Beynəlxalq Muğam Mərkəzində “Üç nəsil bir konsert” adlı musiqi axşamı təqdim olundu
Kriminal 07 İyn 2023 19:12:00 319 0
Beynəlxalq Muğam Mərkəzində "Üç nəsil - bir konsert" adlı musiqi axşamı təqdim olundu.
Bu xəbəri də oxu: Paylaşdığı videolara görə saxlanıldı
Gecədə Xalq artisti Rasim Abdullayev (violonçel), Ülviyyə Abdullayeva (fortepiano) və Anastasiya Mişula (violin) çıxış etdilər.
Konsert eyni ailədən olan üç nəsil musiqiçinin səhnədə görüşməsi ilə yanaşı, Ülviyyə Abdullayeva ilə İspaniya rəssam və heykəltəraşı Nani Boronatın 2017-ci ildə əsasını qoyduqları "Centinelas" ("Mühafizəçilər") adlı layihənin davamıdır. Layihənin emblemində Azərbaycan və ispan mədəniyyətinin iki memarlıq simvolu kimi Bakıdakı Şirvanşahlar Sarayı və Qranadadakı Əlhambra Sarayı seçilib.
Layihə üzrə ilk konsert 2022-ci ilin may ayında Münxendə (Almaniya) keçirilib. Həmin layihədə İspaniyadan Manuel de Falla, Enrike Qranados və İsaak Albenisin, Azərbaycandan isə Qara Qarayev və Günay Mirzəyevanın əsərləri səsləndirilmişdi. BMM-də təqdim edilən "Üç nəsil -bir konsert" adlı layihə bu silsilədən Bakıda ikinci konsert sayıla bilər. Amma bu dəfə Nani Boronatın səhnə heyəti olmadan. Beləliklə, pianoçu Ülviyyə Abdullayeva öz doğma şəhərində "Əlhambradan Şirvanşahlara qədər" layihəsi üçün yeni material təqdim etmək təşəbbüsünü, məsuliyyətini və meyarlarını öz üzərinə götürərək yeni bir proqram təqdim etdi. Layihə məşhur violonçel ifaçısı Rasim Abdullayev qızı Ülviyyə Abdullayeva və nəvəsi Anastasiya Mişula ilə əməkdaşlıq nəticəsində genişləndirilmiş və zənginləşdirilmiş yeni repertuardır. Pianoçu Bakıda olduğu müddətfə Nani Boronatla birlikdə "Əlhambradan Şirvanşahlara qədər" layihəsinin modelləşdirilməsini davam etdirmək üçün doğma mədəniyyətinin estetik materialını toplamaq niyyətindədir. Konsertdə Q. Qarayev, A. Qlazunov, O. Zülfüqarov, S. Raxmaninov, A. Piazolla və digər bəstəkasrların əsərlərinə müraciət edildi.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən
İngiltərədən maliyyələşən, lakin Türkiyədə dərc olunan bir jurnal il
Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad Hacıyev valideynlərinin evlil
"Bayağı mahnılar həmişə olub, olacaq da. Amma o vaxt bayağı mahnıl
Binə qəsəbəsi, Atçılıq yaşayış massivinin sakinləri əraziyə avtobus
Jony ləqəbi ilə Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı
Cənubi Afrikada mürəkkəb davranış qabiliyyəti olmayan "Homo naledi&q
"Sizə danışım Süleyman Vəzirov küçəsindən. Artıq neçə ildir bu
Şamaxıdan Bakıya xeyir iş üçün gedən böyük bir ailə həlak olub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Vladimir Zelens
İstedadlı bəstəkarları, vokalçıları və orijinal janrda calışan zövgl
Lerik rayonunun Hamarmeşə kəndinin Qoqaçöl məhəlləsində yaşayan 15 ail