Cəbrayılda kəhrizlərin bərpasına başlanıldı VİDEO FOTO
Digərləri 31 May 2023 10:58:00 309 0
İşğaldan azad olunmuş Cəbrayıl rayonunun Horovlu kəndində kəhrizlərin bərpası istiqamətində işlərə başlanılıb.
Bu xəbəri də oxu: Azərbaycanda yarım milyon manata evlər satışa çıxarılır
Bu barədə Trend-ə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyindən məlumat verilib.
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin təşəbbüsü ilə həyata keçirilən bərpa layihəsi çərçivəsində kənd ərazisində yerləşən 6 kəhrizin bərpası nəzərdə tutulub.
Layihə kəhrizlərin bərpası sahəsində təcrübəyə malik Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyi ilə birgə şəkildə icra edilir. Qeyd edək ki, müxtəlif mənbələrə əsasən, işğaldan öncə Cəbrayılda 100-dən çox kəhriz mövcud olub. Əhali suya olan tələbatlarını məhz kəhrizlər vasitəsilə ödəyiblər. Lakin işğal dövründə mədəni irsimiz sayılan kəhrizlər Ermənistan tərəfindən dağıdılıb, çirklənməyə məruz qalıb.
Hazırda Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi Cəbrayılda yerləşən kəhrizlərin saylarının müəyyənləşdirilməsi, onların qiymətləndirilməsi və bərpası istiqamətində araşdırma işlərini davam etdirir.
Xatırladaq ki, Cəbrayıl rayonunun Horovlu kəndinin təməli bu ilin may ayının 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Birinci mərhələdə bu kənddə 1395 nəfərin köçürülməsi üçün 334 fərdi evin tikintisi planlaşdırılıb.
Qarabağın Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərim
ABŞ Avropaya enerji resurslarının tədarükünün daha da artırılmasında A
"Özümün və həmkarlarımın adından musiqiçilərdən çox xahiş edi
İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə göndərilən külli
"Görünən odur ki, ya Nikol Paşinyanın öz hökuməti üzərində nəza
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Bakı Eksp
Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri tərəfindən ötən gü
Rumıniya Azərbaycandan qaz nəqlində tranzit ölkə kimi çıxış edə bilə
Model və aparıcı kimi tanınan Razi Əliyeva, özünün döyülmüş halda fo
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərk�
Masallı rayon Xırmandalı kənd uşaq bağçası 1981 - ci ildə tikilib istif
Taksi sürücüsü azyaşlı sərnişinə qarşı əxlaqsızlıq etdiyinə gör�
İlk baxışdan bu, ayağını qaldırmış rəqqasəyə bənzəyir. Lakin söhb
Rusiyanın Krasnodar vilayətində yerləşən neft emalı zavodu pilotsuz uçu�