Sülh sazişi nə zaman imzalanacaq?


Siyasət 03 İyn 2023 15:55:00 169 0

Sülh sazişi nə zaman imzalanacaq?

Elçin Alıoğlu Trend

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə iyulda Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Nikol Paşinyan arasında növbəti görüşlə danışıqlar olacaq. Müzakirələrdə Fransanın dövlət başçısı Emmanuel Makronla Almaniyanın kansleri Olaf Şoltsun da iştirakları istisna olunmur.

Moldovanın paytaxtı Kişineuda keçirilən, Rusiya və Ermənistan mediası tərəfindən "beştərəfli görüş" kimi qələmə verilən üçtərəfli müzakirələrdə yekun nəticə əldə olunmayıb.

Makronla Şoltsun müşahidəçi statusunda olduqları diskussiyada Fransa Prezidenti moderatorluq və vasitəçilik etməyə çalışsa da, İlham Əliyevin qətiyyətli mövqeyi nəticəsində Emmanuel Makronun niyyəti puç olub.

Halbuki o, Kişineu sammitindən əvvəl bəyan etmişdi ki, Ermənistanın maraqları ilə "qarabağlı ermənilərin mənafelərinin nəzərə alınması üçün bütün imkanlardan istifadə olunacaq".

"Bütün imkanlar" dedikdə Emmanuel Makron çox yəqin özünü nəzərdə tutubmuş.

Oktyabr ayında İspaniyanın Qranada şəhərində isə daha bir görüş keçirilməlidir.

Vaşinqton və Brüssel formatlarının Rusiya Federasiyasının vasitəçilik missiyasında lider olmaq istəkləri üzərində qurulmuş "moderasiya siyasəti"ni üstələdiyi də aşkardır. Rəsmi Bakını da yekun sülh sazişinin imzalanmasına yönəlmiş prosesdə məhz Qərb istiqaməti təmin etdiyindən, danışıqların hansı marşrutda daha fəal keçəcəyi şübhə doğurmur.

Lakin Moskva geri çəkilmək, prosesdə təşəbbüsü əldən vermək niyyətində deyil.

Əslində Moskvanı sülh sazişinin kimlərin vasitəçiliyi ilə imzalanacağı çox narahat etmir. O, Azərbaycanla Ermənistan arasındakı problemlərin geosiyasi məzmunla mahiyyətindən və proseslərdən sırf praqmatik, realist müstəviyə keçib.

Həmin müstəvidə isə Rusiyanın indiki əsas məqsədi Zəngəzur dəhlizi ilə bağlı layihənin reallaşmasıdır.

Rusiya baş nazirinin müavini Aleksey Overçukun dediyinə görə, Azərbaycan, Rusiya və Ermənistan hökumət başçılarının müavinlərinin Moskvada keçirilmiş üçtərəfli görüşündə konkret nəticələr əldə olunub.

Həmin nətiələr arasında Azərbaycanla Ermənistan arasında Arazdəyən-Culfa-Ordubad-Meğri-Horadizm marşrutu ilə dəmiryol daşımalarının başlanması ilə bağlı razılaşmadır.

"Əsas müzakirə mövzusu isə Zəngəzur dəhlizidir. Bu marşrut sadəcə, Bakı və Naxıçvanı yox, Rusiya və Türkiyənin də böyük iqtisadiyyatlarını dəmiryolu və avtomobil yolu ilə bağlayacaq", - A.Overçuk deyib.

Rusiyanın Zəngəzurda, Qafan şəhərində konsulluq açması ilə bağlı qərarının da səbəbləri var. Moskva bu minvalla İranın Qafandakı konsulluğunun fəaliyyəti ilə bağlı balanslaşdırmaya nail olmaq, Avropa İttifaqının Ermənistandakı müşahidə-monitorinq missiyasının fəaliyyətini nəzarətdə saxlamaq, Zəngəzur dəhlizi ilə dəmiryol marşrutunun inşasına hazırlaşmaq və bu işlərdə Rusiya şirkətlərinin iştirakını təmin etmək fikrindədir.

Belə bir situasiyada Ermənistan rəhbərliyinin, xüsusilə də Nikol Paşinyanın mövqeyinə gəldikdə isə, ciddi dəyişikliklər yoxdur.

Paşinyanın administrasiyasının rəhbəri Araik Arutyunyan İrəvanda keçirdiyi qısa brifinqdə deyib: "Narahatlıq üçün heç bir səbəb yoxdur. Azərbaycanla yekun sülh sazişi ilə bağlı 120 səhifəlik sənədi guya müzakirə etməyimiz barədə deyilənlər yalan, dolaşan şaiyələr əsassızdır. Bakı ilə imzalanmağa hazır sülh sazişi layihəsi yoxdur".

Beləliklə, A.Arutyanyan etiraf edir ki, yekun sülh sazişinin imzalanması İrəvan və ümumiyyətlə, ermənilər üçün narahatlıq, təlaş səbəbidir.

Nikol Paşinyanın və onun komanda üzvlərinin, habelə erməni deputatlarla siyasətçilərin bəyanatlarla açıqlamalarına ctddi yanaşmağa dəyməz: onlar sülh sazişinin imzalanması prosesində mümkün qədər çox süni maneələrlə əngəllər yaratmağa çalışırlar, mövqelərində də qalacaqlar.

Rəsmi Bakının baş verənlərə reaksiyası isə ayrı məsələdir. Azərbaycan 3 il əvvəl göstərdi ki, istənilən səbrin sonu olur.

Fəqət, hər şeyə rəğmən, Nikol Paşinyan çox nadir hallarda dürüst danışır.

Məsələn, Ermənistan parlamentində deputatların suallarını cavablayarkən N.Paşinyan "Vaşinqton və Brüsseldəki danışıqlarda Ermənistan güzəştə getdi, Azərbaycanın ərazi bütünlüyünü tanıdı, amma əvəzində heç nə almadı" ittihamına cavab verərkən deyib: "Təsəvvür edin ki, haradasa yaşayırsınız, amma yaşadığımız əmlakla bağlı kadastr şəhadətnaməniz yoxdur. Hamımız anlayırıq ki, 30 il bir yerdə yaşamışıq, lakin həmin kadastr şəhadətnaməmiz olmayıb. Ermənistanın tarixi boyu dövlət kimi kadastr şəhadətnaməsi olmayıb. Əldə etmək istədiyimizə nail olsaq, tarixdə ilk dəfə kadastr şəhadətnaməmiz olacaq. Yəni sadəcə, de-fakto yox, həm də de-yure mülkiyyətçi olacağıq".

O, daha sonra bildirib ki, qarabağlı ermənilərin təhlükəsizliyinin təminatı ilə bağlı "institusional danışıqlar başlayacaq".

"Bəli, indi heç nə əldə etməmmişik, lakin nəyəsə nail olmaq şansımız var. Üstəlik, kadastr şəhadətnaməmiz də yoxdur. "Kirayənişin" statusundan çıxmaq, beynəlxalq səviyyədə tanınan, demarkasiya və delimitasiya olunmuş sərhədlərə malik dövlət olmaq istəyirik", - Nikol Paşinyan deyib.

Paşinyanın bu sözləri simvolik və çox maraqlıdır. O, sözünü ermənilərə desə də, ermənilər çətin onu anlasınlar, anlaya bilsinlər. "Böyük Ermənistan"la bağlı əsrlərdən bəri davam edən saxta və çürük yalanlarla şüurları zəhərlənmiş ermənilər Nikol Paşinyanı axmaq, xəyanətkar, yaramaz və s. sayırlar.

Biz də Paşinyanın nə demək istədiyini bilməliyik.

Onun sözləri əslində Azərbaycanın qədim və tarixi torpaqlarının böyük qisminin hələ də başqa ölkələrin ərazisi olması, Ermənistanın bizim ərazilərdə yaradılmış süni dövlət olmasının etirafıdır.

Tarixi ərazilərimizdən imtina etməməli, Qərbin və Şərqin beyinlərimizə yeritməyə çalışdığı süni narrativlərlə razılaşmamalı, Zəngəzürla yanaşı, digər ərazilərin də ermənilərin sonradan yaşamağa başladıqları qədim, dədə-baba yurd yerimiz olduğunu unutmamalıyıq.

Məhz bu səbəbdən Azərbaycanla Ermənistan arasında imzalanacaq yekun sülh sazişi, şərti dövlət sərhədimizin demarkasiyası və delimitasiası həm də ermənilərə tarix boyu sahib olmadıqları legitimləşməni verməyimizdir.

Ermənilərin gələcəyi nə Rusiyadan, nə Fransadan, nə İrandan, nə BMT və ya Avropa İttifaqından yox, məhz bizdən asılıdır.

Robert Köçəryanı və Serj Sarqsyanı əclaf, Nikol Paşinyanı isə axmaq, debil və idiot hesab edirik. Təbi, yanaşma tərzimizdə haqsız deyilik. Lakin Nikol Paşinyanın Ermənistan parlamentində bəhs etdiyimiz açıqlaması onun ermənilər arasında ilk dəfə olaraq yaramaz və mənəviyyatsız qonşularımızın durumu ilə bağlı ən dəqiq səciyyələndimədir.

Paşinyanın "kadastr şəhadətnaməsi" ilə bağlı dedikləri Azərbaycanda hələ də qəflət yuxusunda olan, Qərbin demokratiya və insan haqları ilə bağlı propaqandasına aldanaraq keçmişini unutmağa başlamış bir para vətəndaşımızı oyatmalıdır.

Qərbi Azərbaycana dinc qayıdış məqsədimiz, hədəfimiz və strategiyamız olmalıdır.

Zahiri, mövcudluqları üçün qaçılmaz saydıqları yalançılıqlarına, siyasi əxlaq və mənəviyyatdan kənar ideologiyalarına, şovinist və revanşist şüurlarına, ərazi iddialarına köklənmiş "tarixi" absurdlarına rəğmən, ermənilər kimin torpaqlarında yaşadıqları əla bilirlər. Məhz bu səbəbdən onlar süni yaradılan və mövcud olan Ermənistan adlı dövlətin vardığını qanuniləşdirmək üçün "kadastr şəhadətnaməsi"nə ehtiyac duyurlar.

Bunu əsla unutmamalıyıq.

Qarabağlı ermənilərə gəldidk isə, onlar tələssinlər. Bakının səbri, təkrar edirik, hüdudsuz deyil və artıq daşmaq üzrədir.

Sıravi, adi qarabağlı erməni Azərbaycan qanunları ilə yaşamağa razılaşıb pasportumuzu və şəxsiyyət vəsiqəmizi alaraq normal yaşamağa, cəmiyyətimizə reinteqrasiyaya başlaya bilərlər.

Xankəndindəki xuntanın rəhbərləri isə təslim olmalıdır.

Bunun başqa variasiyası və ya interpretasiyası yoxdur, olmayacaq.

Azərbaycan neftinin qiyməti bahalaşıb like
  • 03 İyn 15:53  
Digərləri Azərbaycan neftinin qiyməti bahalaşıb

Dünya bazarlarında "Azəri Light (CİF)" markalı Azərbaycan nefti

arrow Ətraflı
Sumqayıtda qanunsuz tikintinin qarşısı alındı like
  • 03 İyn 15:42  
Digərləri Sumqayıtda qanunsuz tikintinin qarşısı alındı

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlə

arrow Ətraflı
Marsın görüntüləri 17 dəqiqəlik gecikmə ilə Yerə çatıb like
  • 03 İyn 15:20  
Dünya Marsın görüntüləri 17 dəqiqəlik gecikmə ilə Yerə çatıb

Bu gün Marsın görüntüləri ilk dəfə olaraq canlı yayımlanıb. Real vaxt

arrow Ətraflı
Üzüyünü atıb, restorandan getdi like
  • 03 İyn 15:09  
Şou-biznes Üzüyünü atıb, restorandan getdi

Türkiyəli aktyor Kadir Doğulu ilə aktrisa həyat yoldaşı Neslihan Atagül

arrow Ətraflı
“Meta” şirkətindən işçilərlə bağlı yenilik: like
  • 03 İyn 14:58  
Digərləri “Meta” şirkətindən işçilərlə bağlı yenilik:

"Meta" korporasiyası sentyabr ayından etibarən işçilərdən həft

arrow Ətraflı
Kıvanç bunun üçün milyon xərclədi like
  • 03 İyn 14:47  
Şou-biznes Kıvanç bunun üçün milyon xərclədi

Aşpazlığa böyük marağı olan aktyor Kıvanç Tatlıtuğ ev qiymətinə sob

arrow Ətraflı
Kadırovun dəstəsini məhv etmək qərarı verilib like
  • 03 İyn 14:36  
Digərləri Kadırovun dəstəsini məhv etmək qərarı verilib

Rusiya hakimiyyəti özəl hərbi şirkətləri öz mövcudluğu üçün təhlü

arrow Ətraflı
Trend olan mahnısını oxumaq istəmədi like
  • 03 İyn 14:25  
Şou-biznes Trend olan mahnısını oxumaq istəmədi

Müğənni Sahib İbrahimov TikTok-da trend olan "Sənin xətrinə" ma

arrow Ətraflı
Ərdoğanın ilk hədəfi biz olacağıq like
  • 03 İyn 14:14  
Digərləri Ərdoğanın ilk hədəfi biz olacağıq

İqtidarın ilk hədəfi PKK olacaq.

arrow Ətraflı
"Çox sayda faktlar var ki, taksi sürücülərinin kobudluğu müşahidə olunur" like
  • 03 İyn 14:12  
Digərləri "Çox sayda faktlar var ki, taksi sürücülərinin kobudluğu müşahidə olunur"

Azərbaycanda bütövlükdə taksi xidmətlərində keyfiyyətin, eyni zamanda t

arrow Ətraflı
Sumqayıtdakı yataqxanaların aqibəti necə olacaq? like
  • 03 İyn 14:02  
Digərləri Sumqayıtdakı yataqxanaların aqibəti necə olacaq?

"Məcburi köçkünlər işğaldan azad edilmiş ərazilərə qayıtdıqca,

arrow Ətraflı
“Qızlar üçün əsgərlik olsa, atam məni göndərərdi” like
  • 03 İyn 13:51  
Şou-biznes “Qızlar üçün əsgərlik olsa, atam məni göndərərdi”

"Mən çox patriot insanam. Ölkəm haqda maraqlanıram".

arrow Ətraflı
Şuşa ərazisində bir neçə yerdə kütləvi məzarlığın olduğu barədə məlumatlar var like
  • 03 İyn 13:46  
Digərləri Şuşa ərazisində bir neçə yerdə kütləvi məzarlığın olduğu barədə məlumatlar var

Dövlət Komissiyasının arxivində toplanan məlumatlara əsasən, Şuşa əra

arrow Ətraflı
Rüşvət alarkən tutulan gömrük polkovniki azadlığa buraxıldı like
  • 03 İyn 13:40  
Kriminal Rüşvət alarkən tutulan gömrük polkovniki azadlığa buraxıldı

Dövlət Gömrük Komitəsinin Enerji resursları və Dəniz nəqliyyatında Ba�

arrow Ətraflı