Yol polisi hərəkət iştirakçılarına
Digərləri 25 İyn 2023 09:32:00 329 0
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn Qurban bayramı münasibəti ilə hərəkət iştirakçılarını təbrik edir, bayram günlərinin xoş əhvali-ruhiyyə ilə keçirilməsi üçün onları küçə və yollarda təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.
Bu xəbəri də oxu: AZALın BakıQroznı reysində olan sərnişinlərin ailə üzvləri üçün qaynar xətt yaradılıb
Bu barədə Son.az-a İdarədən məlumat verilib.
Baş Dövlət Yol Polisi İdarəsindən bildirilir ki, bayramla əlaqədar qeyri-iş günləri şəhər sakinlərinin rayonlara və bölgələrdəki istirahət mərkəzlərinə səfər etmələrinə şərait yaradacaq ki, bununla da avtomobil yollarında nəqliyyatın hərəkət intensivliyinin yüksələcəyi ehtimal olunur.
Vətəndaşların mənzil başına sağ-salamat çatması, bayramı xoş əhvali-ruhiyyə ilə keçirməsi üçün Baş Dövlət Yol Polisi İdarəsi səfərə çıxmazdan əvvəl ilk növbədə avtomobilin texniki vəziyyətinə diqqət yetirməyi, yolboyu qaydalara ciddi riayət etməyi, sürücülərlə yanaşı, sərnişinlərin də təhlükəsizlik kəmərlərini bağlamalarını, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyi tövsiyə edir.
Sabahdan - iyunun 26-dan Azərbaycanda bir həftəlik bayram tətili başlayır.
Məsələyə dini aspektdən yanaşsaq, dünyanın sonu 12-ci İmamın zühurund
Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBP�
Belarus Prezidenti Aleksandr Lukaşenko özü təklif edib ki, "Vaqner"
"Vaqner" Xüsusi Hərbi Şirkətinin hərbçiləri Rostov-Donu tərk e
Rusiya Prezidenti Vladimir Putinin müdafiə naziri Sergey Şoyquya inamı ilə
Avqust ayında ötən il sertifikatlaşdırma prosesində uğur qazanmayan müə
İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian və rusiyalı həmkarı Se
Rusiya yollarında tətbiq edilmiş bütün məhdudiyyətlər aradan qaldırıl�
"Vaqner" özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin old
Bütün ağır texnikalar, o cümlədən tanklar, həmçinin "Vaqner"
Rusiya Prezidenti Vladimir Putinin sözləri "Vaqner" rəhbəri Yevgen
Zaporojye vilayətinin Ukraynanın nəzarətində olan hissəsində partlayış
Dünən dövlət ümumi təhsil müəssisələrində çalışan Azərbaycan dili
2023-cü ilin əvvəlindən Rusiyanı tərk edən İT mütəxəssisinin 19%-i ö