Türkiyə ETİRAZ ETDİ Plana təsdiq verilmir
Digərləri 19 İyn 2023 08:47:00 295 0
NATO müdafiə nazirləri gələn ay keçiriləcək Vilnüs Sammitindən əvvəl görüşərək Ukraynaya dəstək və İsveçin alyansa üzvlük məsələsi barədə danışıblar.
Bu xəbəri də oxu: "Hər şey yaxşı olacaq" demişdi... VİDEO
Son.az musavat.com-a istinadən bildirir ki, Türkiyə milli müdafiə naziri Yaşar Gülərin də iştirak etdiyi görüşdə NATO-nun Rusiyanın mümkün hücumuna necə və hansı qüvvələrlə cavab verəcəyi barədə regional planlar detallı şəkildə müzakirə edilib.
Xarici diplomatik mənbələr təfərrüatlara yer vermədən Türkiyənin bəzi qeyd-şərtləri olduğu üçün planlara son təsdiqin verilə bilməyəcəyini bildirir.
Rəsmilər yalnız bir regional plana etirazların olduğunu və qeyd-şərtlərin hərbi xarakter daşımadığını vurğulayırlar. Mövzu ilə bağlı müntəzəm məsləhətləşmələr və qiymətləndirmə prosesi davam edir. Sammitə qədər problemi aradan qaldırmağın mümkün olduğu da verilən məlumatlar sırasındadır.
NATO-nun baş katibi Yens Stoltenberq də yeni planların nazirlər tərəfindən nəzərdən keçirildiyini bildirib: "Hazırda bütün məsələlərdə razılığa çox yaxınıq, lakin yekun qərarlar sammitdə veriləcək".
Qeyd edək ki, 2019-cu ildə Türkiyə təhlükəsizlik maraqlarının daha çox nəzərə alınmasını və PKK terror təşkilatının Suriya qolu olan YPG-yə qarşı mübarizəyə daha çox siyasi dəstək verilməsini tələb etmiş, Baltikyanı müdafiə planlarını bir müddət bloklamışdı.
Rusiya indi öz cəmiyyətini işğal olunmuş Ukrayna ərazilərinin itirilməs
Moldova Azərbaycandan Avropaya əlavə qaz həcmlərinin nəqlini nəzərdə tu
Bakının Nərimanov rayonunda iki nəfər avtomobilə hücum edib.
Rusiyaya uçan İran Hərbi Hava Qüvvələrinin İl-76TD təyyarəsi çox güma
ABŞ-da "Pentaqon sənədləri" kimi tanınan və hökumətin Vyetnam
30 ildir, biz bu günü səbirsizliklə gözləmişik.
Doğma torpaqlara qayıdış bizim üçün böyük sevincdir.
ABŞ prezidenti Co Bayden jurnalistlərin suallarını cavablandırıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğu
Fransa və İtaliyanı birləşdirən dəmir yolu tunelinin tikinti meydançası
Bakının Nərimanov rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəti
Xəbər verdiyimiz kimi, iyunun 6-da Rusiyanın nəzarətində olan Xerson vilay