Bu təhsil müəssisələri universitetlərin tabeliyinə verilir Universitetlərə
Digərləri 24 İyn 2023 17:46:00 339 0
Bir müddət öncə elm və təhsil nazirinin müavini İdris İsayev qeyd edib ki, orta ixtisas təhsili müəssisələrinin bir hissəsinin ali təhsil müəssisələrinin tabeliyinə verilməsi prosesi həyata keçirilir.
Bu xəbəri də oxu: Qəzaya düşən təyyarə axırıncı dəfə nə vaxt yoxlanışdan keçib? AÇIQLAMA
"Azərbaycandakı peşə təhsil müəssisələrinin infrastrukturu bu sahədə islahat aparmağa imkan vermir", - deyə o əlavə edib.
Bəs orta ixtisas təhsili müəssisələri universitetlərin tabeliyinə verilməsi hansı dəyişikliklərə səbəb olacaq? Univeristetlərə qəbul daha da asanlaşacaq?
Məsələ ilə bağlı Trend-in suallarını cavablayarkən təhsil eksperti Elçin Süleymanov orta ixtisas təhsili müəssisələri universitetlərin tabeliyinə verilməsinə ilk olaraq 2018-ci ildən başlanıldı.
"Pilot layihə olaraq bir neçə kollec,ixtisas məktəbi univeristetlərin tərkibinə verildi. 2030-a qədər artıq əksər orta ixtisas təhsili müəssisələrinin universitetlərin tabeliyinə veriləcək. Bu müsbət bir addımdır. Həmin müəssisəslərin universitetin tərkibində olması maddi-texniki baxımdan da əhəmiyyətlidir. Çünki universitetin maddi-texniki bazasından orta ixtisas təhsili müəssisələrinin tələbələri də istifadə edir. Müəllim professor heyəti daha hazırlıqlı, bu sahənin mütəxəssislərindən formalaşır. Eyni zamanda ixtisasların da proqramlarının bakalavr proqramıyla uzlaşmasına kömək edir", - deyə o əlavə edib.
Ekspert qeyd edib ki, qərbdə əksər ölkələrdə bu təcrübə var.
"Elə peşələr var ki, onun üçün dörd il bakalavr təhsilinə ehtiyac yoxdur. İki il müddətində də o peşəni bilən mütəxəssi hazırlanır. Bu həm də kollec məzunları üçün gələcəkdə bakalavr təhsili alması üçün əhəmiyyətlidir. Biri var hansısa regionun kollec məzunu, biri də var universiteti tərkibində olan kollec məzunu olasan. Bu həm də daha prestijlidir.
Orta ixtisas təhsili müəssisələrinin universitetlərin nəzdində olması təhsilin fasiləsizliyinə gətirib çıxaraq. Müəyyən mənada təhsil sahələrinin bir-birinə inteqrasiyasına səbəb olacaq", - deyə E.Süleymanov bildirib.
Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski maraqlı paylaşımı il
"Həm Rostov, həm Voronejdə müvafiq şöbəmiz orada yaşayan azərbayca
Rusiyada hərbi vəziyyəti pozmağa görə 30 sutka həbs cəzası veriləcək.
Mingəçevir şəhər 10 saylı "Qərənfil" körpələr evi və uşaq
Vladimir Putin Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb və silahlı üsy
Xəbər verdiyimiz kimi, Rusiyanın muzdlu qruplaşması olan "Vaqner"
Rusiya Prezidenti Vladimir Putin Moskvanı tərk etdiyinə dair məlumat yayıl�
Cübbəli Əhməd Hoca adı ilə məhşurlaşan Əhməd Mahmud Ünlü evlilikdə
Müğənni Nazənin Salayeva 5 qardaşını itirdiyini açıqlayıb.
24 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər nazi