Oana Lungesku vəzifəsini TƏRK EDİR
Dünya 19 İyn 2023 09:10:00 319 0
NATO-nun ən uzunmüddətli sözçüsü olan, bu vəzifəni tutan ilk qadın Oana Lungesku iyul ayında NATO-nun Vilnüs sammitindən sonra vəzifəsini müavini Dilan Uayta təhvil verəcək.
Bu xəbəri də oxu: Svilizasiya ilə əlaqəsi olmayan yeni qəbilə üzə çıxdı İnsanları uzaqlaşdırmaq üçün ... FOTO
Son.az musavat.com-a istinadən bildirir ki, Lungesku sosial media hesabında postunu tərk edəcəyini açıqlayıb.
"NATO-nun sözçüsü kimi fəaliyyət göstərən ilk qadın olan Oana Lungesku ən gərgin dövrdə alyansın kommunikasiyalarını idarə etdikdən sonra vəzifəsini tərk edir. BBC-dəki uzun karyerasından sonra 2010-cu ildə keçmiş baş katib Anders Foq Rasmussen tərəfindən təyin edilən və 2014-cü ildə Yens Stoltenberq tərəfindən yenidən bu vəzifədə saxlanan Lungesku eyni zamanda NATO-nun ən uzunmüddətli sözçüsü və yaxın tarixdə bu vəzifəyə təyin edilən ilk jurnalistdir. İyulun ortalarında keçiriləcək NATO-nun Vilnüs Sammitindən sonra o öz vəzifələrini müavini Dilan Uayta təhvil verəcək" - məlumatda bildirilir.
NATO-nun rəsmi saytındakı məlumata görə, Lungesku NATO-nun 24/7 media əməliyyatlarını koordinasiya edir, həmçinin alyansın bütün əsas tədbirlərinin, o cümlədən sammitlər və nazirlərin görüşlərinin media aspektlərini planlaşdırır və idarə edir. Lungesku, həmçinin NATO Baş Katibinin və Baş Katib müavininin bütün çıxışlarına cavabdehdir. Lungesku bu vəzifəni daşıyan ilk qadın və ilk jurnalistdir.
2016-cı ildə "Politico" nəşri Lungeskunu "Brüsselin ən nüfuzlu qadınlarından biri" adlandırıb.
Böyük Britaniyanın təhlükəsizlik üzrə daxili işlər naziri Tom Tugendha
"Qərb ölkələrindən Ukraynaya tədarük edilməsi gözlənilən F-16 q�
Ukraynanın 3 nəfərdən ibarət sərhədçisi qeyri-leqal miqrantları təqib
NATO müdafiə nazirləri gələn ay keçiriləcək Vilnüs Sammitindən əvvəl
Rusiya indi öz cəmiyyətini işğal olunmuş Ukrayna ərazilərinin itirilməs
Moldova Azərbaycandan Avropaya əlavə qaz həcmlərinin nəqlini nəzərdə tu
Bakının Nərimanov rayonunda iki nəfər avtomobilə hücum edib.
Rusiyaya uçan İran Hərbi Hava Qüvvələrinin İl-76TD təyyarəsi çox güma
ABŞ-da "Pentaqon sənədləri" kimi tanınan və hökumətin Vyetnam
30 ildir, biz bu günü səbirsizliklə gözləmişik.
Doğma torpaqlara qayıdış bizim üçün böyük sevincdir.
ABŞ prezidenti Co Bayden jurnalistlərin suallarını cavablandırıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğu
Fransa və İtaliyanı birləşdirən dəmir yolu tunelinin tikinti meydançası