Günün qoroskopu: Gəlirlər, dəyərli hədiyyələr istisna deyil


Digərləri 19 İyn 2023 00:01:00 340 0

Günün qoroskopu: Gəlirlər, dəyərli hədiyyələr istisna deyil

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - gün pis olmasa da, yetərincə narahatdır. Qarşıya qoyulan məqsədlərə çatmaq, yolda yaranan maneə və sədləri dəf etmək asan deyil. Yardım üçün kimə müraciət edəcəyinizi bilmirsiniz. Belə vurnuxmalar, çaş-başlıq sizi narahat edir.

Günün ikinci yarısında emosiyaların əsiri olmayın. Yaxın ətrafınızdakı insanlara meydan oxumayın, aqressiv davranmayın. Belə hərəkətlər yaxşı heç nə vəd etmir. Maliyyə məsələlərini həll etmək, alış-veriş və anlaşmalar üçün əlverişli zaman deyil.

Pulunuzun düşməni olmayın.

Buğa - günün ilk yarısı pis keçməyəcək. Yeni işlərə başlamaq, əvvəl başlanmış işləri bitirmək olar. Təcili həllini tələb edən problemlər asan deyil. Lakin sınanmış müttəfiqlər, etibarlı dostlar yardımlarını əsirgəməyəcəklər.

İşgüzar duyumunuz iti olsun. Bizneslə bağlı qərarlarda kobud səhvlərə yol verməyin.

Günün ikinci yarısı problemlərin sayını artıracaq. Şəxsi münasibətlər zəminində çətinliklər yarana bilər. Axşam saatlarına yaxın hadisələr sizin əminlik və nikbinliyinizi azalda bilər. Yanınızda sizi dəstəkləyəcək insan olarsa, pis deyil.

Əkizlər - önəmli və yaxşı gündür. Ciddi maliyyə problemlərini həll etmək, peşəkar fəaliyyət müstəvisində köklü dəyişikliklərə nail olmaq mümkündür.

İşdə karyera barədə düşünün. Bir qədər səy göstərsəniz, arzuladığınız işə nail olacaqsınız. Daşınmaz əmlak və ya kommersiya ilə məşğul olursunuzsa, sərvaxt davranın.

Günün ikinci yarısında şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri artacaq. Amma yeniliklər o qədər də önəmli deyil. İrəliləmək istəyirsinizsə, təşəbbüskar, inadkar olun.  

Xərçəng - ağır gündür. Ciddi səylər tələb edən mühüm və ağır işləri təxirə salsanız, müdrik davranarsınız. İzafi diqqət tələb edən məsələlərdə yanlışlıq şansı çoxdur. Ağır işlər nə qədər az olarsa, özünüzü bir o qədər yaxşı hiss edəcəksiniz. Cari və rutin məsələlərin bəzilərinin həllini yaxın ətrafınızdakı insanlara həvalə etmək olar.

Günün ikinci yarısında səbirsiz, inadkar, qıcıqlı olmayın. Sonradan bu günün hadisələrini təhlil edəndə özünüzə təəccüblənə bilərsiniz. Çünki bugünkü davranış sizə xas deyil.

Amma çox qəmlənməyin. Hər halda məhz sərt olmağınız bəzilərinin boşboğazlığına son qoya bilər.  

Şir - sayıq olun. Xırdalıqlarla detallara fikir verin. Ətrafınızdakı insanların diqqət vermədikləri faktları nəzərdən qaçırmayın. Son vaxtlar yaşamınızda baş verən xoşagəlməz hadisələrin real məzmununu anlamaq imkanları yaranıb. Prioritetlərlə dəyərləri saf-çürük edin. Yeni maraqlar formalaşa bilər.

Günün ikinci yarısında işgüzar səfər və ya səyahət pis alınmayacaq. Peşəkar fəaliyyət müstəvisində yaranan problemləri həll etməkdə sizə yardımçı olacaq insanlar tapın. Şəxsi münasibətlərdə müsbət dəyişikliklər ehtimalı azdır.

Qız - maraqlı, uğurlu və parlaq gündür. İşdə irəliləyişə nail ola bilərsiniz. Maliyyə məsələlərində sərvaxt olun, yaranan şanslardan maksimum istifadə edin. İşgüzar danışıqlar pis keçməyəcək. Opponentlərinizin dəyişməz mövqe tutduqlarını düşünsəniz də, mövqelərinizdən geri çəkilməyin.

İntuisiyanıza güvənin. Hisslərə qapılmayın, emosiyaların təsiri altında hərəkət etməyin. Belədə dəyər verdiyiniz insanla münasibətləri bərpa edə bilərsiniz. Bilik və informasiyaların artırılması üçün pis vaxt deyil. Əldə etdiyiniz məlumatdan bəhrələnin.

Tərəzi - fəaliyyətdə ehtiyatlı olun. İşlərdəki problemlər məzmun baxımından ciddidir. Onları təkbaşına çözəndə səy göstərməli olacaqsınız. Etibar etdiyiniz insan yanınızda deyil. Şübhəli avantüralara qatılmayın. İntriqa və risklərdən uzaq olun.

Həddən ziyadə şübhəli olsanız, dostlar və tərəfdaşlarla münasibətlərinizdə sərinlik yarana bilər. Nüfuzlu insanlarla təmaslar üçün münasib gün deyil. Ciddi məsələlərin müzakirəsini ertələyin.

Əqrəb - çətinliklərdən xali olmayan gündür. Lakin ruhdan düşməyin, bədbinliyə qapılmayın. Sizi maraqlandıracaq işlər, həllini tələb edən yeni məsələlər tapın. Pis fikirləri unudun. İşgüzar danışıqlar pis keçməyəcək, məhsuldar olacaq. Mövqeləriniz barədə qarşı tərəfə təfərrüatlı şəkildə bəhs edin.

Günün ikinci yarısında yenilikləri əxz etməyi, biliklərinizi genişləndirməyi, təcrübənizi artırmağı unutmayın. Karınıza gələ biləcək məlumat alacaqsınız. Səfər və ya səyahət uğurlu olacaq. Yeni təəssüratlar sizi real addımlara və qəti qərarlara sövq edir.

Çoxdan bəri planlaşdırdığınız işi həyata keçirməyə başlayın.

Oxatan - səhər saatları mühüm işlər, önəmli görüşlər və danışıqlar üçün münasibdir. Tərəddüd etmədən irəliləyin, məqsədə çatmağa çalışın. Saatlar keçdikcə müsbət təmayüllərin təsiri artacaq. Problemlərin həllini təxirə salmayın.

Günün ikinci yarısında kiçik problemlər sizdə çaşqınlıq yaratmasın. Bədxahlar sizə çox ağır zərbə vurmaq istəyirlər.

Axşam saatlarına yaxın ünsiyyətlərdə sayıq olun. Təmaslarda sərvaxt davranın, ehtiyatı əldən verməyin.

Səmimiyyət, açıqlıq və sözü üzə demək yanlış dəyərləndirilə bilər.

Oğlaq - yeni işlərə başlamaq üçün əlverişli zamandır. Yaradıcıldıq potensialının səviyyəsi yüksəkdir. Yeni ideyalar az deyil. Niyyətinizi reallaşdırmaq üçün yaxşı imkanlar var.

Lider məziyyətlərinizi nümayiş etdirin. Yaxın ətrafınızdakı insanlar sizə can atacaqlar. Uğurlu, fəal, qətiyyətli olun.

Günün ikinci yarısında münasibətlər maraqlı və dolğun ola bilər. Həyatınızda xeyli əvvəl yaşanmış hadisənin əks-sədasını hiss edəcəksiniz.

Şübhələr və nigaranlıq əhvalınızı korlamamalıdır.

Dolça - gün sizi mürəkkəb problemlərlə qarşılaşdırsa da, onların öhdəsindən gələcəyinizə şübhə etməyin. Köhnə dostlar, yeni tanışlara yardım üçün müraciət etsəniz, yanılmayacaqsınız. Ağıllı olun, emosiyalara uymayın.

Bədxahlardan biri xəbəriniz olmadan sizi smartfonu ilə çəkə bilər. Onun niyyəti çirkin və məkrlidir.

Gəlirlər, dəyərli hədiyyələr istisna deyil.

Günün ikinci yarısı dostlarla görüş, həmkarlarla qeyri-rəsmi şəraitdə ünsiyyət üçün pis deyil. Romantik münasibətlərlə bağlı tələskənliyə yol verməyin. Bu sahədə uğur gözləməyin.

Axşam saatlarında ailədə kəskin mübahisə yarana bilər.

Balıqlar - səhər saatlarında çətinliklər yarana bilər. Lakin saatlar keçdikcə müsbət təmayüllərin təsiri artacaq. Mahiyyət etibarilə uğurlu gündür. Qətiyyətli olun, qarşınıza qoyduğunuz məqsədlərdən geri çəkilməyin. Hətta ən çətin, mürəkkəb situsiyada yolunuzdan sapmayın.

Günün ikinci yarısında düşünülməmiş addımlar atmayın. Əvvəlcədən hazırlanmış plana riayət edin.

Axşam saatlarına yaxın müsbət emosiyalar olacaq. Yaxşı xəbərlər alacaqsınız. Bəzi hadisələr sizi mühüm addımlar atmağa vadar edəcək. Yaxınlarla dil tapmaq çətin olsa da, ciddi münaqişə və qarşıdurmaların səbəbkarı olmayın.

Son.az

İyulda üzü güləcək 3 BÜRC  Pula pul deməyəcəklər like
  • 18 İyn 23:53  
Digərləri İyulda üzü güləcək 3 BÜRC Pula pul deməyəcəklər

Astroloqların fikrincə iyul ayı bəzi bürclər üçün xüsusi bolluq və b�

arrow Ətraflı
Kaxovka SESin partladılması nəticəsində ölənlərin sayı artıb like
  • 18 İyn 23:44  
Dünya Kaxovka SESin partladılması nəticəsində ölənlərin sayı artıb

Ukraynanın Kaxovka Su Elektrik Stansiyasının (SES) partladılması nəticəsi

arrow Ətraflı
Yuxusuzluqdan əziyyət çəkənlər bunu oxusun like
  • 18 İyn 23:35  
Digərləri Yuxusuzluqdan əziyyət çəkənlər bunu oxusun

Bir çoxları yuxu üzünə həsrət qalmaqdan şikayətlənir. İnsanlar daha

arrow Ətraflı
Ağdərədə 24 nəfər köməksiz qaldı  YENİLƏNİB like
  • 18 İyn 23:27  
Digərləri Ağdərədə 24 nəfər köməksiz qaldı YENİLƏNİB

Xızıda sel səbəbindən 24 nəfər köməksiz vəziyyətdə qalıb.

arrow Ətraflı
İranda həbs olunan Fərid Səfərli danışdı: "Heç bir günahm yoxdur" like
  • 18 İyn 23:23  
Siyasət İranda həbs olunan Fərid Səfərli danışdı: "Heç bir günahm yoxdur"

İranda casusluq ittihamı ilə həbs olunan Fərid Səfərlidən xəbər var.

arrow Ətraflı
Xalq artistindən SƏMİMİ ETİRAF: "Bəxt üzüyü"nə baxmamışam"  VİDEO like
  • 18 İyn 23:05  
Kriminal Xalq artistindən SƏMİMİ ETİRAF: "Bəxt üzüyü"nə baxmamışam" VİDEO

"Əvvəl onu tamaşa kimi oynamışam. Ramiz Əzizbəyli iə film çəkilə

arrow Ətraflı
Yeni terminal iyul ayının 20də istifadəyə veriləcək – Cevdet Yılmaz like
  • 18 İyn 22:56  
Dünya Yeni terminal iyul ayının 20də istifadəyə veriləcək – Cevdet Yılmaz

Şimali Kipr Türk Respublikasındakı (KKTC) Ercan Hava Limanının yeni termin

arrow Ətraflı
Dünyanın ən bahalı blogeri o olacaq like
  • 18 İyn 22:48  
Digərləri Dünyanın ən bahalı blogeri o olacaq

"Spotify" Meqan Markl və şahzadə Harri ilə müqaviləni ləğv e

arrow Ətraflı
Yağıntılı hava şəraiti iyunun 21dək davam edəcək like
  • 18 İyn 22:39  
Digərləri Yağıntılı hava şəraiti iyunun 21dək davam edəcək

Qeyri-sabit, yağıntılı hava şəraiti iyunun 21-i gündüzədək davam edəc

arrow Ətraflı
Horadizdən Ordubada 166 kilometrlik yeni dəmir yolu çəkiləcək  Uraloğlu like
  • 18 İyn 22:30  
Siyasət Horadizdən Ordubada 166 kilometrlik yeni dəmir yolu çəkiləcək Uraloğlu

Orta Dəhlizin səmərəliliyinin artması ilə Xəzər dənizində Azərbaycanl

arrow Ətraflı
Hacı Şahin Həsənlinin qızı məzun oldu  FOTO like
  • 18 İyn 22:00  
Digərləri Hacı Şahin Həsənlinin qızı məzun oldu FOTO

Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin böyük qızı Fatimə bu gün m

arrow Ətraflı
İranın keçmiş prezidentinə cinayət işi açıldı like
  • 18 İyn 21:49  
Digərləri İranın keçmiş prezidentinə cinayət işi açıldı

İranın sabiq prezidenti Həsən Ruhani barəsində cinayət məcəlləsinin ik

arrow Ətraflı
Türkiyədə zəlzələ olub like
  • 18 İyn 21:38  
Digərləri Türkiyədə zəlzələ olub

Türkiyədə zəlzələ olub.

arrow Ətraflı
Günlərdir axtarılan 3 əcnəbi vətəndaşın cəsədi soyuducudan TAPILDI  FOTO like
  • 18 İyn 21:30  
Digərləri Günlərdir axtarılan 3 əcnəbi vətəndaşın cəsədi soyuducudan TAPILDI FOTO

Türkiyənin İzmir şəhərində dəhşətli haidsə yaşanıb.

arrow Ətraflı