"Çox şey var, amma deyə bilmirəm" Ramiz Əzizbəylinin xanımı
Şou-biznes 26 İyn 2023 21:48:00 365 0
"Ramiz özü haqqında heç zaman fikirləşmirdi. Hamı üçün nələrsə etmək istəyirdi. Özünü düşünmürdü, ona görə də o günə qaldı. Ramiz torpaq altında yatası insan deyildi".
Bu xəbəri də oxu: Tarkandan təyyarə qəzasına reaksiya
Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri mərhum Xalq artisti Ramiz Əzizbəylinin həyat yoldaşı Zümrüd xanım "O üz" verilişində deyib. O, aktyorun xəstəliyindən danışıb:
"Ramizin nə qədər işləri və fikirləri, ürəyində o qədər sözü vardı. Heç nəyi edə bilmədi. İki il olacaq ki, Ramiz dünyasını dəyişib. Amma biz sakit ola bilmirik (ağlayır). Səhər onun adı ilə açılır. Axşam da onun adı ilə yatırıq. Son 10 il o çox xəstə oldu. Heç hərəkət edə bilmirdi. Əslində çox şeylər var, amma deyə bilmirəm. Biz onu görə bilmədik. Bir-birimizə olan sözümüzü belə deyə bilmədik. Ancaq onun yaşamağını istəyirdim.
O elə əvvəldən xəstə idi. Mədə-bağırsağında problem var idi. Ona görə çox əziyyət çəkdi. Çox möhkəm ağrıları olurdu. Buna rəğmən işinə gedib-gəlirdi. O, işini hər şeydən üstün tuturdu. Onun üçün birinci növbədə iş idi. Ramiz Mədəniyyət İncəsənət Universitetində dərs deyirdi. O, tələbələrinə ata kimi qayğı göstərirdi. Onlar üçün nə lazım idisə edirdi. Sol əl ilə yazmağı öyrənirdi. Şeirlər, hekayələr yazırdı".
Qeyd edək ki, Xalq artisti Ramiz Əzizbəyli üç dəfə insult keçirib. Ramiz Əzizbəyli 9 iyun 2021-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib.
Telefonun hər bir insanın əvəzedilməz şəxsi "köməkçisinə" �
Macarıstan Zakarpatiyada milli azlıqların hüquqları ilə bağlı problem h�
"Vaqner" muzdlu qruplaşması həftə sonu yatırılan üsyana baxmaya
Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlər növbəti xidmət yerlərinə yo
Misirin İsgəndəriyyə şəhərində 13 mərtəbəli bina anidən çöküb.
Uzun müddətdir səhhətində problemləri olan məşhur rəqqasə Tanyeliyə p
2023-cü ilin yanvar-may aylarında Türkiyənin İstanbul limanı 371 min 356 t
2023-cü ilin yanvar-may aylarında Türkiyənin Muğla vilayətində yerləşə
Əməkdar artist Könül Kərimova villasından foto paylaşıb.
"Vaqner iyulun 1-dən etibarən mövcudluğunu dayandıracaq".
26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Əlahiddə Ümumqoşun Ord
Kimya üzrə Nobel mükafatı laureatı Con Qudenaf dünyasını dəyişib.