Bazar günləri parkinqlər pulsuz olacaq RƏSMİ
Digərləri 25 İyn 2023 19:30:00 342 0
Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-dək, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmayacaq.
Bu xəbəri də oxu: Kasko sığortası ucuzlaşa bilər
Bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği"nin təsdiq edilməsi haqqında" qərarda əksini tapıb.
Qərara əsasən, eyni zamanda "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin XV hissəsinə əsasən, ödənişli parklanma
yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmayacaq. Nəqliyyat vasitəsi 15 dəqiqədən artıq parklandıqda ödəniş tam məbləğdə hesablanır.
Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-dək, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 aprel tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası"na uyğun olaraq fərdi parklanma talonu verilmiş şəxslər nəqliyyat vasitələrini yalnız talonda göstərilən parklanma ərazisində müəyyən olunmuş yerlərdə ödənişsiz əsaslarla saxlayırlar.
Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği təsdiq
Xalçaçılıq və tikiş üzrə silsilə kitablar müəllifi, xalçaçı sahibk
Müğənni Rəqsanə İsmayılova rejissor Nail Naib oğlunun "Qırmızı&q
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliye
"Yeganə Palace" şadlıq sarayında istehlaka yararsız məhsullar a�
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən
İyunun 25-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayram
26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun bir
Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra ölkəmizə Rusiya və Ukraynada
Dünən aeroport yolunda baş verən qəzanın görüntüləri yayılıb.
Meyxanaçılar Rüfət Nasosnu ilə Balaəli Maştağalının məclislərdən bi
Dəmir yolları xəttinin Sabunçu rayonu Pirşağı-Zabrat mənzilinin 25-ci ki
Bakı Piano Festivalının zəngin proqramı iki virtuozun Yuri Sayutkin və Kar
ABŞ-ın həqiqətən də Azərbaycan və Ermənistan arasında sülhə vasitə�
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.