İrəvandan Kremlə zərbə:
Digərləri 07 İyn 2023 13:15:00 280 0
Sanksiya riski ilə əlaqədar Ermənistan, Qazaxıstan və Honq Konq bankları Rusiyadan olan hüquqi şəxslər üçün server, mikrosxem, prosessor, telekommunikasiya avadanlıqları və digər elektronika məhsulları üçün ödənişləri bloklamağa başlayıb.
Bu xəbəri də oxu: Plastik cərrahlar üçün SON GÜN
Son.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb.
Məlumata görə, təchizatçılar elektronikanı digər əmtəə kodları ilə idxal etməyə çalışır, həmçinin alternativ ödəniş üsulları axtarırlar.
Ekspertlərin fikrincə, dost ölkələrin ixrac nəzarətini gücləndirməsi altı ay ərzində Rusiyada bu məhsulların qıtlığına səbəb ola bilər.
"Kommersant"ın elektronika bazarında olan mənbələri bildiriblər ki, son iki həftə ərzində Qazaxıstan, Ermənistan və Honq Konq bankları tərəfindən Rusiya hüquqi şəxslərindən ödənişlərin bloklanması halları ilə qarşılaşırlar.
"Bu, ABŞ-ın Rusiya ilə əməkdaşlıq edən bankları təhdid edən 10-cu sanksiyalar paketinin tətbiqi ilə bağlıdır", - mənbə bildirib.
Bildirilib ki, nəticədə rus şirkətləri kompüter, serverlər, məlumatların saxlanılması sistemləri və digər texnikaların istehsalı üçün vacib olan komponentləri alternativ ticarət kodları altında gətirməyə çalışırlar.
Rusiya hökumətinə yaxın olan digər mənbə nəşrə açıqlamasında deyib ki, ödənişlərin bloklanması yeni nəsil telekommunikasiya avadanlıqlarının, eləcə də məlumatların saxlanılması sistemləri və serverlərin tədarükünə təsir göstərir.
Son.az
Xəbər verdiyimiz kimi, ötən gün gecə saatlarında Nizami rayonu ərazisind
Biz Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bərpa-
Fövqəladə Hallar Nazirliyində kadr islahatları həyata keçirilib.
İyunun 8-nə gözlənilən hava proqnozu açıqlanıb.
"Aile" serialı sezon finalı etdikdən sonra aktyorları istirahətə
Starlink və Azərbaycan peyk internetinin işə salınması barədə danışıq
"Bakı Metropoliteni" QSC-nin sabiq rəisi Tağı Əhmədov ömürlük
Bu gün Quba rayonunda baş verən qəzada ölən şəxslərdən birinin Quba M�
"Gələcək nəsilləri bəyəndiyimiz formada görmək istəyiriksə, 15-1
Türkiyə podratçıları üçün Körfəz ölkələrində yeni əməkdaşlıq i
Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə Milli Təhlük
Bu il Azərbaycanda orta illik inflyasiyanın 10,4 % olması proqnozlaşdırıl�
Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloqer və i�
Arnold Şvarzenegger həyat yoldaşına sədaqətsizlini necə etiraf etməsi ba
Paşinyan Rusiya-Ukrayna savaşında Moskvanın müttəfiqi olmadığını deyir