Biz müttəfiq yox, yardım uman dilənçiyik


Digərləri 07 İyn 2023 10:53:00 256 0

Biz müttəfiq yox, yardım uman dilənçiyik

Paşinyan Rusiya-Ukrayna savaşında Moskvanın müttəfiqi olmadığını deyir, sonra Qriqoryan 10 noyabr 2020-ci il bəyanatının 9-cu bəndindən - Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək yola nəzarətin Rusiya FTX-də olması - imtina etdiyini açıqlayır. Yəni Ermənistan Rusiyanın faktiki olaraq müttəfiqi deyil.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni ekspert Avetis Babacanyanın geniş təhlilində qeyd edilib.

Babacanyan Rusiya-Ukrayna savaşında Moskvanın müttəfiqi olmadıqları barədə Nikol Paşinyanın CNN-ə açıqlamasına vurğu edərək, "Bəs Ermənistan kimin müttəfiqidir?" sualına cavab axtarmağa çalışıb:

"Ümumiyyətlə, kiminsə müttəfiqi olmaq üçün müttəfiqlik anlayışını anlamaq lazımdır. Müttəfiq olmaq üçün sən də nəsə təqdim etməlisən, gücün və bacarığın olmalı, kimsə sıxıntı anında kömək üçün sənə müraciət etməlidir, sən yardım əlini uzatmalısan. Ermənistan hansı ölkəyə bunu edir? Həmişə Ermənistan yardım üçün kiməsə üz tutur, ölkə yetim kimi hamıdan kömək, himayə diləyir. Bu ölkə özünü necə kiminsə müttəfiqi adlandıra bilər?"

O, siyasi dəstək baxımından da Ermənistanın heç vaxt etibarlı müttəfiq olmamasına diqqət çəkib:

"Paşinyanı kim hara çağırırsa, ora da gedir: Putinin dəvəti ilə Qələbə paradına gedir - halbuki bu, Qərbə qarşı demarşdır; Antirusiya ovqatlı Avropa Siyasi Birliyinin sammitinə çağırılır - Kişinyova gedir. Orada Rusiyaya qarşı vahid cəbhə yaratmaq çağırışı edilir və Paşinyan da onlara qoşulur. Bunun ardınca Türkiyəyə Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə qatılmaq üçün Türkiyəyə səfər edir. Belə görünür ki, Paşinyan sabah Türk Dövlətləri Təşkilatının və ya Ərəb Dövlətləri Liqasının konfranslarına dəvət edilsə, məmnuniyyətlə iştirak edəcək. Ermənistanın vahid siyasi xətti yoxdur, ona görə də heç kimin siyasi müttəfiqi deyil".

O xatırladıb ki, Ermənistan Ukrayna savaşında Rusiyanın müttəfiqi olmadığını deyir, ancaq Ukraynaya humanitar yardım da etmir: nə Rusiya qarşısında müttəfiq vəzifəsini yerinə yetirir, nə də kollektiv Qərblə rəmfikir olur:

"Ermənistan əsaslandırmağa çalışır ki, 44 günlük savaşda Rusiya onu dəstəkləmədi, ona görə də Ukrayna savaşında Rusiyanı dəstəkləmir. Amma unudur ki, 44 günlük müharibə məhz Rusiyanın sayəsində dayandırıldı. Ermənistan hökuməti bir az adekvat olsaydı, bəlkə də müharibə 20 gün və ya daha az çəkərdi. 2020-ci il noyabrın 9-da Azərbaycan Ordusu Xankəndiyə girəcəkdi, şəhər boş idi, azərbaycanlılar Xankəndiyə də girsəydilər, indi "Artsax" olmayacaqdı. Rus ordusu ermənilərlə azərbaycanlılar arasında dayandı ki, Azərbaycan Ordusu irəliləməsin. İndi də Ermənistanın sərhədlərini Rusiya qoruyur, Qərbi Zəngəzurda da rus ordusu dayanıb. Yoxsa elə bilirsiniz Əliyev Paşinyandan qorxur, ya Papikyandan, ona görə (dəhlizi almaq üçün - red.) Qərbi Zəngəzura girmir?"

Babacanyan onu da bildirib ki, Ermənistan Ukrayna müharibəsində Rusiyanın müttəfiqi olmadığını deməklə faktiki olaraq Rusiyanın məğlub olmasını istəyir:

"Amma unudur ki, Rusiya məğlub olsa, Ermənistan türkləşəcək".

Saxlanıldığı deyilən Ziyafət Abbasova xəstəxanada imiş like
  • 07 İyn 10:42  
Digərləri Saxlanıldığı deyilən Ziyafət Abbasova xəstəxanada imiş

Sosial şəbəkələrdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Ziyaf�

arrow Ətraflı
Bank Respublika “Sədərək” ticarət mərkəzində yeni filialını açdı! like
  • 07 İyn 10:40  
Digərləri Bank Respublika “Sədərək” ticarət mərkəzində yeni filialını açdı!

Ölkəmizdə sahibkarlığın inkişafına daim dəstək verən Bank Respublika,

arrow Ətraflı
ABBnin bizneslər üçün xidmət paketləri 50 %dək endirimlə like
  • 07 İyn 10:29  
Digərləri ABBnin bizneslər üçün xidmət paketləri 50 %dək endirimlə

Sahibkarların etibarlı tərəfdaşı olan ABB yay mövsümündə onlara yeni f

arrow Ətraflı
Tanınmış aparıcı xanımını belə təbrik etdi like
  • 07 İyn 09:27  
Şou-biznes Tanınmış aparıcı xanımını belə təbrik etdi

Aparıcı Emil Şahzadə xanımı ilə bağlı paylaşım edib.

arrow Ətraflı
İki qonşu dava etdi, like
  • 07 İyn 08:59  
Kriminal İki qonşu dava etdi,

Bakının Nizami rayonunda bıçaqlanma qeydə alınıb.

arrow Ətraflı
Dünyanın ən bədbəxt ölkələrinin siyahısı like
  • 07 İyn 08:53  
Digərləri Dünyanın ən bədbəxt ölkələrinin siyahısı

Ötən ilin nəticələrinə əsasən, Zimbabve, Venesuela və Suriya dünyanın

arrow Ətraflı
QƏRAR VERİLDİ: İsveç PKKçıları Türkiyəyə verir like
  • 07 İyn 08:47  
Dünya QƏRAR VERİLDİ: İsveç PKKçıları Türkiyəyə verir

İsveç Ali Məhkəməsi PKK tərəfdarının Türkiyəyə ekstradisiyasına qə

arrow Ətraflı
Zelenskidən şok rəqəm: 81 min itkiləri var! like
  • 07 İyn 08:40  
Dünya Zelenskidən şok rəqəm: 81 min itkiləri var!

Ukrayna Silahlı Qüvvələri Baxmutda "Vaqner"in 21 min döyüşçüs

arrow Ətraflı
Bu yollarda sıxlıq var  SİYAHI like
  • 07 İyn 08:33  
Digərləri Bu yollarda sıxlıq var SİYAHI

Bakıda bir sıra yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

arrow Ətraflı
Tapılan qız meyiti görün kimin imiş  120 gündür ki, axtarılırdı like
  • 07 İyn 08:26  
Dünya Tapılan qız meyiti görün kimin imiş 120 gündür ki, axtarılırdı

Adıyamanda 6 fevral zəlzələsinin dağıntılarının təmizlənməsi işlər

arrow Ətraflı
Kris Kristi ABŞ prezidentliyinə namizədliyini irəli sürüb like
  • 07 İyn 08:19  
Dünya Kris Kristi ABŞ prezidentliyinə namizədliyini irəli sürüb

Nyu-Cersi ştatının keçmiş qubernatoru Kris Kristi Respublikaçılar Partiya

arrow Ətraflı
Kılıçdaroğlunun yerində olsam, istefa verərdim  Oğan like
  • 07 İyn 08:12  
Dünya Kılıçdaroğlunun yerində olsam, istefa verərdim Oğan

CHP lideri Kamal Kılıçdaroğlunun yerində olsaydım, istefa verərdim.

arrow Ətraflı
Finlandiya Rusiya səfirliyinin 9 əməkdaşını ölkədən çıxarır like
  • 07 İyn 08:07  
Dünya Finlandiya Rusiya səfirliyinin 9 əməkdaşını ölkədən çıxarır

Finlandiya Rusiya səfirliyinin 9 əməkdaşını Helsinkidən göndərmək niyy

arrow Ətraflı
Makrona məxsus restoranın yaxınlığında gərginlik like
  • 07 İyn 08:00  
Dünya Makrona məxsus restoranın yaxınlığında gərginlik

Fransada pensiya islahatına qarşı ümummilli etiraz nümayişi keçirilir.

arrow Ətraflı