Avtoxuliqanlıq edən şəxs saxlanılıb
Digərləri 25 İyn 2023 09:10:00 283 0
Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində yol hərəkəti qaydalarını və ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.
Bu xəbəri də oxu: Qəzaya uğrayan təyyarənin azərbaycanlı sərnişini Qoşqar sağdır?
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Son.az-a verilən məlumata görə, monitorinqlər zamanı bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə kosntruksiya dəyişikliyi etməsi, başqa dövlətə məxsus saxta qeydiyyat nişanı taxması, qadağan olunmuş səs siqnallarından vasitələrdən istifadə edərək digər hərəkət iştirakçılarına təhlükə yaratması və vətəndaşların haqlı narazılığına səbəb olması məlum olub. Həmin sürücülər saxlanılaraq profilaktiki söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb. Qanunsuz dəyişikliklər aradan qaldırıldıqdan sonra nəqliyyat vasitələri istismara buraxılıb.
Bundan başqa monitorinqlər nəticəsində Elgün Lətifinin "VAZ 2107" markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi və həmin hərəkətləri sosial şəbəkələrdə paylaşması məlum olub. Həmin şəxs barəsində DYPB-nin əməkdaşları inzibati qaydada protokollar tərtib edərək baxılması üçün məhkəməyə göndərib. Məhkəmənin qərarı ilə E. Lətifi sürücülük hüququndan 1 illik məhrum edilməklə 20 sutka inzibati qaydada həbs edilib.
Belarus Prezidenti Aleksandr Lukaşenko özü təklif edib ki, "Vaqner"
"Vaqner" Xüsusi Hərbi Şirkətinin hərbçiləri Rostov-Donu tərk e
Rusiya Prezidenti Vladimir Putinin müdafiə naziri Sergey Şoyquya inamı ilə
Avqust ayında ötən il sertifikatlaşdırma prosesində uğur qazanmayan müə
İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian və rusiyalı həmkarı Se
Rusiya yollarında tətbiq edilmiş bütün məhdudiyyətlər aradan qaldırıl�
"Vaqner" özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin old
Bütün ağır texnikalar, o cümlədən tanklar, həmçinin "Vaqner"
Rusiya Prezidenti Vladimir Putinin sözləri "Vaqner" rəhbəri Yevgen
Zaporojye vilayətinin Ukraynanın nəzarətində olan hissəsində partlayış
Dünən dövlət ümumi təhsil müəssisələrində çalışan Azərbaycan dili
2023-cü ilin əvvəlindən Rusiyanı tərk edən İT mütəxəssisinin 19%-i ö
İyunun 24-də saat 23:50 radələrində Qaradağ rayonu Lökbatan qəsəbəsind
"Vaqner"in rəhbəri Yevgeni Priqojin Sankt-Peterburqdakı ofisində t
Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyan ilə te