Qəzalarda ölüm halları niyə artıb?
Digərləri 24 İyn 2023 19:58:00 300 0
Bu gün yollarda qəza təhlükəsi və sıxlıq yaradan problemlərdən biri də istismara tamamilə yarasız, bir çox hissələri işlək vəziyyətdə olmayan köhnə avtomobillərdir.
Bu xəbəri də oxu: Bu istiqamətdə uçuşlar dayandırılır
Milli Məclisin bu gün keçirilən iclasında "İstehsalat və məişət tullantıları haqqında" qanuna dəyişikliklər üçüncü oxunuşda təsdiq edilib. Qanuna dəyişikliklər köhnə avtomobillərin utilizasiya qaydalarını və şərlərini müəyyən edir.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib ki, bu cür avtomobillər tədricən yeniləri ilə əvəzlənməlidir.
O qeyd edib ki, "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı" var.
"Həmin proqramda bu məsələlər, o cümlədən köhnə avtomobillərin utilizasiya proqramının hazırlanması və icrası nəzərdə tutulub və yalnız bu proqramın icrası ilə köhnə avtomobillərin sayını azaltmaq olar", - deyə o qeyd edib.
Ə.Hüseynov bildirib ki, qanunvericilikdə avtomobillərin yol hərəkətinə buraxılması şərtləri var. "Avtomobillər texniki cəhətdən saz və istifadəyə yaralı olmalıdır. Ona nəzarət üçün də texniki baxış olmalıdır. Yol polisi bu məsələyə nəzarət etməlidir.
Digər tərəfdən də bu cür avtomollər ilə yola çıxaranlar məsulyyətli olmalıdır. Bu vəziyyətdə avtomobilin idarə edilməsi böyük riskdir və hər an qəza baş verə bilər. Yol qəzaları bütün avtomobillərlə törədilir. Ancaq köhnə avtomobillərlə törədilən eyni xarakterli qəzalarda xəsarət və ölüm halları daha fərqli olur. Yeni avtomobillərdə insanlar daha yüngül xəsarət alır. Ancaq ömrünü başa vurmuş avtomobillərdə eyni xarakterli qəza zamanı ölüm baş verir", - deyə o bildirib.
Ə.Hüseynov qeyd edib ki, bu baxımdan köhnə avtomobillərin utilizasiyasına böyük ehtiyac var. "Bu cür avtomobillər utilizasiya vasitəsilə tədricən yeniləri ilə əvəz edilsə qəzalar zamanı ölüm hallarının azalması müşahidə edilə bilər", - deyə Ə.Hüseynov əlavə edib.
İyunun 24-də saat 19 radələrində Bərdə rayonunda evlərin birində 1988-c
Xalq artisti Aygün Kazımovanın müğənni qızı İlqarə yeni paylaşımı i
Rusiya Xarici İşlər Nazirliyi ölkədəki daxili siyasi vəziyyətlə bağlı
Son.az oxu.az-a istinadən bildirir ki, sosial şəbəkələrdə istidən tənti
Azərbaycan Texniki Universitetinin məzun günü mərasimində evlilik təklifi
"Doğuşa demişəm, mənə elə bir ev etməlisən ki, bütün oğullarım
"Vaqner" hərbi təşkilatının Sankt-Peterburq şəhərindəki ofisi
Türkiyəli müğənni Hülya Avşar çimərlik geyimində rəsm çəkib. Son
Gədəbəyin Söyüdlü kəndində əhalinin sağlamlıq vəziyyətinin öyrəni
"ATV kanalında bütün formata uyğunlaşan insanam. Kim xəstələnir, ki
Bir müddət öncə elm və təhsil nazirinin müavini İdris İsayev qeyd edib