Muzey Mərkəzinin Sərgi Qalereyasında “Arif Hüseynov 80” “Qrafika” adlı fərdi sərgi açıldı FOTO


Kriminal 07 İyn 2023 20:35:00 257 0

Muzey Mərkəzinin Sərgi Qalereyasında “Arif Hüseynov 80” “Qrafika” adlı fərdi sərgi açıldı  FOTO

XX əsrin son qərinəsini və XXI yüzillyin ilk iyirmi ilini əhatə edən Azərbaycan sənətinin inkişaf mərhələsində möhkəm yer tutan qrafiklərdən birinin Xalq rəssamı Arif Hüseynov (1943) olması danılmazdır. Bunu şərtləndirən başlıca səbəblərdən birinin onun müxtəlif mövzulu və janrlı qrafik əsərlərində ənənə ilə müasirliyi qovuşdura bilməsi və bunun sayəsində yaratdıqlarını məkansızlığa və zamansızlığa qovuşdura bilməsidir. Dəzgah və kitab qrafikası sahəsində ərsəyə gətirdiyi əsərlərində müxtəlif qrafika texnikalarına müraciət etməklə, əksər hallarda fəlsəfi tutumlu bu lövhələrin həm də məna-məzmun çoxqatlılığına nail olan rəssamın onların cəlbedicilikdən düşündürücülüyə qədər uzanan bədii şərhlə gerçəkləşdirilməsinə şahidlik etmək olar. Buna onun bu gün ictimailəşən "Qrafika" sərgisinin ekspozisiyasına daxil edilmiş əsərlərin timsalında əmin olmaq mümkündür.

Etiraf edək ki, hələ tələbəlik illərindən başlayaraq özünü jurnal qrafikasında sınamağa başlayan və bu yöndə axtarışlarını bu günə kimi davam etdirən Arif Hüseynovun ədəbi mətnə bədii münasibətinin onun "tanınma nişanı"na çevrilməsi danılmazdır. Bu mənada müəllifin bütün yaradıcılığı boyu N.Gəncəvi, M.Füzuli, İ.Nəsimi, H.Cavid, M.Ə.Sabir, M.Gəncəvi, R.Rza, A.Səhət, S.Vurğun, Ə.Kürçaylı, A.Məsud və b. milli söz xiridarları ilə yanaşı, H.K.Andersen, L.N.Tolstoy və b. xarici ölkə müəlliflərinin verdiyi bədii tərtibatları, çəkdiyi illüstrasiyaları qeyd etmək lazımdır.

Onun təkcə ədəbi nümunəlrlə məhdudlaşmayan yaradıcılığında uzaq-yaxın tariximizi, o cümlədən Qarabağ mövzusunu, aşıq yaradıcılığını, nağıllar dünyasını özündə ehtiva edən cəlbedici - ovsunlayıcı maraqlı əsərlər mövcuddur.

Tamaşaçılara tədim olunan ekspozisiyada Arif Hüseynovun üslib-dəstixətt evolyusiyasını izləmək mümkündür. Bu mənada bütün yaradıcılığı boyu fərdi ifadə tərzinin milli ruha bələnməsinə səy göstərən müəllifin miniatür üslubuna özünəməxsus münasibətinin da qabarıq göründüyü həmin lövhələrin şöhrətinin çoxdan ölkə sərhədlərini aşması isə ilk növbədə Azərbaycan qrafikasının tanınmasını şərtləndirmişdir.

Rəssamın vaxtaşırı qazandığı sənət uğurları müxtəlif qurumlar tərəfindən yüksək dəyərləndirilmişdir. Rəssamın "Bakılı" cəmiyyətinin təsis etdiyi beynəlxalq "Humay" mükafatına(1995) layiq görülməsi, ona əvvəlcə Azərbaycan Respublikasının əməkdar rəssamı (1992), sonra isə Azərbaycan Respublikasının xalq rəssamı (2006) fəxri adlarının verilməsi, 2008-ci ildən isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olması bunun göstəricisidir. Hazırda Arif Hüseynovun dəzgah və kitab qrafikası sahələrində yaratdığı müxtəlif mövzulu əsərlər Bakı və Moskvanın nüfuzlu muzeylərini, yerli və xarici kolleksiyaların saxlanclarını bəzəyir...

Əlavə edək ki, "Qarafika" sərgisinin ekspozisiyasında rəssamın nəvəsi - tanınmış fırça ustası Orxanın qızı Dilbər Hüseynin də rəsmləri nümayiş etdirilir. Başqa sözlə desək, Hüseynovlar ailəsində başlanan bədii ənənə bu gün də uğurla davam etdirilməkdədir...

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az

Bakıxanov qəsəbəsində çoxmərtəbəli binada YANĞIN  FOTO like
  • 07 İyn 20:34  
Digərləri Bakıxanov qəsəbəsində çoxmərtəbəli binada YANĞIN FOTO

Paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində "Uğur-2" ya�

arrow Ətraflı
TBMMnin yeni sədri açıqlandı like
  • 07 İyn 20:22  
Digərləri TBMMnin yeni sədri açıqlandı

Türkiyənin iqtidarda olan Ədalət və İnkişaf Partiyasının (AK Parti) sə

arrow Ətraflı
Murad Dadaşovun bu halı görənləri təəccübləndirdi  FOTO like
  • 07 İyn 20:17  
Şou-biznes Murad Dadaşovun bu halı görənləri təəccübləndirdi FOTO

Tanınmış şoumen, "Xəzər TV"nin direktoru Murad Dadaşov yeni pay

arrow Ətraflı
Məşhəddə tanınmış mollanı bıçaqladılar like
  • 07 İyn 19:54  
Digərləri Məşhəddə tanınmış mollanı bıçaqladılar

İranın Məşhəd şəhərində Seyid Hüseyn Abuzəri adlı mollaya sui-qəsd

arrow Ətraflı
Mətanətlə Zülfiyyə arasında gərginlik like
  • 07 İyn 19:32  
Şou-biznes Mətanətlə Zülfiyyə arasında gərginlik

Müğənni Mətanət Əsədova ilə vəkil Zülfiyyə Bayramova arasında gərgi

arrow Ətraflı
Sloveniyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib like
  • 07 İyn 19:27  
Siyasət Sloveniyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Sloveniya Respublikasının Prezidenti Nataşa Pirç Musar Prezident İlham Əli

arrow Ətraflı
Ermənistan və Azərbaycan üçün ilk dəfə olaraq sülh əlçatandır like
  • 07 İyn 19:21  
Siyasət Ermənistan və Azərbaycan üçün ilk dəfə olaraq sülh əlçatandır

Ermənistan və Azərbaycan arasında təxminən otuz ildir davam edən silahlı

arrow Ətraflı
FHN: Ötən sutka 46 yanğına çıxış olub, 15 nəfər xilas edilib like
  • 07 İyn 18:59  
Digərləri FHN: Ötən sutka 46 yanğına çıxış olub, 15 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən

arrow Ətraflı
Türkiyənin ən gözəl aktrisası seçildi like
  • 07 İyn 18:48  
Digərləri Türkiyənin ən gözəl aktrisası seçildi

İngiltərədən maliyyələşən, lakin Türkiyədə dərc olunan bir jurnal il

arrow Ətraflı
Hacı Nuranı “Əzrayıl” adlandırdı like
  • 07 İyn 18:37  
Şou-biznes Hacı Nuranı “Əzrayıl” adlandırdı

Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad Hacıyev valideynlərinin evlil

arrow Ətraflı