Bakıda zavod rəisi cərimələndi FOTO
Digərləri 06 İyn 2023 14:58:00 243 0
Ətraf mühitin mühafizəsinə, atmosfer havasının təmizliyinin qorunmasına dəstək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən start verilən "Havanı kim çirkləndirir?" aksiyası çərçivəsində vətəndaşdan daxil olan şikayət əsasında Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində fəaliyyət göstərən asfalt-beton zavodundan atmosferə tullantı atılığı müəyyən olunub.
Bu xəbəri də oxu: Oğuzda zəncirvari qəza olub, xəsarət alan var
Son.az Trend-ə istinadən xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən aparılan araşdırma və ölçmə işləri zamanı "15 nömrəli Xüsusi Təyinatlı Yol İstismar İdarəsi" MMC-yə məxsus zavoddakı təmizləyici qurğulara texniki xidmət göstərilmədiyindən havaya normadan artıq tullantı atıldığı məlum olub.
Faktla bağlı zavodun rəisi Musa Cəbiyev barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində cərimə edilib. Zavoddakı təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etmək, havanın çirkləndirilməsinə yol verməmək üçün M.Cəbiyevə məcburi göstəriş verilib.
Xatırladaq ki, "Havanı kim çirkləndirir?" layihəsinin əsas hədəfi ölkə ərazisində atmosfer havasına normadan artıq tullantıların atılmasına qarşı nəzarət tədbirlərini intensivləşdirmək, geniş ictimaiyyətin diqqətini və dəstəyini ətraf mühitin mühafizəsinə yönəltməkdir.
Ətraf mühitin qorunmasında vətəndaşların həlledici rola malik olduğunu nəzərə alaraq, bütün təbiətsevərlərdən atmosfer havasına tullantıların atılması halları ilə rastlaşdıqda Nazirliyin rəsmi sosial şəbəkə hesablarının mesaj qutusuna, 168 Çağrı mərkəzinə və [email protected] elektron poçt ünvanına məlumat vermələri xahiş olunur.
Müğənni Vüsal Hacıyev xanım həmkarı Türkan Vəlizadə ilə bağlı qalm
Ötən gün prodüser və aparıcı Tarix Əliyev paytaxtın dəbdəbəli restor
Son zamanlar bəzi restoranlar müştərilərə kartdan-karta ödənişi təklif
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bakıda yeni inziba
Hazırda Rusiyada iki silahlı cinayətkar qrup arasında müharibə gedir.
Ayrı-ayrı ölkələrdə saytlar yaradılır və Azərbaycandakı hərbçilər�
Azərbaycanlı müğənni Nigar Muharrem türk milyoner, fenomen Dilan Polatın
Amerikadan gətirilən avtomobillərin qiyməti bahalaşa bilər.
Zəngəzur dəhlizinin açılması ilə əlaqədar Naxçıvanda dəmiryol infras
Rusiya Ukrayna ordusunun Donetsk bölgəsindəki uğurlarını isterik şəkild�
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini Xalid Rəh
Xəstəxanaların fəaliyyət göstərmə üsulunun təkmilləşdirilməsi istiq