“Deyirdi ki, sevgi mahnılarımın ünvanı Sədaqət xanımdır, ölənə qədər onu sevdi...”
Şou-biznes 07 İyn 2023 18:15:00 273 0
"Bayağı mahnılar həmişə olub, olacaq da. Amma o vaxt bayağı mahnılar yalnız kasetlərdə, disklərdə idi. Vaxt olub ki, bu gün bəh-bəhlə təqdim etdikləri xalq artistlərini efirlərə buraxmayıblar. Bədii şura icazə verməyib. O insanlar zamanla öz üzərlərində işləyiblər, repertuarlarını zənginləşdiriblər. Daha sonra efirlərə çıxıblar. Hansı kanalı açırsan, bayağı müğənni və ifadır. Təbii ki, istisnalar da var. Tamaşaçılar da bəzi hallarda günahkardır. Tamaşaçı o müğənnini, ifanı sevməsə onu kim efirə dəvət edər? Bəzən də tamaşaçıda günah görmürəm. Televiziya böyük təbliğat maşınıdır, öncə o seçməlidir ki, efirə kimi dəvət edir".
Bu xəbəri də oxu: "Robotla evlənərdim, qadınla YOX" VİDEO
Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış müğənni Nazim Pişyari deyib.
"Pişyari mənim soyadımdır. Çox vaxt sual doğurur ki, İranlısınız? Cənubi Azərbaycanlısız? Mən əslən Lənkəranlıyam, orada anadan olmuşam. İran əsilli bir soyaddır. Faytonçu mənim ləqəbimdir. Akif İslamzadə ilə mənim dostluq əlaqələrim var. Bir dəfə mənə dedi ki, "Nazim, nə yaxşı xalq sənə bu adı verib?". Dedi ki, "bu addan, ləqəbdən qıcıqlanma, əladır". Əslində çox az sayda sənət adamları ilə dostluq edirəm. Düşünürəm ki, dost mənim ailəmdir. Bir araya gələ bilərik, hansısa əsəri oxuyanda məsləhət ala bilərəm, amma nadir seçilən adamlarla dostluq edirəm. Bu da mənim xasiyyətimdir", - deyə müğənni bildirib.
Nazim Pişyari xalq artisti Rafael Dadaşovun onun üçün bir neçə mahnı yazdığını bildirib.
"Rafael Dadaşov mənim üçün bir neçə mahnı yazıb. O çox dostcanlı, mülayim, qayğıkeş bir insan idi. Onunla ilk işimiz "Faytonçu" mahnısı olub. Ondan sonra "Yuxu", "Bu şəhərdə" , "Dön geri" və s. mahnılar yarandı. Ən çox onun sözlərinə mahnıları mən oxumuşam. Bir dəfə ondan soruşdum ki, "bu qədər məhəbbətdən yazırsınız, yəqin ki, bunlar ünvansız ola bilməz, bu mahnılar kimə ünvanlanıb?". Dedi ki, "əlbəttə ki, Sədaqət xanıma". Rafael Dadaşov dünyasını dəyişdiyi günə qədər o xanımı sevdi. O bu gün dünyada olmasa da, yazdığı sözlər, əsərlər mənim mahnılarımda yaşayır", - deyə sənətçi bildirib.
Binə qəsəbəsi, Atçılıq yaşayış massivinin sakinləri əraziyə avtobus
Jony ləqəbi ilə Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı
Cənubi Afrikada mürəkkəb davranış qabiliyyəti olmayan "Homo naledi&q
"Sizə danışım Süleyman Vəzirov küçəsindən. Artıq neçə ildir bu
Şamaxıdan Bakıya xeyir iş üçün gedən böyük bir ailə həlak olub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Vladimir Zelens
İstedadlı bəstəkarları, vokalçıları və orijinal janrda calışan zövgl
Lerik rayonunun Hamarmeşə kəndinin Qoqaçöl məhəlləsində yaşayan 15 ail
Türkiyəli aktrisa Nilsu Berfin Aktaşın həyat yoldaşı Sərdar Sertçelikin
Əfqanıstanda siyasi hakimiyyətə gələn "Taliban" hərəkatı uş
6-7 yaşlı uşaqlara rus dilindən başqa hər sahəyə aid suallar verilir.
Balakəndə fəaliyyətə başlayan KOB dostu rayonda biznesin inkişafına, yen
50 yaşında ana olan supermodel Naomi Kempbellin qızı ilk dəfə obyektivlər
Qarabağda bərpa-quruculuq işləri çox sürətlə davam edir. Əminəm ki, Az