Partlayışda xəsarət alan ana və övladları
Digərləri 17 İyn 2023 21:00:00 337 0
Bu gün axşam saatlarında Şəkidə evdə partlayış baş verməsi səbəbindən ana və 2 azyaşlı övladı ağır yanıq xəsarətləri alıb.
Bu xəbəri də oxu: Çay və qəhvə: Hansı daha zərərlidir?
Son.az xəbər verir ki, bizim.media Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupuna istinadən bildirir ki, partlayış hadisəsi Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində yerləşən fərdi yaşayış evində qaz sızması nəticəsində baş verib.
Hadisə zamanı yanıq xəsarətləri alan 2000-ci il təvəllüdlü Şəlalə Yusifova və onun 2 azyaşlı övladı müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Xəsarət alanlar yaxınlarının köməyi ilə Şəki Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər onlara ilkin tibbi yardım göstərib.
Xəstəxananın təcili tibbi yardım şöbəsinin bölmə müdiri Yeganə Quliyeva bildirib ki, hər üç şəxsin vəziyyətləri nəzərə alınaraq, müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki Nəriman Nərimanov adına xəstəxananın yanıq şöbəsinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Ermənistan-Azərbaycan arasında vəziyyətin gərginləşməsində maraqlı ol
Bermud üçbucağı Atlantik okeanında Florida ştatı (ABŞ), Puerto Riko və
Vaşinqton Ukraynanın NATO-ya üzvlüyünü asanlaşdırmayacaq.
Əməkdar artist Nailə İslamzadə Rusiyaya yollanıb.
1980-ci illərdə ifa etdiyi mahnılarla tanınan türkiyəli müğənni Mətin
Danimarka Ukraynaya döyüş təyyarələrinin təhvil verilməsinə dəstək ve
Xalq artisti Emin Ağalarov məşhur amerikalı aktyor Stiven Siqalla görüşü
Eşq elə bir sirdir ki, gətirmək olmur dilə, lakin örtmək də olmur onu mi