İntim videoları ilə gündəmə gələn polkovnikdən XƏBƏR VAR
Kriminal 19 İyn 2023 22:53:00 328 0
Fövqəladə Hallar Nazirliyindəki (FHN) xidməti otağında intim videolar çəkib yaymaqda təqsirli bilinən polkovnik Zaur Mirzəyevin cinayət işi üzrə zərərçəkmiş qadınlardan biri apellyasiya şikayəti verib.
Bu xəbəri də oxu: Bakıda cənazə daşıyan avtomobilin sürücüsü bıçaqlandı
Son.az-ın "Qafqazinfo"ya istinadən xəbərinə görə, zərərçəkmiş qaldırdığı 192 min manatlıq mülki iddianın az hissəsinin təmin edilməsindən və təqsirləndirilən şəxsə təyin olunmuş cəzadan narazıdır.
O, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilərək cəzanın ağırlaşdırılmasını, mülki iddiada tələb etdiyi məbləğin tam ödənilməsini istəyir. Eyni zamanda təqsirləndirilən Zaur Mirzəyev də hökmdən apellyasiya şikayəti verib. Polkovnik cinayət işi üzrə özünü təqsirli bilmir.
Qeyd edək ki, Zaur Mirzəyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il 6 ay azadlıqdan məhrum edilib. Zərərçəkmiş şəxs tərəfindən qaldırılan mülki iddianın 4 min manatı təmin edilib.
Z.Mirzəyev ötən ilin avqustunda həbs edilib. O, Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunub. İttihama görə, Z.Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə gizli kamera quraşdıraraq qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb. Hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub.
"Aldatmak" serialında rol alan aktyorlar Caner Şahinlə Feyza Sevil
Azərbaycan və Ermənistan açıq qalan məsələlər üzərində birgə işlə
19 iyun 2023-cü ildə Gürcüstanın Tbilisi şəhərində Azərbaycan Respubli
19 iyul tarixində Cenevrədə Piyadalar Əleyhinə Minaların Qadağan Olunmas�
İyun ayının 18-də saat 02:10-da Dövlət Sərhəd Xidməti və Daxili İşl�
Türkiyəli aktyor Kərəm Bürsin sevgilisi Mehtap Alagüllə ayrılıb.
2023-cü ildə Ramzan Kadırov və ailəsinin müdafiəsinə təxminən 201 mily
Mərdəkanda dənizdə batan şəxsin meyiti tapılıb.
Sinqapur Respublikasında robot polislər fəaliyyətə başlayıb.
Tədbirlərin birində görüntülənən tükiyəli müğənni Mustafa Sandal �