Azərbaycan və Gürcüstan XİNləri arasında siyasi məsləhətləşmələr keçirilib FOTO
Siyasət 19 İyn 2023 22:19:00 330 0
19 iyun 2023-cü ildə Gürcüstanın Tbilisi şəhərində Azərbaycan Respublikası və Gürcüstan Xarici İşlər Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.
Bu xəbəri də oxu: İlham Əliyev təyyarədə olarkən Vladimir Putinə zəng edib
XİNd-ən Son.az-a bildirilib ki, nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Gürcüstan tərəfindən isə həmin ölkənin xarici işlər nazirinin birinci müavini Laşa Darsalia rəhbərlik edib.
İlk öncə nümayəndə heyəti Tbilisi şəhərindəki Heydər Əliyev Parkına gələrək Ümummilli Liderin parkda ucaldılmış abidəsini ziyarət edib, önünə əklil və gül dəstələri qoyub. Həmçinin nümayəndə heyəti Qəhrəmanlar meydanındakı Gürcüstanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş şəxslərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri qoyub.
Görüş zamanı iki ölkə arasında münasibətlərin hazırkı durumu nəzərdən keçirilib, siyasi, sosial-iqtisadi, humanitar və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün mövcud imkanlar müzakirə olunub. İqtisadi əlaqələrin inkişaf etdirilməsi baxımından Azərbaycan ilə Gürcüstan arasında Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyəti qeyd edilib. Azərbaycan-Gürcüstan əməkdaşlığının regiona töhfəsinin vacibliyinə vurğu edilib. Eyni zamanda Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatının və regional əməkdaşlığın əhəmiyyəti qeyd olunub.
Nazir müavini X.Xələfov 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar, Azərbaycanın Cənubi Qafqaz regionunda sülh gündəliyinin reallaşması istiqamətində səyləri və addımları barədə qarşı tərəfə məlumat verib. Bu çərçivədə, Gürcüstan rəhbərliyinin və hökumətinin təşəbbüslərinin yüksək qiymətləndirildiyi bildirilib. İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri, əhalinin öz yurdlarına qayıtması istiqamətində icra olunan layihələr, Qarabağın erməni əhalisinin Azərbaycanın hüquqi, iqtisadi və sosial mühitinə reinteqrasiyası ilə bağlı atılan addımlar və bu addımlara münasibətdə Ermənistan tərəfindən aparılan pozuculuq fəaliyyətlərini qarşı tərəfin diqqətinə çatdırıb.
Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsalia Azərbaycan və Gürcüstan Xarici İşlər Nazirlikləri arasında qarşılıqlı əməkdaşlığın əhəmiyyərinə toxunub, hər iki ölkənin səfirliklərinin fəaliyyətini yüksək qiymətləndirib.
Görüş zamanı, Azərbaycan və Gürcüstan arasında strateji xarakter daşıyan dostluq və qonşuluq əlaqələrinin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.
19 iyul tarixində Cenevrədə Piyadalar Əleyhinə Minaların Qadağan Olunmas�
İyun ayının 18-də saat 02:10-da Dövlət Sərhəd Xidməti və Daxili İşl�
Türkiyəli aktyor Kərəm Bürsin sevgilisi Mehtap Alagüllə ayrılıb.
2023-cü ildə Ramzan Kadırov və ailəsinin müdafiəsinə təxminən 201 mily
Mərdəkanda dənizdə batan şəxsin meyiti tapılıb.
Sinqapur Respublikasında robot polislər fəaliyyətə başlayıb.
Tədbirlərin birində görüntülənən tükiyəli müğənni Mustafa Sandal �
"WhatsApp"ın "Windows" tətbiqində bütün digər versiyal
İyunun 19-da Azərbaycan Milli Konservatoriyasında "Muğam aləmi" V
İran mülki şirkətlərinin Ukraynada və digər ölkələrdə istifadə edil�