Qopub tökülən “AMAY” ticarət mərkəzi ilə bağlı
Digərləri 06 İyn 2023 16:46:00 243 0
Bu gün Bakının Xətai rayonunda yerləşən "AMAY" ticarət mərkəzinin binasından küçədən keçən vətəndaşın və avtomobilin üzərinə daş parçası düşüb. Nəticədə vətəndaş çiynindən xəsarət alıb və avtomobilə ziyan dəyib.
Bu xəbəri də oxu: O görüntüləri nazirə də göstərdilər
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında bloqer İlkin Babayev məlumat verib.
O qeyd edib ki, "AMAY" ticarət mərkəzinin yerləşdiyi bina potensial ölüm mənbəyidir: "Bina günü-gündən, baxımsızlıqdan sözün əsl mənasında dağılır. Bu gün gözümüzün önündə, şəkildə işarələnən yerdən daş düşərək, altdan keçən adamın çiynini və bir maşını əzdi. Həmin şəxsi ölümdən bir neçə saniyə ayırdı.
Problemlə əlaqədar Fövqəladə Hallar Nazirliyinə müraciət etdik. Nazirlikdən sorğumuza cavab olaraq bildirildi ki, artıq əraziyə baxış keçirilib: "Qeyd olunan obyektə FHN-in mütəxəssisləri tərəfindən baxış keçirilib. Müəyyən olunub ki, binanın divarına vurulan üzlük aqlay daşları qoparaq piyadaların yoluna tökülür. Faktla bağlı aidiyyəti üzrə müraciət ünvanlanıb".
Qeyd edək ki, "AMAY" ticarət mərkəzində eyni zamanda vətəndaşların mütamadi olaraq müraciət etdikləri 2 saylı ASAN xidmət və ABB-nin də filialı yerləşir.
Bu gün prodüser Təranə Səmədovanın növbəti məhkəməsi olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti
İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul ola
Yaradıcı şəxslərin palitrasında daha çox təbiətin rənglərini görmək
Müğənni Natavan Həbibi uzun müddətdən sonra üzə çıxıb.
Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 11-də və daha sonrakı tarixl
Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan və Avropa İttifaqının (A�
Bu gün Xankəndi-Gorus istiqamətində Qarabağ erməniləri arasında xəstəl
Ətraf mühitin mühafizəsinə, atmosfer havasının təmizliyinin qorunmasına
Müğənni Vüsal Hacıyev xanım həmkarı Türkan Vəlizadə ilə bağlı qalm
Ötən gün prodüser və aparıcı Tarix Əliyev paytaxtın dəbdəbəli restor
Son zamanlar bəzi restoranlar müştərilərə kartdan-karta ödənişi təklif
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bakıda yeni inziba