"Azərbaycan burada böyük töhfə verə bilər"
Digərləri 07 İyn 2023 07:38:00 267 0
Çexiya Azərbaycanla dəmir yolu sahəsində əməkdaşlığın inkişafını səbirsizliklə gözləyir.
Bu xəbəri də oxu: Astanadakı səfirliyimizin önünə gül dəstələri düzüldü FOTO
Bunu Trend-ə müsahibəsində Çexiyanın sənaye və ticarət naziri Yozef Sikela deyib.
"Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycan hissəsinin tikintisi Çexiya şirkətlərinin bu layihədə iştirakının pik nöqtəsi oldu. Layihədə Çexiyadan 10-a yaxın şirkət iştirak edib. Bu, bizim iqtisadiyyatlar üçün əhəmiyyətli bir layihə idi. Və bu gələcəkdə oxşar layihələrin inkişafı üçün yaxşı əsasdır", - deyə o bildirib.
Nazir qeyd edib ki, ümumiyyətlə, son illər iki ölkə arasında biznesin həcmi xeyli artıb
"Azərbaycandan Çexiyaya ixracda böyük artım olub - 145 faiz. Çexiyanın Azərbaycana ixracı bir qədər aşağı, təxminən 50 faiz artıb. Azərbaycanın iqtisadiyyat naziri və energetika naziri ilə görüşlərimizdə razılaşdıq ki, biz həmfikir ölkələrik, oxşar dəyərləri paylaşırıq və qarşılıqlı işgüzar əlaqələri genişləndirməkdə davam etmək istəyirik", - deyə nazir bildirib.
Onun sözlərinə görə, Çexiya həmçinin Azərbaycandan qaz tədarükünə dair Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə orta və uzunmüddətli müqavilələr bağlamağa çalışır.
"İlk növbədə, Çexiya Azərbaycan qazına çıxış əldə etməkdə maraqlıdır. Ölkəniz artıq Avropada etibarlı enerji təchizatçısı kimi tanınır. İndi biz 10 ay ərzində Rusiyadan tədarüklərimizi sıfıra endirməyi bacardığımız üçün təchizat zəncirimizi yenidən qururuq. Bizim artıq mövcud olan müsbət əməkdaşlığı nəzərə alsaq, Azərbaycan burada böyük töhfə verə bilər", - deyə Y.Sikela bildirib.
O həmçini qeyd edib ki, Azərbaycanın ekoloji cəhətdən təmiz hidrogen və ekoloji cəhətdən təmiz ammonyak istehsalı sahəsində böyük potensialı var. Burada Çexiya şirkətləri öz təcrübələri ilə böyük töhfə verə bilərlər.
"Azərbaycan rəsmiləri ilə danışıqlarımız zamanı biz rəhbər komitənin növbəti iclasının Bakıda keçirilməsi barədə razılığa gəldik və gələcək əməkdaşlıq imkanlarını müzakirə etmək üçün Çexiya iş adamlarından ibarət böyük nümayəndə heyətini özümüzlə gətirməyi planlaşdırırıq", - deyə Y.Sikela bildirib.
Nazir qeyd edib ki, Azərbaycan tərəfi ilə Çexiyanın dəmir yolu və metro qatarları istehsalçılarından biri arasında əməkdaşlığın qurulması üzrə danışıqlar aparılır.
"Bizim tərəfdən Bakıda yeni metro xətti üçün qatarların tədarükünə böyük maraq var", - deyə o əlavə edib.
Qeyd edək ki, Çexiyanın Azərbaycandan idxalı kərə yağı (Çexiyaya bütün kərə yağı idxalının demək olar ki, 25 faizi), pambıq, quru meyvə və qoz-fındıqdan ibarətdir. Bu ilin birinci rübündə iki ölkə arasında ticarət dövriyyəsi 293 milyon dollar təşkil edib ki, bunun da 270,78 milyon dolları (5,49 faiz) Çexiyaya ixrac, 22,8 milyon dolları isə idxalın (2,81 faiz) payına düşüb.
İlon Mask "Twitter" sosial şəbəkəsinin baş direktoru vəzifəsin
Bir az əvvəl "Andranik" metrostansiyasında bir nəfər Aşot Paşin
Qeyri-sabit hava səbəbindən magistral yollarda görünüş məsafəsi məhdud
Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən verilən xəbərd
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibinin Avropa
Modellikdən aktrisalığa transfer edən 2020-ci ilin Türkiyə gözəli Elif
Aktrisa Miray Daner Seda Sayanın oğlu Oğulcan Enginlə ayrılmasından danı�
Alimlər siqareti tərgitməyin psixi sağlamlığa yaxşı təsir etdiyini aç�
Tanınmış aktrisa Demet Özdemir yeni fotoları ilə diqqət çəkib.
Ceyms Uebb orbital teleskopu Yerdən 12 milyard işıq ili uzaqlıqdakı kainat�
84 yaşlı RSFSR xalq artisti Lidiya Fedoseyeva-Şukşina təcili xəstəxanaya
"WhatsApp" yenilikləri ilə istifadəçiləri sevindirməyə davam ed
Gəncədə 5-ci mərtəbədən yıxılan 12 yaşlı oğlan ölüb.
Hindistanda gənc evli cütlük ürək tutmasından dünyasını dəyişib.