NyuYorkda Azərbaycan xalçalarının sərgisi keçirilib FOTO


Kriminal 06 İyn 2023 07:18:00 142 0

NyuYorkda Azərbaycan xalçalarının sərgisi keçirilib  FOTO

ABŞ-nin Nyu-York şəhərində Azərbaycan xalçalarının sərgisi keçirilib.

Son.az report-a istinadən xəbər verir ki, "Davam etdirilən Ənənə" ("Sustainable Traditions") adlı altında keçirilən sərgi Azərbaycanın ABŞ-dəki səfirliyi və Vaşinqtonda fəaliyyət göstərən ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) birgə təşkilatçılığı, Nyu-Yorkdakı "Türk Evi"nin ev sahibliyi ilə baş tutub.

Sərgidə Azərbaycanın Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, Türkiyənin Nyu-Yorkdakı baş konsul Reyhan Özgür, ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov, ABŞ-də fəaliyyət göstərən türk və azərbaycanlı diplomatlar, hər iki qardaş ölkənin diaspor aktivləri və yerli ictimayyətin nümayəndələri iştirak ediblər.

Sərginin açılışında çıxış edən USACC-nin icraçı direktoru Natiq Baxışov qonaqlara Azərbaycanın zəngin mədəni irsi olan xalçaçılıq məktəbi və xalçaları barədə ətraflı məlumat verib. Təşkilatçı bildirib ki, Azərxalça ilə ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) arasında əldə olunmuş razılığa əsasən ABŞ-də artıq üçünsü təşkil olunan sərgiyə maraq olduqca böyükdür: "İlk sərgimiz mart ayının 27-də Vaşinqtonda baş tutdu. Bu gün Nyu-Yorka keçirdiyimiz bu sərgi üçüncü ən böyük sərgimizdir. Nyu-Yorka üç kateqoriya üzrə klassik, ənənəvi və müasir üslubda toxunulmuş, keçmişin və bu günün vəhtədini özündə birləşdirən 30-a yaxın xalça gətirmişik. Layihə çərçivəsində ümumilikdə ABŞ-yə Azərbaycanın ucqar kənd rayonlarında xanımlar tərəfindən toxunan 76 xalça gətirmişdik və onlardan artıq 27 onlayn formada satılıb. "Shopify" onlayn satış şəbəkəsi ilə əldə olunmuş razılığa əsasən Azərbaycan xalçalarının ABŞ-də rəsmi olaraq satışı təsdiqlənib. Məqsədimiz bu layihəni davam olaraq həyata keçirərək kənd qadınlarının istisadi ve sosyal güclənməsinə tövhe verməkdir".

Sərginin açılışında çıxış edən Azərbaycanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim Türk evinin ABŞ-də Azərbaycan xalçalarına ev sahibliyi etməsinin simvolik məna daşıdığını qeyd edib. O, qardaşlıq bağlarının mədəni irsimizə siraət etdiyini, ortaq dəyərlərimizin bu bölgənin xalçalarına xüsusi çalarlar verdiyini, onun rəng kompozisiyasının həllinə çoxçeşidli boyalar bəxş etdiyini bildirib.

Səfir xüsusi zövlə və əl əməyi ilə ərsəyə gələn Azərbaycan xalçalarının dünyada tanındığını deyib. X.İbrahim Azərbaycan xalçalarına amerikalıların böyük maraq göstərməsindən sevinc hissi keçirdiyini vurğulayıb.

Sərgidə çıxış edən Türkiyənin Nyu-Yorkdakı baş konsul Reyhan Özgür Türk evinin Azərbaycan mədəni irsinə ev sahibliyi etməsindən qürur hissi keçirdiyini bildirib.

Daha sonra qonaqlar Qarabağ, Gəncə-Qazax, Quba-Şirvan və Təbriz xalçaçılıq məktəblərinə aid müxtəlif ölçülü yun və ipək xalçaların nümayiş olunduğu sərgini gəzib, xalçalar barəsində ətraflı məlumat alıblar.

Amerikalı qonaqlar göz oxşayan naxışlı Azərbaycan xalçalarının fonunda foto çəkdiriblər.

Ukraynaya növbəti DƏSTƏK: "Bizim köməyimizə arxalana bilər" like
  • 06 İyn 07:07  
Dünya Ukraynaya növbəti DƏSTƏK: "Bizim köməyimizə arxalana bilər"

Ukrayna Rusiya ilə müharibədə qalib gələ biləcək və Britaniyanın gəl�

arrow Ətraflı
Məşhur cizgi filminin yaradıcıları işdən qovulacaqlar like
  • 06 İyn 06:06  
Şou-biznes Məşhur cizgi filminin yaradıcıları işdən qovulacaqlar

"Disney" kassada uğursuzluğa düçar olan "Pixar"ın "

arrow Ətraflı
Şeron Stoun övladlığa götürdüyü oğlunu göstərdi  FOTO like
  • 06 İyn 05:05  
Şou-biznes Şeron Stoun övladlığa götürdüyü oğlunu göstərdi FOTO

Aktrisa Şeron Stoun məhkəmədə uğrunda mübarizə apararaq övladlığa gö

arrow Ətraflı
Barselonada penthaus  FOTO like
  • 06 İyn 04:04  
Digərləri Barselonada penthaus FOTO

"P-M-A-A" bürosu İspaniyanın Barselona şəhərindəki bu penthausu

arrow Ətraflı
“Evlənəndə heç bir dənə fincanımız yox idi” like
  • 06 İyn 03:03  
Şou-biznes “Evlənəndə heç bir dənə fincanımız yox idi”

"35 il heç nə hiss etmədən gəlib keçdi".

arrow Ətraflı
Çimərliklərdə istirahət neçəyə başa gəlir? like
  • 06 İyn 02:02  
Digərləri Çimərliklərdə istirahət neçəyə başa gəlir?

Yayın gəlişi ilə çimərlik mövsümü də start götürür. Havalar tam isi

arrow Ətraflı
Kral Uelsdəki evindən imtina edir  FOTO like
  • 06 İyn 01:30  
Dünya Kral Uelsdəki evindən imtina edir FOTO

Böyük Britaniya kralı III Çarlz Uelsdə 15 ildən çoxdur icarəyə götürd

arrow Ətraflı
Günay vannada yarıçılpaq FOTOsunu paylaşdı like
  • 06 İyn 01:01  
Şou-biznes Günay vannada yarıçılpaq FOTOsunu paylaşdı

Xəbər verdiyimiz kimi, Türkiyədə fəaliyyət göstərən azərbaycanlı mod

arrow Ətraflı
Davud Gül İstanbul valisi təyin edilib like
  • 06 İyn 00:47  
Digərləri Davud Gül İstanbul valisi təyin edilib

Davud Gül Türkiyənin İstanbul şəhərinin valisi vəzifəsinə təyin edili

arrow Ətraflı
Haluk Görgün Türkiyə Müdafiə Sənayesi İdərəsinin sədri təyin edilib like
  • 06 İyn 00:44  
Digərləri Haluk Görgün Türkiyə Müdafiə Sənayesi İdərəsinin sədri təyin edilib

Haluk Görgün Türkiyə Prezidenti yanında Müdafiə Sənayesi İdərəsinin s

arrow Ətraflı
Kıvançın oğlu... like
  • 06 İyn 00:38  
Şou-biznes Kıvançın oğlu...

Kıvanç Tatlıtuğ və Başak Dizer cütlüyü Barselonada istirahət edir.

arrow Ətraflı
Qalkin Türkiyədəki konserti zamanı izləyicilərə qadağa qoydu like
  • 06 İyn 00:19  
Digərləri Qalkin Türkiyədəki konserti zamanı izləyicilərə qadağa qoydu

Rusiyalı gülüş və stendap ustası Maksim Qalkin Antalyadakı konsertinin ç

arrow Ətraflı
Günün qoroskopu: maraqlarınızı müdafiə edin like
  • 06 İyn 00:01  
Digərləri Günün qoroskopu: maraqlarınızı müdafiə edin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Əməkdar artistimiz Mark Eliyahunun səhnəsində  VİDEO like
  • 05 İyn 23:53  
Şou-biznes Əməkdar artistimiz Mark Eliyahunun səhnəsində VİDEO

Dünyaca məşhur kamança ustası Mark Eliyahu Heydər Əliyev Sarayında konse

arrow Ətraflı
Axşam yeməyindən imtina təhlükəlidir like
  • 05 İyn 23:45  
Digərləri Axşam yeməyindən imtina təhlükəlidir

Şam yeməyinin qəbulu dayandırıldıqda, təhlükəli xəstəliklərin inkiş

arrow Ətraflı