Evə getməyə pul vermədikləri üçün söydü və... Xuliqanlığın sonu yaxşı olmadı
Kriminal 29 May 2023 20:58:00 281 0
Naxçıvanda xuliqanlıq edən Babək sakini həbs edilib.
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, 42 yaşlı Əli Qafarov (şərti) yaşadığı kənddən çıxaraq Naxçıvan şəhərinə gəlib. Yeməkxanaların birində spirtli içki qəbul edib.
Daha sonra yeməkxanadan çıxaraq Əcəmi seyrangahına yola düşüb. Parkda bir az gəzdikdən sonra cibində pul olmadığı üçün yaxınlıqdakı vətəndaşlardan kəndə getməsi üçün pul istəyib. Heç kəs ona pul vermədiyindən əsəbiləşib, küçədə nalayiq ifadələr işlədib.
Bu zaman ərazidə xidmət aparan polis əməkdaşı ona yaxınlaşaraq nizam-intizama dəvət edib. Lakin o, hərəkətlərinə davam etdiyi üçün polislər onu məcburi qaydada bölməyə aparıblar.
Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə protokol tərtib edilib.
Naxçıvan Şəhər Məhkəməsi protokolu əsaslı hesab edərək Ə.Qafarova 13 gün inzibati qaydada həbs cəzası verib.
Moskva vilayətinin Volokolamsk şəhərində polis cibində 7 qumbara olan 44 y
Cəlilabad rayonunda kartofun qiyməti kəskin şəkildə ucuzlaşıb.
Mədəniyyət Nazirliyi əməkdar artist Elxan Qasımovun vəfatı ilə əlaqəd
Moskvada vəzifəli məmurların və iş adamlarının övladlarının olduğu B
Energetika Nazirliyinin keçmiş vitse-prezidentini döyən aktyor barəsində h
Mayın 29-u Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan
Avropa İttifaqı (Aİ) Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə �
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməli
Bakıda "Prius"un iştirakı ilə baş verən qəza anı avtomobilə q
Türk dövlətlərinin maraqlarının qorunmasında Ərdoğanın və Türkiyəni
Ukrayna postmünaqişə dövründə bərpa işlərində Azərbaycanla əməkdaş
Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 7-9-da yenidən Rusiya Federas
Tanınmış aparıcıya Türkiyəyə giriş 5 il müddətinə qadağan edilib.
""Nə gözəldir bu dünya" filmində nəhəng aktyorlarla tərə