Ərzaqlıq buğdanın alış qiyməti müəyyənləşib
Digərləri 23 İyn 2023 14:48:00 332 0
2023-cü il üçün ərzaqlıq buğdanın dövlət tədarük qiyməti 450 manat/ton olaraq müəyyənləşib.
Bu xəbəri də oxu: "Bizi pilotsuz aparat vurdu" VİDEO
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi məqsədilə qəbul etdiyi "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" 2022-ci il 19 iyul tarixli Fərmanının icrası istiqamətində işlər davam etdirilir.
Fərmanın 2.3-cü bəndinin icrasını təmin etmək məqsədilə ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, yerli ərzaqlıq buğda istehsalçılarının fəaliyyətinin stimullaşdırılması və onlara dövlət dəstəyinin göstərilməsi ilə əlaqədar Dövlət Ehtiyatları Agentliyinin Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq "Ərzaqlıq buğdanın dövlət tədarük qiymətinin müəyyənləşdirilməsi barədə" Sərəncam qəbul edib.
Sərəncama əsasən, Azərbaycan Respublikası Nazirlər Kabineti 2009-cu il 7 iyul tarixli 105 saylı Qərarı ilə təsdiq edilmiş "Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları"nın 1 nömrəli əlavəsində qeyd edilən keyfiyyət göstəricilərinə uyğun yerli ərzaqlıq buğdanın bir tonunun dövlət tədarük qiyməti 2023-ci il üçün 450 manat müəyyən edilib.
Qeyd edək ki, "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, Kənd Təsərrüfatı Nazirliyi ilə bağlamış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda istehsal olunmuş və Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilmiş ərzaqlıq buğdanın hər tonuna görə istehsalçılara 100 manat məhsul subsidiyası ödəniləcək.
Avropa İttifaqı (Aİ) 11-ci sanksiya paketini qəbul edib.
"Kurtlar Vadisi Pusu"nun aktyoru, Pusat obrazını canlandıran Gör
Quranda "Həcc" surəsinin 37-ci ayəsində bildirilib ki, kəsdiyiniz
İyun ayının 24-25-i şənbə və bazar günləri olsa da, iş günləri elan
İkinci Qarabağ müharibəsindən sonra bölgədə gündəliyi müəyyən edən
Biz İkinci Qarabağ müharibəsinə hazırlaşırdıq və bunu gizlətmirdik.
Əməkdar artist Vasif Məhərrəmlinin növbəti paylaşımı diqqət çəkib.
Həkimlərin dərman firmaları ilə sövdələşməsinə nəzarət gücləndiri
Bundan sonra da Ordumuzun daha da gücləndirilməsi üçün bütün lazımi tə
Əcnəbi vətəndaşlar və Azərbaycan Respublikası ərazisində oturum icazə
İqtisadçı ekspert Xalid Kərimli Trend-ə açıqlamasında bu il əməkhaqqı
Əməkdar jurnalist Xoşqədəm Hidayətqızının həyat yoldaşı Doğuşla g�
Uğurlu iqtisadi siyasətimiz bizə imkan verir ki, ordu quruculuğuna, yeni sil
Səhv icra olunan ödənişlər xidmət haqqı tutulmadan ödəyiciyə geri qayt
Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin sayı böyük dərəc