İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubları gəlməkdə davam edir


Siyasət 31 May 2023 20:50:00 127 0

İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubları gəlməkdə davam edir

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın hökmdarı Məhəmməd bin Rəşid Al Məktum Prezident İlham Əliyevə məktub göndərib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Azərbaycanın Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı ifadə etməkdən məmnunam.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan hökumətinə və xalqına firavanlıq və inkişaf arzulayıram".

XXX

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, prezident işləri naziri Mansur bin Zayed Al Nəhyan Prezident İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

"Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizi səmimi-qəlbdən təbrik edirəm. Sizə məmnuniyyətlə ən xoş arzularımı bildirirəm.

Zati-alinizə möhkəm cansağlığı, səadət, Azərbaycan hökumətinə və dost Azərbaycan xalqına firavanlıq və tərəqqi diləyirəm".

XXX

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərindən və Qəyyumlar Şurasının üzvləri Prezident İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

"Azərbaycan Respublikasının milli bayramının - Müstəqillik Gününün 105-ci ildönümünün qeyd olunması münasibətilə Azərbaycan xalqının sevincini bölüşürük. Biz, həmçinin işğal altındakı torpaqların azad olunması, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi kimi böyük nailiyyətlərinizi qeyd edirik. Bu tarixi Qələbə ilə bərabər Zati-alinizi və Azərbaycanın Birinci vitse-prezidentini yaşadığımız dünyanın üzləşdiyi çətinliklərə baxmayaraq, ötən 30 il ərzində bir çox sahələrdə əldə etdiyiniz böyük inkişaf münasibətilə təbrik edirik.

Cənab Prezident, fürsətdən istifadə edərək Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaradılması, inkişafı və beynəlxalq əlaqələrinin genişlənməsi istiqamətində göstərdiyiniz dəstəyə görə Sizə səmimi-qəlbdən minnətdarlığımızı bildiririk. İnanırıq ki, Sizin etimadınızla Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinin gücləndirilməsi işini birlikdə davam etdirəcəyik və daha uğurlu nailiyyətlərə imza atacağıq".

XXX

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş direktoru Qu Donqyu Prezident İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

"İcazə verin, Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı adından və şəxsən öz adımdan Zati-alinizi təbrik edim.

Sizə cansağlığı və xoşbəxtlik, xalqınıza isə sülh və firavanlıq arzulayıram".

XXX

ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti Ravvin Mark Şnayer Prezident İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident!

1918-ci ildə müsəlman aləmində yaradılmış ilk demokratik dövlət olan Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Müstəqillik Günü, həmçinin müdrik rəhbər kimi Sizin Azərbaycanı yüksək səviyyədə inkişaf etdirən və beynəlxalq miqyasda mühüm rolu olan ölkəyə çevirən səmərəli xidmətlərinizi qeyd etmək üçün gözəl bir fürsətdir.

Məhz Sizin müdrik liderliyiniz sayəsində Azərbaycan dünyada mədəniyyətlərarası, dinlərarası və sivilizasiyalararası dialoq və əməkdaşlığın dövlət tərəfindən fəal şəkildə müdafiə və təşviq edildiyi, həmçinin bu dəyərlərin dövlət siyasətində təsbit olunduğu nadir ölkələrdən birinə çevrilib. Sizin uzaqgörənliyiniz Azərbaycanın bu sahədə aparıcı qlobal platforma kimi tanınmasına kömək etməkdə davam edir.

Sizə və sevimli Azərbaycan xalqına əlamətdar bayram münasibətilə bir daha təbriklərimi, əmin-amanlıq, firavanlıq arzularımı çatdırıram".

XXX

Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri İrina Vlax Prezident İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

"Möhtərəm cənab Prezident!

İcazə verin, Moldova Respublikasının Qaqauz Yeri Muxtar Ərazi Qurumunun sakinləri adından və şəxsən öz adımdan Sizə dərin hörmət və ehtiramımı bildirim.

Azərbaycan Demokratik Respublikasının yaradılmasının 105 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin. Bu bayram Azərbaycan xalqının müstəqilliyinin, dövlətin çoxəsrlik inkişaf yolunun rəmzinə çevrilmişdir.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, firavanlıq, Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram.

Bu gün Azərbaycan Respublikası vətəndaşların sosial hüquqlarının təmin edildiyi, tarixi-mədəni və mənəvi irsin qorunması, inkişaf etdirilməsi üçün şəraitin yaradıldığı ən yüksək səviyyədə inkişaf etmiş ölkələrdən biridir.

Qaqauz Yeri Muxtar Ərazi Qurumunun rəhbərliyi Azərbaycan Respublikası ilə əməkdaşlığı yüksək qiymətləndirir və ümidvar olduğunu bildirir ki, ikitərəfli münasibətlərimiz xalqlarımızın rifahı naminə ildən-ilə daha da möhkəmlənəcək və genişlənəcəkdir.

Möhtərəm cənab Prezident, fürsətdən istifadə edərək, Sizə bir daha dərin ehtiramımı bildirirəm".

XXX

Lüksemburqun Böyük Hersoqu Anri Prezident İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

"Zati-aliləri!

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram. Zati-alinizə şəxsi rifah, Azərbaycan xalqına xoşbəxtlik arzulayıram".

Bu çay orqanizminizdə möcüzələr YARADACAQ like
  • 31 May 20:42  
Digərləri Bu çay orqanizminizdə möcüzələr YARADACAQ

Rozmarin çayı şişkinlik üçün ideal bir vasitə olacaq, həmçinin qan ax�

arrow Ətraflı
Ucarda güclü külək ağacları aşırdı like
  • 31 May 20:30  
Digərləri Ucarda güclü külək ağacları aşırdı

Ucarda güclü külək fəsadsız ötüşməyib.

arrow Ətraflı
Kişineuda İlham Əliyevin Maya Sandu ilə görüşü olub  FOTO like
  • 31 May 20:06  
Siyasət Kişineuda İlham Əliyevin Maya Sandu ilə görüşü olub FOTO

Mayın 31-də Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

arrow Ətraflı
Ermənistana ayrılan vaxt bitir  Təxribatlar Paşinyanın like
  • 31 May 19:58  
Siyasət Ermənistana ayrılan vaxt bitir Təxribatlar Paşinyanın

Ermənistanın sülh proseslərinin belə intensiv getdiyi bir vaxtda davranış

arrow Ətraflı
Rəhman Rəhmanov əməliyyat olundu like
  • 31 May 19:46  
Şou-biznes Rəhman Rəhmanov əməliyyat olundu

Əməkdar artist Rəhman Rəhmanov əməliyyat olunub. 

arrow Ətraflı
Güclü külək Ağdamda bir sıra fəsadlar törətdi  FOTO like
  • 31 May 19:42  
Digərləri Güclü külək Ağdamda bir sıra fəsadlar törətdi FOTO

Qeyri-sabit hava şəraiti Ağdamda fəsadlar törədib.

arrow Ətraflı
Azərbaycanda dünya səviyyəli tədbirlər bir ənənə halını alıb  Tural İsmayılov like
  • 31 May 19:22  
Siyasət Azərbaycanda dünya səviyyəli tədbirlər bir ənənə halını alıb Tural İsmayılov

Azərbaycan hazırda dünya səviyyəli forumların və tədbirlərin keçirildi

arrow Ətraflı
GClassa sifarişlərin qəbulu dayandırılıb  FOTO like
  • 31 May 19:20  
Digərləri GClassa sifarişlərin qəbulu dayandırılıb FOTO

Əfsanəvi Gelandewagen satış rekordlarına imza atmağa davam edir: keçən i

arrow Ətraflı
Pakistan XİN ilə siyasi məsləhətləşmələr keçirilib  FOTO like
  • 31 May 19:00  
Siyasət Pakistan XİN ilə siyasi məsləhətləşmələr keçirilib FOTO

31 may 2023-cü ildə Bakı şəhərində Azərbaycan Respublikası və Pakistan

arrow Ətraflı
Patron və gilizlərin Rusiyadan ixracına qadağa qoyuldu like
  • 31 May 18:22  
Digərləri Patron və gilizlərin Rusiyadan ixracına qadağa qoyuldu

Rusiyada mülki və xidməti silahlar üçün nəzərdə tutulan patron və gili

arrow Ətraflı
"Azərbaycanim" VI Respublika Uşaq Rəsm Festivali keçirildi  FOTO like
  • 31 May 18:10  
Kriminal "Azərbaycanim" VI Respublika Uşaq Rəsm Festivali keçirildi FOTO

"HEYDƏR ƏLİYEV İli"nə həsr olunmuş uşaq, yeniyetmə və gəncl

arrow Ətraflı
83 yaşlı Al Paçinonun dördüncü övladı olacaq like
  • 31 May 17:58  
Şou-biznes 83 yaşlı Al Paçinonun dördüncü övladı olacaq

83 yaşlı Hollivud ulduzu Al Paçinonun dördüncü övladı olacaq.

arrow Ətraflı
Gülçöhrə Şəfiyevanın ayağı amputasiya olundu  FOTO like
  • 31 May 17:22  
Kriminal Gülçöhrə Şəfiyevanın ayağı amputasiya olundu FOTO

Heydər Əliyev Sarayın sabiq baş rejissoru, Prezident təqaüdçüsü, ə

arrow Ətraflı
İlham Əliyev: Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı var like
  • 31 May 16:26  
Siyasət İlham Əliyev: Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı var

Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı var. Onun artıq ilkin h

arrow Ətraflı