığı qeyd edilib.

X.Fərhadov Ümummilli Lider Heydər Əliyevin siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. O, yüksək döyüş hazırlığına malik və müasir silahlarla təchiz edilən Azərbaycan Silahlı Qüvvələrinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfərin xalqımızın tarixinə qızıl hərflərlə yazıldığını vurğulayıb. Bildirilib ki, Ermənistanın otuz ilə yaxın müddətdə işğal altında saxladığı torpaqlarımız bu Qələbə nəticəsində azad edildi. Azərbaycan Ordusunun Vətən müharibəsində həyata keçirdiyi ən müasir döyüş strategiyası və taktikası dünyanın qabaqcıl hərbi təhsil müəssisələrində dərindən təhlil edilir və öyrənilir.

Diplomat işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri barədə iştirakçılara ətraflı məlumat verib.

Səfir Prezident İlham Əliyevin Azərbaycan ilə Pakistan arasında strateji tərəfdaşlıq münasibətlərinə xüsusi önəm verdiyini və ikitərəfli əməkdaşlığın gündən-günə inkişaf etdiyini vurğulayıb. O, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan Respublikasına sonuncu rəsmi səfərini xatırladaraq, yüksək səviyyədə keçən bu səfər çərçivəsində iqtisadi-ticari, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinə dair mühüm məsələlərin müzakirə olunduğunu bildirib.

X.Fərhadov Azərbaycan ilə Pakistan arasında digər sahələrdə olduğu kimi, ikitərəfli hərbi əlaqələrin də yüksələn templə inkişaf etdiyini, hərbi və hərbi-texniki sahədə əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.

Azərbaycan Silahlı Qüvvələrinin Pakistandakı hərbi attaşesi, polkovnik Mehman Novruzov tədbirdə çıxış edərək Azərbaycan Ordusunun tarixindən söz açıb. Bildirib ki, zəngin təbii sərvətlərə və strateji mövqeyə sahib olan Azərbaycan xalqı əsrlər boyu güclü dövlətlərin təzyiqlərinə və hərbi təcavüzlərinə ciddi müqavimət göstərərək müstəqillik və dövlətçilik uğrunda mübarizə aparıb. Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu cəmi 23 ay ərzində müstəqil dövlətin bütün atributlarını, o cümlədən nizami ordu yaratdı. Erməni-bolşevik birliyinin işğalçı siyasətinə qarşı mübarizə aparan Azərbaycan hökuməti 1918-ci il iyunun 26-da diviziya statuslu hərbi korpusun yaradılması haqqında qərar qəbul etdi və bununla da milli ordunun təməli qoyuldu. 1920-ci ildə Azərbaycanın müstəqilliyinin qızıl ordu tərəfindən süquta uğradılmasına baxmayaraq, Sovet İttifaqı dövründə də Azərbaycan xalqı milli döyüş ruhunu və qədim hərbi ənənələrini davam etdirdi.

Bildirilib ki, İkincin Dünya müharibəsində Azərbaycan diviziyaları Bakıdan Berlinədək şərəfli döyüş yolu keçdi. Sovet İttifaqı dövründə azərbaycanlı gənclərin hərbi hazırlığını diqqətdə saxlayan Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və gərgin səyləri nəticəsində 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına ilk Hərbi Lisey açıldı. 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyin bərpasından sonra həmin liseyin məzunları Silahlı Qüvvələrin yaradılmasında mühüm rol oynadılar.

Polkovnik Mehman Novruzov Azərbaycanın hərb tarixinin qəhrəmanlıq salnaməsi olan 44 günlük Vətən müharibəsindən söz açaraq, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatı nəticəsində ərazilərimizin işğaldan azad olunduğunu diqqətə çatdırıb.

Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən siyasəti nəticəsində yüksək peşəkarlığa malik və müasir silahlarla təchiz olunmuş Silahlı Qüvvələrimizin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü müdafiə etməyə qadir olmaqla yanaşı, regional və qlobal sülhə və təhlükəsizliyə mühüm töhfələr vermək iqtidarında olduğunu vurğulanıb.

Həmçinin Azərbaycan ilə Pakistan strateji tərəfdaşlıq münasibətlərinin və hərbi əməkdaşlığın qardaşlıq və ortaq dəyərlər üzərində qurulduğu vurğulanıb. Ölkələrimizin Silahlı qüvvələri arasında həyata keçirilən yüksək səviyyəli səfərlərin, hərbi-təhsil proqramlarında iştirakın, birgə təlimlərin təşkilinin, hərbi-texniki əməkdaşlığın daha da inkişaf etdirilməsinin bu sahədə işbirliyinin daha da dərinləşməsinə xidmət etdiyi diqqətə çatdırılıb.

Çıxışlardan sonra Pakistan Silahlı Qüvvələrinin Hərbi Orkestri tərəfindən hər iki ölkənin Dövlət himnləri, Azərbaycan, Pakistan və Türkiyənin hərbi marşları ifa edilib.

Rəsmi qəbulun keçirildiyi salonda Azərbaycanın tarixini, mədəniyyətini və turizm potensialını əks etdirən fotosərgi də açılıb.

Tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığına və hərbi gücünə, Vətən müharibəsində şanlı Zəfərə və ölkəmizin iqtisadi uğurlarına dair videoçarxlar da nümayiş etdirilib.

Rəsmi qəbul Pakistanın televiziya kanalları və nüfuzlu kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Ruslar Ukraynada hücumları intensivləşdirdi like
  • 27 İyn 07:20  
Dünya Ruslar Ukraynada hücumları intensivləşdirdi

Son bir həftə ərzində Rusiya qüvvələri Kupyansk-Liman istiqamətində ukr

arrow Ətraflı
Bakıda hava kəskin pisləşəcək like
  • 27 İyn 07:14  
Digərləri Bakıda hava kəskin pisləşəcək

Bakıda və Abşeron yarımadasında hava şəraiti yenidən kəskin pisləşəc

arrow Ətraflı
Türk lirəsi rekord həddə like
  • 27 İyn 07:07  
Dünya Türk lirəsi rekord həddə

İyunun 26-da keçirilən ticarət sessiyası zamanı Türkiyə valyutasının d

arrow Ətraflı
Yaşayış evində uçqun olub like
  • 27 İyn 07:00  
Digərləri Yaşayış evində uçqun olub

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bərd�

arrow Ətraflı
Konsertdən sonra birlikdə əyləndilər  FOTO like
  • 27 İyn 05:05  
Şou-biznes Konsertdən sonra birlikdə əyləndilər FOTO

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) Bakıda

arrow Ətraflı
Bu qidalar qaraciyəri təmizləyir  Su, sarımsaq... like
  • 27 İyn 04:04  
Digərləri Bu qidalar qaraciyəri təmizləyir Su, sarımsaq...

Bəzi qidalar həyati orqanlardan toksinləri çıxarmağa kömək edir. Mütəx

arrow Ətraflı
Ədviyyatlı yeməyin bilmədiyimiz faydaları like
  • 27 İyn 03:03  
Digərləri Ədviyyatlı yeməyin bilmədiyimiz faydaları

İdman mütəxəssisi Aleksandra Çistyakova ədviyyatlı yeməyin bilinməyən

arrow Ətraflı
SSRİni nüvə savaşından çəkindirən 13 yaşlı qız  Bir məktubla taleyi dəyişdi like
  • 27 İyn 02:02  
Dünya SSRİni nüvə savaşından çəkindirən 13 yaşlı qız Bir məktubla taleyi dəyişdi

SSRİ və ABŞ-ı sülhə çağırdığı məktubu ilə o dönəmdə ürəkləri

arrow Ətraflı
Bu şəhərdə uşaqlar üçün mobil telefon qadağandır like
  • 27 İyn 01:01  
Digərləri Bu şəhərdə uşaqlar üçün mobil telefon qadağandır

İrlandiyanın Qreyston şəhərində radikal addım atılıb.

arrow Ətraflı
Düzgün cins şalvar almaq üçün like
  • 27 İyn 00:28  
Digərləri Düzgün cins şalvar almaq üçün

Cins şalvar alarkən ilk növbədə uyğunluğuna, yan tikişinə və ölçüs�

arrow Ətraflı
Günün qoroskopu: Nikbin olun like
  • 27 İyn 00:01  
Digərləri Günün qoroskopu: Nikbin olun

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Putin güc orqanları rəhbərləri ilə...  Kremldə like
  • 26 İyn 23:57  
Digərləri Putin güc orqanları rəhbərləri ilə... Kremldə

Rusiya prezidenti Vladimir Putin hüquq-mühafizə orqanları rəhbərlərinin i

arrow Ətraflı
Sərnişinlə dolu təyyarəni ildırım vurdu – VİDEO like
  • 26 İyn 23:54  
Dünya Sərnişinlə dolu təyyarəni ildırım vurdu – VİDEO

Son.az musavat.com-a istinadən bildirir ki, American Eagle aviaşirkətinə m�

arrow Ətraflı
Qarabağlı ermənilər ərzağı və yanacağı Ağdamda almalı olacaqlar like
  • 26 İyn 23:50  
Siyasət Qarabağlı ermənilər ərzağı və yanacağı Ağdamda almalı olacaqlar

Xankəndindəki separatçı rejimin rəhbəri Araik Arutyunyanın ailəsində ci

arrow Ətraflı
Xaçmazda ev sakinlərini öldürüb evi yandıran şəxs İFŞA EDİLDİ like
  • 26 İyn 23:47  
Digərləri Xaçmazda ev sakinlərini öldürüb evi yandıran şəxs İFŞA EDİLDİ

Cari ilin aprelin 9-da Xaçmaz rayonu Yalama kəndində evlərdən birinin yanma

arrow Ətraflı