Polşa CAR prezidentinin təyyarəsini Rusiyaya buraxmadı QALMAQAL
Dünya 17 İyn 2023 21:21:00 294 0
"South African Airways" şirkətinin içərisində təhlükəsizlik işçiləri və CAR prezidenti Siril Ramafosanın nümayəndə heyətinin yerləşdiyi təyyarəsi Varşavadan Sankt-Peterburqa uçmağa icazə almayıbmış.
Bu xəbəri də oxu: Suriyada "Milad bayramı" qeyd ediləcək?
Son.az musavat.com-a istinadən bildirir ki, bu barədə Cənubi Afrikanın News24 portalı məlumat yayıb.
Məlumata görə, layner iyunun 15-də Varşavaya gəlib. Həmin vaxtdan bir gündən çox müddətdə təyyarənin uçmasına icazə verilməyib və o, Pretoriyaya qayıtmağa məcbur olub.
CAR prezidenti Siril Ramafosa Varşavaya ayrı bir təyyarə ilə gəlib. Saxlanılan təyyarədə olan mühafizəçilər prezident təhlükəsizliyini təmin edəcəkdilər.
Polşa tərəfi mühafizəçilərin 12 (digər mənbələrə görə 13) qutu silahı boşaltmağa çalışdıqlarını təsbit ediblər. Nəticədə Polşa gömrükçüləri heç kimin təyyarəni tərk etməsinə icazə verməyib.
Polşa Xarici İşlər Nazirliyinin məlumatına görə, təyyarədə ölkəyə gətirilməsinə qadağa qoyulan təhlükəli materiallar olub. Həmin materialların nə olduğu açıqlanmır.
Qeyd edək ki, Ramafosa Afrika ölkələrinin sülhməramlı missiyası çərçivəsində bu günlərdə Ukrayna və Rusiyaya səfər edir.
Bu gün axşam saatlarında Şəkidə evdə partlayış baş verməsi səbəbind
Ermənistan-Azərbaycan arasında vəziyyətin gərginləşməsində maraqlı ol
Bermud üçbucağı Atlantik okeanında Florida ştatı (ABŞ), Puerto Riko və
Vaşinqton Ukraynanın NATO-ya üzvlüyünü asanlaşdırmayacaq.
Əməkdar artist Nailə İslamzadə Rusiyaya yollanıb.
1980-ci illərdə ifa etdiyi mahnılarla tanınan türkiyəli müğənni Mətin
Danimarka Ukraynaya döyüş təyyarələrinin təhvil verilməsinə dəstək ve