“Gəlinim bizimlə yaşayanda ərim evdə köynəksiz gəzmirdi” VİDEO
Şou-biznes 24 İyn 2023 17:22:00 358 0
Bu xəbəri də oxu: Türkiyəli məşhurlar Azərbaycana başsağlığı verdilər FOTO
"Qayınana bir ana deməkdir. Əgər ananı sevirsənsə, qayınananı da sevməlisən. Oğlum Babək həyat yoldaşı ilə beş il bizim yanımızda yaşadı. Sonra ev aldıqdan sonra yanımızdan köçdülər. İnanın ki, bu beş il ərzində zərrə qədər aramızda narahatlıq olmadı. Hər səhər gəlin mənimlə gəlib öpüşür, görüşürdü".
Son.az bizim.media-ya istinadən bildirir ki, bu sözləri aşıq Zülfiyyə İbadova müğənni oğlu Babəklə qonaq olduğu "Günaydın, Azərbaycan!" səhər şousunda deyib.
Beş il gəlini ilə birlikdə yaşadığını söyləyən sənətçi bildirib ki, bu illər ərzində həyat yoldaşı utandığından evdə köynək və idman şalvarında gəzməyib:
"Biz bir binada, lakin ayrı-ayrı evlərdə yaşayırıq. Amma onlar sərbəst olsalar daha yaxşıdır. Həyat yoldaşım çox abırlı, ismətli insandır. O, köynəksiz evdə gəzmir. Bu, mümkün də deyil. Görürdüm ki, o gəlinin yanında narahat olur. Hətta idman şalvarı belə gəlinin yanında geyinmirdi".
Aşıq vurğulayıb ki, indiki gəlinlərin cibinə valideyinləri bahalı telefon qoyur ki, qayınana ilə qayınatanın danışdıqlarını yazsın:
"Babək hələ evlənməmişdi, həyat yoldaşıma jurnalist verilişlərin birində sual verdi ki, "Necə bir gəlin istəyirsiniz?" Cavab verdi ki, "Sadə, səmimi, olana şükür edən bir gəlin,I oğlum Babək üçün istəyirik". Jurnalist isə "Çox çətin olacaq" dedi. Həyat yoldaşım isə bu sözlərə qarşılıq olaraq söylədi ki, "Əvvəllər analar qızların cibinə daş qoyurdular ki, daş dillənsə sən də dillən. Amma indi isə diktofon qoyurlar ki, qayınana və qayınatanın səsini yazasan". Amma şükür Allaha ki, bizim ailədə elə bir problem olmayıb".
Z.İbadovanın sözlərinə görə, oğlu Babək yaxın qohumları ilə evlənsə də, əvvəllər ailələri arasında gediş-gəliş olmayıb:
"Gəlinimin atası dayım oğlu olsa da, gediş-gəlişimiz olmayıb. Babək həyat yoldaşını toyda görüb bəyənmişdi. Sonra biz məsləhət elədik ki, evlənsinlər. Oğlum Babək mənə oğul kimi deyil, kürəkənim kimidir. Gəlinim isə qızımdır. Gəlinim Babəkdən daha çox mənə yaxındır. Elə bilirəm ki, gəlinim doğma övladımdır. Babək isə mənə qarşı daha sərtdir".
"Həm Rostov, həm Voronejdə müvafiq şöbəmiz orada yaşayan azərbayca
Rusiyada hərbi vəziyyəti pozmağa görə 30 sutka həbs cəzası veriləcək.
Mingəçevir şəhər 10 saylı "Qərənfil" körpələr evi və uşaq
Vladimir Putin Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb və silahlı üsy
Xəbər verdiyimiz kimi, Rusiyanın muzdlu qruplaşması olan "Vaqner"
Rusiya Prezidenti Vladimir Putin Moskvanı tərk etdiyinə dair məlumat yayıl�
Cübbəli Əhməd Hoca adı ilə məhşurlaşan Əhməd Mahmud Ünlü evlilikdə
Müğənni Nazənin Salayeva 5 qardaşını itirdiyini açıqlayıb.
24 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər nazi
"Muğam aləmi" 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində
Kolumbiyada azyaşlı oğlanın çarpayısından necə qaçması ilə bağlı g�
Azərbaycan Mərkəzi Bankı (AMB) "Günay Sığorta" ASC-nin lisenziy